• 16.10.2023 17:45

Bu məhsullar bahalaşıb – RƏSMİ

Bu məhsullar bahalaşıb – RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əsas yer tutan ərzaq məhsulları bazarında qiymət dəyişiklikləri üzrə monitorinqləri gücləndirir.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Xatırladaq ki, Nazirlər Kabinetində “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclasında sosial əhəmiyyətli ərzaq məhsullarındakı qiymət dəyişikliklərinin səbəblərinin müəyyən edilməsi və əsassız qiymət artımına qarşı tədbirlərin görülməsi istiqamətində aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Qeyd olunan tapşırıqlardan irəli gələrək Dövlət Xidməti öz mandatı çərçivəsində ərzaq məhsulları bazarında qiymətlərə təsir gücünə malik olan və hökmran mövqeyindən sui-istifadə edərək qiymət artımlarına səbəb olan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verən təsərrüfat subyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı fəaliyyətini genişləndirəcək.

“Dövlət Xidməti mütəmadi əsaslarla istehlak bazarında qiymət monitorinqi və rəqabət təhlilləri aparır. Bu il qurum minimum istehlak səbətinə daxil olan və əhalinin ərzaq təminatında əsas yer tutan qida məhsulları, o cümlədən un və un məmulatları, şəkər tozu, iri və xırdabuynuzlu heyvan əti, toyuq əti, kərə yağı, düyü, qarabaşaq, ağartı məhsullarının və s. qiymətləri ilə bağlı monitorinqlər aparıb.

Oktyabrın 13-nə olan məlumata əsasən, ötən il ilə müqayisədə cari ilin oktyabr ayında aparılan monitorinqlər zamanı şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğan qiymətlərində artımlar müşahidə edilib. Bəzi məhsul kateqoriyaları üzrə isə qiymətlərin enməsi qeydə alınıb. Bu məhsullara çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsaq daxildir. Bundan əlavə, 1 kq-lıq qablaşdırmada təqdim edilən un qiymətlərində artım müşahidə olunsa da, 50 kq-lıq un kisəsinin qiymətində azalmalar baş verib.
Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması və bazarda rəqabətin təmin olunması məqsədilə bu ilin II rübündən etibarən iri və xırdabuynuzlu heyvan əti bazarı və ümumilikdə kənd təsərrüfatı sektorunda müxtəlif təchizat zəncirləri üzrə qiymət artımı səbəblərinin bazarın rəqabət vəziyyəti ilə əlaqəli olub-olmamasının araşdırılması məqsədilə geniş təhlil və araşdırmalara başlayıb.

Aparılan araşdırmaların nəticələrinə əsasən, heyvandarlıq (iri və xırdabuynuzlu heyvan əti) və bitkiçilik istiqamətləri (kartof, soğan, pomidor və s.) üzrə müxtəlif dəyər zəncirlərində fəaliyyəti əsasən ailə kəndli-təsərrüfatlarının, fərdi sahibkarların həyata keçirdiyi müəyyən edilib. Bununla belə, kənd təsərrüfatı sektorunda müəssisə əsaslı satış və istehsalın zəif olması, regional topdansatış məntəqələrinin az olması və digər amillərin istehsal xərclərini artırdığı müəyyən olunub.

Dövlət Xidməti bazarda apardığı monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallarl aşkar etdiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görəcək”, – deyə məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

“O balondan yenə istəyirəm, düşmənlərə göndərmək üçün”

“O balondan yenə istəyirəm, düşmənlərə göndərmək üçün”

Proses.az xəbər verir ki, aparıcı Zümrüd Bədəlova OLAY-la həmsöhbət olub. O, səhər verilişindən, ifalarından, proqramındakı yeniliklərdən danışıb. – Hər gün…
Dekan vəfat etdi – FOTO

Dekan vəfat etdi – FOTO

Azərbaycan Dövlət Pedeqoji Universitetinin (ADPU) dekanı Araz Fərəcov vəfat edib. Proses.az xəbər verir ki, bu haqda Universitet məlumat yayıb. Riyaziyyat…
Azərbaycanlı kişi qısqanclıqdan arvadını öldürdü – FOTO

Azərbaycanlı kişi qısqanclıqdan arvadını öldürdü – FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı kişi 27 yaşlı arvadını qısqanclıq zəminində öldürüb. Proses.az lent.az-a istinadən bildirir ki, hadisə Şuşarıda baş verib.…
“Mən gözləmirdim ki, oğlum İbrahim gəlib…”

“Mən gözləmirdim ki, oğlum İbrahim gəlib…”

“Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər…
Atasını işə göndərib oğlanı otağına çağıran qız – Bakıda baş verən cinayətin TƏFƏRRÜATI – VİDEO

Atasını işə göndərib oğlanı otağına çağıran qız – Bakıda…

Bakıda kişi qızının sevgilisini boğaraq öldürüb. Belə ki, həyat yoldaşı həyatını itirdikdən sonra Əkbər (adlar şərtidir) qızı Arzu ilə birlikdə…
Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU

Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU

Kür çayında batan ata və qızının fotosu yayılıb. Qeyd edək ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və…
Azərbaycan səmasında naməlum obyekt görünüb – AÇIQLAMA – VİDEO

Azərbaycan səmasında naməlum obyekt görünüb – AÇIQLAMA – VİDEO

Azərbaycan səmasında görünən obyektlə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Proses.az baku.ws-ə istinadən xəbər verir ki, Rusiya MN bildirib ki,…
Rihannanın açıq-saçıq rahibə obrazı QALMAQAL yaratdı – VİDEO

Rihannanın açıq-saçıq rahibə obrazı QALMAQAL yaratdı – VİDEO

Dünya pop səhnəsinin ulduzu Rihannanın “Interview” dərgisi üçün rahibə obrazıda qalmaqallı fotosessiyası başına bəla olub. Proses.az bizim media-ya istinadla xəbər…
Əməkdar artistin şəhid qardaşı ilə bağlı paylaşımı hər kəsi kövrəltdi – FOTO

Əməkdar artistin şəhid qardaşı ilə bağlı paylaşımı hər kəsi…

Əməkdar artist Gülüstan Əliyeva 1994-cü ilin aprel döyüşlərində Qırmızı kənddə şəhid olan qardaşı Azadın məzarını ziyarət edib. Proses.az axsam.az-a istinadən…
İDDİA: Bakıda torpağın bir sotu yarım milyon manata satılır? – VİDEO

İDDİA: Bakıda torpağın bir sotu yarım milyon manata satılır?…

Bakıda torpağın bir sotunun yarım milyon manata satıldığı ərazilər var. Proses.az xəbər verir ki, ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi…
Çingiz Abdullayevin son vəziyyəti açıqlandı

Çingiz Abdullayevin son vəziyyəti açıqlandı

Xalq yazıçısı Çingiz Abdullayevin səhhəti yaxşılaşır. Proses.az xəbər verir ki, bunu APA-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə…
“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: Yaralı halda əsir düşdü…

“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: Yaralı halda əsir…

1 il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə ağır işgəncələr verilirdi. Proses.az xəbər verir…
Alim Qasımov ailəsi ilə belə rəqs etdi – VİDEO

Alim Qasımov ailəsi ilə belə rəqs etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyu baş tutub. Proses.az axşam.az-a istinadən bildirir ki, məclisdə rəqsi ilə…
Bu tarixlərdə vacib işlərə BAŞLAMAYIN! – XƏBƏRDARLIQ

Bu tarixlərdə vacib işlərə BAŞLAMAYIN! – XƏBƏRDARLIQ

Astroloq Erika Royals vacib işlərə başlamamaq lazım olan təhlükəli tarixlərin və vaxt boşluqlarını siyahısını paylaşıb. Proses.az lent.az-a istinadən bildirir ki,…
Safurənin həyat yoldaşı ilə romantik tətili – VİDEO – FOTO

Safurənin həyat yoldaşı ilə romantik tətili – VİDEO –…

“Avroviziya” təmsilçilərimizdən olan Safurə Əliyeva Ramazan bayramında həyat yoldaşı Fərhad Əliyevlə Qətərə gedib. Proses.az axşam.az-a istinadən bildirir ki, müğənni Dohada lentə…