- 19.10.2023 11:30
“YouTube”dan növbəti yenilik – FOTO
“YouTube” xəbər məzmununda əhəmiyyətli dəyişiklik etməyə hazırlaşır.
PROSES.AZ Trend-ə istinadən xəbər verir ki, sosial media platformalarında dezinformasiyanın artdığı bir vaxtda “YouTube” xəbər məzmununa daha da nəzarət etmək məqsədilə yeni bölmə açmaq qərarına gəlib.
Bu yeni bölmə müntəzəm videolar, qısametrajlar, podkastlar və canlı yayımları bir araya gətirəcək. Bundan əlavə, bu bölmə “YouTube” tərəfindən təsdiqlənmiş etibarlı xəbər mənbələrinin məzmununa diqqət yetirəcək.
Qeyd edək ki, “YouTube” bu yeni funksiyanı əvvəlcə mobil cihazlarda və 40 fərqli ölkədə istifadəyə verəcək. Cari xəbərlərə diqqət yetirən videolar bənövşəyi qəzet ikonası ilə işarələnəcək və bu işarəyə klikləməklə təsdiqlənmiş mənbələrdən əlavə məzmuna giriş təmin ediləcək.
Milli.Az