• 23.10.2023 13:26

Fransa Ermənistanın başına torba tikir – Maşa dövləti təhlükədə

Fransa Ermənistanın başına torba tikir – Maşa dövləti təhlükədə

Fransa Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalda saxlanıldığı 30 illik dövrdə də,  Azərbaycanın mütləq zəfəri, Ermənistanın isə biabırçı kapitulyasıyası ilə bitən 2-ci Qarabağ müharibəsində də öz kiçik bacısı Ermənistanın yanında idi.  Bu kapitulyasiya təkcə Ermənistanın deyil, həm də onun müttəfiqlərinin biabırçı məğlubiyyətini rəsmiləşdirirdi. Kapitulyasiyadan keçən 3 illik dövrdə də Fransa  öz ədalətsiz və məkrli oyunlarından əl çəkmədi. Hər vasitə ilə Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də dediyi kimi artıq gorbagor olmuş “status” məsələsini gündəmdə saxlamağa çalışdı. Müxtəlif üsullarla separatçılara dəstək olmağa çalışdı. Amma bu dəfə də Azərbaycanın mütləq iradəsi qarşısında məğlub duruma düşdü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə ordumuzun həyata keçirdiyi  1 günlük antiterror tədbirləri nəticəsində Xankəndidə özlərini “dövlət” adlandıran qondarma qurunun qondarma “rəhbər”ləri ağ bayraq qaldırdılar.

Bütün planlarının baş tutmadığını görən Fransa bu dəfə daha böyük səhfə yol vermək astanasındadır.

Dünən Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Fransa və Ermənistan İrəvan tərəfindən fransız silahlarının alınmasına dair razılaşma imzalayacaq.

“Biz Ermənistan Respublikasının fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik”, – deyə o bildirib.

Yəqin ki Fransanı idarə edən şəxslər hələ də 21-ci əsr olduğunu dərk edə bilmir. Artıq müstəmləkəçiliyin başa çatdığını qəbul etmir. Afrikadakı müstəmləkələrini bir-bir itirən, azad yaşamaq istəyən Afrika xalqları tərəfindən rədd edilən, Afrikadan qovulan Fransa indi də neokolonizalizm yolu ilə və Ermənistanın vasitəçiliyi ilə  Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Bütün bu cəhtlərə baxmayaraq Fransa Afrikadan qovulduğu kimi Cənubi Qafqazdan da qovulacaq.

Fransanın Ermənistanı silahlandırması regionda sülh üçün heç nə vəd etmir. Bu siyasət birbaşa Azərbaycan üçün təhdiddir. Fransanın belə siyasət yürürtməsinə cavab olaraq, demək olar ki Fransa-Azərbaycan əlaqələri dondurulub, bütün təmaslar dayandırılıb.

Afrikada mövqelərini itirən Fransa düşünür k, bu itirilmiş mövqeləri əvəz etməyin ən yaxşı yolu son illər Rusiya ilə münasibətləri heç də, yaxşı olmayan, Gürcüstan və Ermənistanda möhkəmlənməkdir. Bu iki ölkənin Aİ ilə yaxınlaşmaq istəməsi cəhtini fürsət bilən Fransa bölgədə öz nüfuzunu yaymağa çalışır. Lakin Fransa unutmamalıdır ki, onların nə Gürcüstanda, nə Ermənistanda güclənməsinə imkan verilməyəcək

Bir məsələni də Xüsusi vurğulayaq ki Qərbi və xüsusilə də Fransanı bölgəyə gətirmək cəhdi Ermənistana baha başa gələcək, Çünki regionun iki böyük dövləti, Ermənistan uğrunda gizli mübarizə aparan İran və Rusiya bunu bağışlamayacaq. Bu gedişlə Ermənistanı Suriya və Ukraynanın aqibəti gözləyir. Ermənistan dövlətçiliyi artıq sual altındadır, bu təzyiqlər altında Ermənistan müstəqil dövlət kimi yaşaya bilməyəcək.

Bu gün nə Azərbaycan nə də Türkiyə Ermənistan üçün təhlükə deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və istəyinə nail olub. Ermənistanın 30 illik “məğlubedilməzlik” mifini darmadağın edib. Artıq Ermənistanın Azərbaycanla mübarizə aparmaq üçün nə gücü, nə resusu nə də iradəsi qalmayıb.

Amma bu gün əlində olanların çoxunu itirən Ermənistan bunlara da kifayətlənmir.  Yürütdüyü bu Fransa yönümlü siyasəti ilə öz dövlətçiliyini də itirməyə doğru gedir.

Erəmənistan unutmamalıdır ki həm ABŞ, həm Fransa, həm də Aİ Ermənistana dəstək olmaq üçün yox,  bölgədə möhkəmlənmək üçün Ermənistanı istifadə etməyə çalışır. Lakin İran və Rusiyanın təzyiqləri qarşısında nə ABŞ, nə Fransa, nə də Aİ missiyası Ermənistana kömək edə bilməyəcək. Ermənistanın xilası öz əlindədir. Xilas yolu isə Azərbaycanın şərtlərini qəbul etmək və sülh müqaviləsi imzalamaqdan keçir.

 

Rəhman Bayramov

Proses.az

DİGƏR XƏBƏRLƏR

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib. Hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi…
Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata…
İran bu ölkə ilə sərhədləri BAĞLADI

İran bu ölkə ilə sərhədləri BAĞLADI

Pakistan İran-İsrail gərginliyinin artması fonunda İranla hava və quru yollarını bağladığını açıqlayıb. Ajans.az bu barədə Bəlucistan əyalət hökumətinin sözçüsü Şahid…
Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (FOTO/VİDEO)

Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman…

Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib. Proses.az Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu…
Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahin Həsənlinin oğlu Hüseynin nişan mərasimi olub. Bakupost.az xəvər verir ki, Hüseyn, Firəngiz adlı xanımla nişanlanıb.
948 abonentin qazı kəsiləcək – RƏSMİ

948 abonentin qazı kəsiləcək – RƏSMİ

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə “Azəriqaz” məlumat yayıb. Bildirilib…
Leysan, dolu, sulu qar… – Sabahın havası

Leysan, dolu, sulu qar… – Sabahın havası

Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və…
Elman Qarayev VƏFAT ETDİ

Elman Qarayev VƏFAT ETDİ

Ağsuda məktəb direktoru vəfat edib. Bu barədə onun yaxınları sosial media hesablarında paylaşım ediblər. Ağsu şəhər Polad Mirzəyev adına 5…
İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran hərbi qarşıdurması Azərbaycan mediasında geniş işıqlandırılır. Lakin informasiya bəzən mənbəyi şübhəli informasiyalara da rast gəlinir. Xəbər saytlarının redaktorları “fake…
Məşhur türkiyəli aktyor ciddi zədə aldı

Məşhur türkiyəli aktyor ciddi zədə aldı

“1001 gece masalları” serialı üçün kamera qarşısına keçən tanınmış türkiyəli aktyor İbrahim Çelikkol tennis oynayarkən qəfil yıxılaraq qolundan ciddi şəkildə…
Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” – VİDEO

Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” –…

“Elgizlə izlə” verilişində gərgin anlar yaşanıb. Milli.Az xəbər verir ki, verilişin qonağı olan müğənnilər Zahidə Günəş və Ülviyyə Namazovanın sözləri…
Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir

Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları…

Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan…
Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin öldüyünü təkzib edib. Milli.az xəbər verir ki, bu barədə İranın nüfuzlu…
Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Müğənni Nəfəs illər öncəki görüntü ilə diqqət çəkib. İfaçının 5 il əvvəl çəkilən estetik əməliyyatız fotosu gündəm olub. Sosial şəbəkələrdə…
Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Bu gün sosial şəbəkələrdə “Komedixana”nın sevilən aktyoru Ənvər Abbasovun ölüm xəbəri yayılıb. Proses.az xəbər verir ki, Azxəbər.com aktyorun özü ilə…