- 28.10.2023 15:15
Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.
PROSESAZ bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, Ə.Əsədov Karaqandada şaxtada baş verən qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qəbul etdiyini bildirib.
Məktubda Qazaxıstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edilir.