• 28.10.2023 17:17

Azərbaycan lideri Türkiyə Prezidentini təbrik edib

Azərbaycan lideri Türkiyə Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

PROSES.AZ-ın məlumatına görə, mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Əlamətdar tarix – Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bir əsr bundan əvvəl Türk dünyasının böyük oğlu, mahir sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürk Türkiyə xalqını vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq olmuş, özünün ən möhtəşəm əsəri olan Türkiyə Respublikasını qurmaqla istiqlal mübarizəsini uğurla sona çatdırmışdı. Bu müstəsna gündə Ulu Öndər Atatürkün, onun silahdaşlarının və qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

İstiqlalına şəhidlərinin canı və qanı bahasına, çox mürəkkəb və ziddiyyətli beynəlxalq vəziyyətdə qovuşan Türkiyə Respublikası yüz il sonra qlobal siyasi xəritədə mühüm mövqeyə malik, dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü və qüdrətli dövlətdir. Atatürkün əmanəti olan qardaş Türkiyənin son iyirmi ildə inkişaf tempi, dünya çapında ən öndə duran ordudan tutmuş yüksək texnologiya və innovasiyalara qədər bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətləri, beynəlxalq aləmdə qazandığı etibarı və yüksək nüfuzu Sizin sarsılmaz iradənizin, yorulmaz fəaliyyətinizin və qətiyyətlə həyata keçirdiyiniz müdrik siyasətinizin nəticəsidir. Sizin əzmlə yürütdüyünüz strateji inkişaf xəttinə xalqınızın birmənalı dəstəyi, Sizə olan sonsuz inam və etimadı Türkiyənin gələcək uğurlarını və nailiyyətlərini təmin edəcək ən mühüm amillərdir.

Gündən-günə güclənən, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli yerini tutan müasir Türkiyəni görməkdən qardaş ölkə olaraq böyük qürur və fərəh hissi duyuruq. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir.

Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz başda olmaqla qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.

Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.

Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik.

Bu tarixi gündə Sizin və qardaş Türkiyə xalqının sevincinə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Bakıda məşhur bazar LƏĞV OLUNUR

Bakıda məşhur bazar LƏĞV OLUNUR

Bakıda “Vasmoy bazarı” kimi tanınan ticarət mərkəzi ləğv olunub. Proses.az “Ölkə.Az”a istinadən xəbər verir ki, “8-ci km Ticarət Mərkəzi” MMC…
Parlamentin komitə sədrlərinə yeni avtomobillər verildi – FOTO

Parlamentin komitə sədrlərinə yeni avtomobillər verildi – FOTO

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib. Proses.az “Report”a istinadən xəbər verir ki, bir müddətdir, komitə sədrləri “Mercedes…
Qazaxdakı görüşlə bağlı XİN-dən RƏSMİ AÇIQLAMA

Qazaxdakı görüşlə bağlı XİN-dən RƏSMİ AÇIQLAMA

30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının…
“Döneritto” da bağlandı

“Döneritto” da bağlandı

Bakıda tələbləri pozan bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin müfəttişləri tərəfindən dönər satışı həyata…
Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım – FOTO

Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım…

Stilist-vizajist Şəfəq Novruz tikinti materialları bazarında ölən dayısı Razi Qasımovla fotosunu paylaşıb. Proses.az xəbər verir ki, o sosisal şəbəkdə paylaşdığı…
Gülbahar Vəliyeva vəfat etdi – FOTO

Gülbahar Vəliyeva vəfat etdi – FOTO

Sumqayıtın tanınmış inşaatçısı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü Gülbahar Nemət qızı Vəliyeva vəfat edib. Proses.az “Report”a istinadən xəbər verir ki,…
Prezidentdən beş milyon manatlıq SƏRƏNCAM

Prezidentdən beş milyon manatlıq SƏRƏNCAM

On səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar…
Azərbaycanda məktəbliqızılcadan öldü

Azərbaycanda məktəbliqızılcadan öldü

Azərbaycanda məktəbli qızılcadan ölüb. Ölkə.Az-ın əldə etdiyi məlumata görə, hadisə Yusif Əliyev adına 195 saylı orta məktəbdə baş verib. Belə…
“Qadınlar niyə pullu kişiyə üstünlük verməsin ki?” – Psixoloqdan daha bir qalmaqallı açıqlama

“Qadınlar niyə pullu kişiyə üstünlük verməsin ki?” – Psixoloqdan…

Bəziləri düşünür ki, qadınlar münasibət qurarkən, maddiyata daha çox üstünlük verirlər. Yəni, kasıb kişiləri sevən xanımların sayının az olduğu iddia…
Bodrumda rus model və qızının öldürülməsinin TƏFƏRRÜATI – FOTO

Bodrumda rus model və qızının öldürülməsinin TƏFƏRRÜATI – FOTO

Ötən gün Türkiyədə, Muğlanın Bodrum rayonunda cəsədləri çarşaflara bükülmüş halda tapılan rus ana və qızının qətli ilə bağlı yeni təfərrüatlar…
Lalə qırmızı dekolteli geyimdə göz qamaşdırdı – FOTOLAR

Lalə qırmızı dekolteli geyimdə göz qamaşdırdı – FOTOLAR

Əməkdar artist Lalə Məmmədova geyimi ilə diqqət çəkib.  Proses.az axşam.az-a istinadən xəbər verir ki, müğənni tünd qırmızı dekolte libasla obyektiv…
Neymar övladı dünyaya gələndən sonra sevgilisindən ayrıldı – FOTO

Neymar övladı dünyaya gələndən sonra sevgilisindən ayrıldı – FOTO

Ən parlaq braziliyalı cütlüklərdən biri – “Əl-Hilal” klubunun futbolçusu Neymar və model Bruna Byankardinin ayrıldıqları məlum olub. Proses.az oxu.az-a istinadən…
100 yaşında vəfat edən Kissincer kim olub? – DOSYE

100 yaşında vəfat edən Kissincer kim olub? – DOSYE

ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. Bu barədə “Reuters” məlumat yayıb. Tanınmış siyasətçi noyabrın 29-da Konnektikut…
Qaz limitinin ləğvi ilə bağlı MÜHÜM XƏBƏR – VİDEO

Qaz limitinin ləğvi ilə bağlı MÜHÜM XƏBƏR – VİDEO

Hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox evdə tətbiq olunan…
İstefa verən Rüfət Hacıyevdən XƏBƏR VAR: “Vəzifəmdən ayrılıram, lakin…”

İstefa verən Rüfət Hacıyevdən XƏBƏR VAR: “Vəzifəmdən ayrılıram, lakin…”

“Ölkəmizdə son onillikdə təhsil islahatlarının həyata keçirilməsi prosesində daim nazirliyimizin və əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim…