• 28.10.2023 17:48

İlham Əliyev: “Tarixən olduğu kimi, Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır”

İlham Əliyev: “Tarixən olduğu kimi, Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır”

Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz (Rəcəb Tayyib Ərdoğan) başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.

PROSES.AZ xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda yer alıb.

“Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.

Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik”, – dövlət başçısı qeyd edib.

Bu tarixi gündə qardaş Türkiyə xalqının sevincinə qoşulduğunu bildirən Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıb.

DİGƏR XƏBƏRLƏR

Yeni ildə 7 gün iş olmayacaq

Yeni ildə 7 gün iş olmayacaq

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Proses.az xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi…
Tural Həsənlinin vəziyyəti yenidən pisləşdi – FOTO

Tural Həsənlinin vəziyyəti yenidən pisləşdi – FOTO

Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib. Proses.az axar.az-a…
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib – FOTO, VİDEO

İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib – FOTO, VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Proses.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Kabinetində öldürülən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi – FOTO

Kabinetində öldürülən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin…

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyinat olub. Proses.az yenisabah.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Səbinə Mikayıl qızı…
İstintaqa cəlb edilən növbəti türkiyəli fenomen göz yaşlarını saxlaya bilmədi – FOTO

İstintaqa cəlb edilən növbəti türkiyəli fenomen göz yaşlarını saxlaya…

Çirkli pulların yuyulması ittihamı ilə həbs olunan türkiyəli fenomenlər, iş adamları Dilan-Engin Polat cütlüyünün aqibətindən sonra digər fenomenlərin sərvəti də…
Jurnalistin Qəzzada həlak olması ilə bağlı AÇIQLAMA

Jurnalistin Qəzzada həlak olması ilə bağlı AÇIQLAMA

Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin fotomüxbiri Montaser Əl-Savafın Qəzza bölgəsində peşə borcunu yerinə yetirərkən həlak olmasını qınayır və jurnalistlərin…
Dəmir yolunda daha bir piyada diqqətsizliyi – Ölən var

Dəmir yolunda daha bir piyada diqqətsizliyi – Ölən var

Saat 00:00 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli…
Neftçalada şəhid ailəsinin evində soyğunçuluq edən şəxs SAXLANILDI

Neftçalada şəhid ailəsinin evində soyğunçuluq edən şəxs SAXLANILDI

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında rayonun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi…
Bu gündən Azərbaycanda prezidentliyə namizədlər irəli sürülə bilər

Bu gündən Azərbaycanda prezidentliyə namizədlər irəli sürülə bilər

Bu gündən Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədlər irəli sürülə bilər. Proses.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin…
Alimlərdən XƏBƏRDARLIQ: Rekord istiləşmə və duzlaşma…

Alimlərdən XƏBƏRDARLIQ: Rekord istiləşmə və duzlaşma…

ABŞ-ın Sent-Corc şəhərindəki Bermud Okean Elmləri İnstitutundan olan alimlər Bermud adaları yaxınlığında Atlantik okeanının bütün müşahidə dövrü ərzində maksimal həddə…
Dünya gündəmini zəbt edən dəhşətli Görüntülər

Dünya gündəmini zəbt edən dəhşətli Görüntülər

İki gün öncə Qəzza zolağının şimalında çəkildiyi iddia edilən görüntülər gündəm olub. “Qafqazinfo” xəbər verir ki, onlarla yarıçılpaq kişinin yanında…
Bakıda ana övladını taksidə qoyaraq qaçıb – FOTO

Bakıda ana övladını taksidə qoyaraq qaçıb – FOTO

Bakıda ana övladını taksidə qoyaraq qaçıb. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım…
Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? – İDDİA

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? –…

Azərbaycanda saxta diplomlu vəzifəli şəxslərin mövcudluğu hətta rəsmi qurumlar tərəfindən belə etiraf olunan faktdır. Problem təhsil müəssisələrində daha aktual olsa…
Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır – FOTO

Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır – FOTO

Rusiya azərbaycanlı qadını axtarışa verib. Lent.az xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib. Qeyd olunur ki, 39…
Ağdaşda məktəbli qollarını kəsərək, sosial şəbəkədə paylaşıb – AÇIQLAMA

Ağdaşda məktəbli qollarını kəsərək, sosial şəbəkədə paylaşıb – AÇIQLAMA

Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayon məktəblisinin qollarını kəsərək özünə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Qurumdan Oxu.Az-ın…