- 30.10.2023 16:45
Ceyhun Bayramov BƏƏ-yə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.
XİN-dən verilən məlumata görə, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksəksəviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.