• 01.11.2023 11:34

Erməni xəritələri “Qarabağ Azərbaycandır!” deyir, bəs Ermənistan konstitusiyası?

Erməni xəritələri “Qarabağ Azərbaycandır!” deyir, bəs Ermənistan konstitusiyası?

Ötən həftə Tiflisə Beynəlxalq “İpək Yolu” Forumunda Ermənistan Baş naziri Nikol Paşinyan maraqlı bir xəritə təqdim eləmişdi. Orada Azərbaycanın ərazi bütövlüyü tam, keçmiş qondarma quruma məxsus heç bir ad, “xəritə” və ya toponim istifadə olunmadan göstərilirdi.

ABZAS.jpeg (102 KB)

Normalda sözsüz, belə olmalı. Məntiqlə Ermənistan nəhayət, özünü qəbilə dövləti yox, sivil dünyanın tərkib hissəsi sayırsa, nəinki Azərbaycana, elə digər qonşu ölkələrə – Türkiyə və Gürcüstana (Cavaxetiya) da torpaq iddialarından əl çəkməlidir. Rəsmən! Həmişəlik! Yoxsa avtomatik əks-məntiq işə düşəcək: başqa ölkələrin suverenliyi və ərazi bütövlüyünü tanımarsan, səni də dövlət kimi saymaz, tanımazlar və ərazini mübahisələndirərlər…

Deyəsən bu bəsit gerçək qarışqa sürəti ilə də olsa, qonşu toplumun və onun önündə gedənlərinin alt şurunda oturuşmağa başlayıb. 7-ci sinif üçün yeni “Ermənistan tarixi” dərsliyində Qarabağın Azərbaycan tərkibində göstərilməsi bunun daha bir təzahürüdür. Hərçənd tələsməyə də lüzum yox – qarşıda gediləsi çox uzun, ağrılı bir yol var.

100 illik xroniki “miatsum” mərəzindən qurtulmaq, onu birdəfəlik unutmaq, nəsillərin yaddaşıdan silmək sizə asan gəlməsin. Ən azından daxildə revanşistlər, xaricdə isə varlı-imkanlı erməni daşnak lobbisi, Qərbin və Rusiyanın sülhə qənim kəsilən məkrli çevrələri sonadək, var gücləri ilə dirəşəcək. Buna şəkk-şübhə olmasın.

Yada salaq, cəmi iki ay öncə radikal kəsim Ermənistanda olduqca fitnəkar mahiyyətli bir qanun layihəsinin qəbulu üçün imza toplama kampaniyası keçirib. Hədəf Paşinyan başda olmaqla, bütün indiki və sonrakı məmurlara Qarabağı Azərbaycan torpağı saymağı, saxta “erməni soyqırımı”nı şübhə altına almağı yasaqlamaq, əməl eləməyənləri isə cinayət məsuliyyətinə (9-10 il həbs!) cəlb eləməkdir.

Doğrudur, hakim partiya parlamentə belə təşəbbüsü bloklayacağını bildirib. Üstəlik, 24 saatlıq antiterror tədbirlərindən və mifik rejimin özünü buraxmasından sonra radikalların cəhdləri daha mənasız olub. Ancaq istənilən halda söhbət erməni ictimai fikri ilə manipulyasiyadan gedir.

Yəni kapitulyant ölkədə “mənəvi təmizlənmə” ta o vaxta qədər getməlidir ki, Azərbaycan-Türk xalqına qarşı bəşəri cinayətlər törətmiş Qaregin Njde kimi terrorçu-faşistlərin və şərəfsizlərin İrəvandakı bütün heykəl-abidələri, “Nemezis” kompleksi söküləcək, ümumiyyətlə Şərə sitayiş və ibadət ocaqlarının hamısı bağlanacaq…

Qayıdaq Qarabağın Azərbaycan ərazisi kimi göstərildiyi xəritə və 7-c sinif tarix dərsliyinə. Qeyd edildi, bunlar normal, yaxşı. Amma nonsens ondadır ki, Ermənistan hazırkı konstitusiyasına əsasən, “Dağlıq Qarabağ” Ermənistandır. İrəvanda isə hələ də “Dağlıq Qarabağ nümayəndəliyi” fəaliyyət göstərir. O zaman necə olsun? Bu reallıqlar dura-dura, iki xalq arasında barışıq, sülh müqaviləsi şübhəsiz, qəliz olacaq.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da haqlı olaraq hesab edir ki, Ermənistanın hazırkı konstitusiyası hüquqi baxımdan sülh müqaviləsini mümkünsüz edir, çünki Paşinyanın Qarabağı Ermənistanın tərkib hissəsi sayan konstitusiyaya dəyişiklik etmək səlahiyyətinə malik deyil. “Bizim Ermənistanda danışacaq kimsə yoxdur, ona görə ki, siyasi elita cinayət törətdiyini anlamır. Nə üçün mən Paşinyanın və ya başqasının quru sözünə inanmalıyam? Qoy onda Şarl Mişel desin ki, Ermənistan referendum keçirməli və bu iddiaları aradan qaldırmalıdır”, – eks-diplomat vurğulayıb.

Həqiqətən, sabah tutaq ki, Paşinyan getdi, yerinə Pişikyan, Köçəryan, yaxud Səkisyan gəldi, Milşel isə pensiyaya çıxdı, Ermənistanın “miatsum”dan “yoğurulan” konstitusiyası, radikal-daşnakların cəsarət qaynağı ki, yerində qalır…

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…