• 01.11.2023 13:08

“Məhkəmə Mövlam Şıxəliyevin sifarişi ilə süni şəkildə uzadılır” -Zərərçəkənlər etiraz edir

“Məhkəmə Mövlam Şıxəliyevin sifarişi ilə süni şəkildə uzadılır” -Zərərçəkənlər etiraz edir

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş idarənin şöbə rəisləri – Sahib Ələkbərov, Yasin Məmmədov, Vüsal Ələkbərovun barələrindəki qərardan kassasiya şikayəti üzrə iclasın qeyri-müəyyən vaxta qədər təxirə salınması zərərçəkənlərin narazılığına səbəb olub. Zərərçəkənlər hesab edirlər ki, məhkəmənin bu şəkildə uzadılması Mövlam Şıxəliyevin maraqlarına xidmət edir, onun diqtəsi ilə iclasın mümkün qədər uzadılması üçün addımlar atılır. Hətta iddia edirlər ki, işə baxan Ali Məhkəmə hakimi Nazim Mövsümov Mövlam Şıxəliyevin maraqlarını təmin edir. Bildirirlər ki, Mövlam Şıxəliyevin saxlandığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən sifarişə bənzər müraciəti də hakimlə münasibətlərinə söykənir. Əks halda Mövlam Şıxəliyev şərt kəsirmiş tonunda Ali Məhkəməyə məktubla müraciət etməzdi. 

Yada salaq ki, Ali Məhkəməyə Mövlam Şıxəliyev və digər 3 işçisi kassasiya şikayəti təqdim ediblər. Məhkum MTN-çilər barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb ediblər.

Musavat.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır. Prokuror Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş, yaxınlarının adına olan və aşağı məhkəmə instansiyalarında geri qaytarılan əmlaklarını da tam olaraq müsadirə edilməsi barədə qərar çıxarılmasını tələb edir. Zərərçəkənlər də protestin təmin edilməsi ilə yanaşı kassasiya şikayətlərində yazırlar ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma onlara qarşı törədilən cinayətlərə münasibətdə daha yüngül cəzalar təyin olunub. Onlar məhkəmədən xahiş edirlər ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma daha ağır cəzalar təyin olunması barədə qərar çıxarsın.

Oktyabrın 18-də Ali Məhkəmədə keçirilən iclasda şikayət vermiş məhkumlardan yalnız Sahib Ələkbərov iştirak etmişdi. Həmin iclasda sədrlik edən hakim Mövlam Şıxəliyevin məktubunu elan etmişdi. Mövlam Şıxəliyev məhkəməyə göndərdiyi naməsində iclasda iştirakının bir şərtlə təmin olunmasını istəyib. O, hazırda saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülmədən, birbaşa Cəzaçəkmə Müəssisəsindən məhkəməyə gətiriləcəyi halda iştirak etməsini ifadə edib. Əks halda kassasiya şikayətinə onun iştirakı olmadan baxılmasını tələb edib.

Hakim isə bildirmişdi ki, belə bir prosedur qayda müəyyən edilməyib.

İclasda o da bəlli olmuşdu ki, Sahib Ələkbərovun vəkili Vüsal Orucov oktyabrın 17-də kassasiya şikayətinə əlavə təqdim edib. Hakim yerindəcə müşavirə keçirib kassasiya şikayətinə əlavənin tərəflərə çatdırılması üçün iclasın qeyri-müəyyən vaxta qədər təxirə salınması ilə bağlı qərar vermişdi.

Zərərçəkən Əfsəl Həsənəliyev “Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyev həbsdə də mütəşəkkil cinayətkar dəstəsinin üzvləri olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovu idarə edir: “Hər 3 polkovnik Mövlam Şıxəliyevin idarəsində şöbə rəisləri olub, onun qanuni-qanunsuz göstərişlərini icra ediblər. Bu gün də onun dediyi ilə oturub-dururlar. Sahib Ələkbərovun vəkilinin kassasiya şikayətinə əlavəni məhkəmə iclasına 1 gün qalmış təqdim etməsi də təsadüfi deyil. Başqa bir məhkum Mövlam Şıxəliyevin yazdığı tərzdə Ali Məhkəməyə müraciət edə bilər? Deməli, ona belə bir özbaşınalıq üçün şərait yaradılıb. Necə yəni mən Bakı İstintaq Təcridxanasına getmirəm? Məgər bunu sən müəyyən edirsən? Ali Məhkəmə sədrindən xahiş edirəm ki, bunların oyununu pozsun. Məhkəmə Mövlam Şıxəliyevin sifarişi ilə süni şəkildə uzadılır. Bunun qarşısı alınmalıdır!”

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi ötən ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. Bu ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin – həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində – “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.

DİGƏR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

“By_guniiii” ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaşıımı marağa səbəb olub. Model və aktrisa kimi də fəaliyyət göstərən Günay özünə yeni…
Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub. Oxu.Az-ın məlumatına görə, qəzada ölən Ağstafa rayonunun Muğannı kənd sakini,…
Beşinci övladı ölü doğuldu – Video

Beşinci övladı ölü doğuldu – Video

Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb. Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə…
Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Biri yeniyetmə olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı hökm oxunub. “Qafqazinfo”nun məlumatına görə, qəzaya səbəb olan…
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Proses.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:02-də qeydə alınıb.…
Tanınmış müğənni vəfat etdi – FOTO

Tanınmış müğənni vəfat etdi – FOTO

Gəncədə tanınmış müğənni Alim Gəncəli vəfat edib. Proses.az “Teleqraf”a istinadla xəbər verir ki, bir müddətdir onun səhhətində ciddi problemlər var…
“Sənə nə etmişəm ki, mənimlə müharibəyə başlamısan?”

“Sənə nə etmişəm ki, mənimlə müharibəyə başlamısan?”

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev yıxılaraq zədələnmiş və xəstəxanaya yerləşdirilmişdi. Evə buraxılan sənətçi “Elgizlə izlə” proqramına qatılıb. İfaçı yıxılmasından…
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? – Rəsmi açıqlama – Foto

Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? – Rəsmi açıqlama…

“Bakının Nizami rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin müəllimi övladıma şiddət göstərib”. Bu şikayətlə…
Rəvan Qarayev qəzaya düşdü

Rəvan Qarayev qəzaya düşdü

Müğənni Rəvan Qarayev qəzaya düşüb. Milli.Az xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu efirdə məlumat verib. Belə ki ifaçı verilişə gələrkən…
38 yaşlı qadın bıçaqlandı – Şübhəli qardaşıdır

38 yaşlı qadın bıçaqlandı – Şübhəli qardaşıdır

Goranboyda 38 yaşlı qadın bıçaqlanıb. Proses.az xəbər verir ki, qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədə G.Nəcəfovanın 32 yaşlı qardaşı S.Nəcəfov…
Dəbdəbəli bağından VİDEO yaydı

Dəbdəbəli bağından VİDEO yaydı

Şair və qiraətçi Nazilə Səfərli sevincini izləyiciləri ilə bölüşüb. O, “İnstaqram” hesabından Türkiyədən gələn qonaqları ilə voleybol oynadığı anlarını bölüşüb.…
Xərçəng təhsilinə əngəl olmadı – İmtahanda yüksək nəticə göstərdi- FOTO

Xərçəng təhsilinə əngəl olmadı – İmtahanda yüksək nəticə göstərdi-…

Xəbər verdiyimiz kimi, 20 aprel tarixinində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, uğurlu nəticə…
Nazpərinin gizli bacarığı

Nazpərinin gizli bacarığı

Xalq artisti Nazpəri Dostəliyeva gizli bacarığını açıqlayıb. Müğənni bu haqda “El canlı” verilişində deyib. Müğənni bildirib ki, saç və makiyajını…
Nazpərinin gizli bacarığı

Nazpərinin gizli bacarığı

Xalq artisti Nazpəri Dostəliyeva gizli bacarığını açıqlayıb. Müğənni bu haqda “El canlı” verilişində deyib. Müğənni bildirib ki, saç və makiyajını…
“TikTok”da qadınları şantaj edən şəxs saxlanıldı

“TikTok”da qadınları şantaj edən şəxs saxlanıldı

Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək “TikTok”da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks…