• 01.11.2023 15:23

Bakı dediyini etdi: Zəngəzur istifadəsiz qalır

Bakı dediyini etdi: Zəngəzur istifadəsiz qalır

Azərbaycan ikinci dəhlizi reallaşdırmaq istiqamətində aktiv hərəkətə başladı; Paşinyan “Zəngəzur qatarı”nın dalınca baxan dalan dövlətin hökumət başçısı kimi tarixə düşə bilər – İrəvanda narahatlıqlar artdı

Prezident İlham Əliyev Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikinti işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikinti işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat ayrılıb. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və İran arasında Ermənistan ərazisindən yan keçməklə İrandan keçən avtomobil və dəmir yolunun tikintisi layihəsini şərh edib. O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizi layihəsində Zəngəzur məntəqəsi hazırda Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbindən nəzərdən keçirilmir: “”Şimal-Cənub”a gəlincə, burada qarşılıqlı əlaqə tamamilə normaldır. Bundan əlavə, siz bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili boyunca uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar. Bu ölkələr faktiki olaraq, İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar. Avtomobil və dəmir yolu Ermənistandan yan keçsə, o, sadəcə olaraq, çayın o biri tərəfinə düşəcək”.

Yada salaq ki, Azərbaycan Prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev “Politico”ya açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi artıq Azərbaycan üçün cəlbedici deyil, İrandan keçən marşruta üstünlük verilir. Beləliklə, İrəvan Zəngəzur üzərindən spekulyası ilə heç nəyə nail olmadı. Azərbaycan alternativ layihəyə 14 milyon pul ayırmaqla İran marşrutunun önə çıxdığını nümayiş etdirdi.

Azərbaycanın alternativ dəhlizlə bağlı konkret anlaşmaların ardınca tikinti işlərini sürətləndirməsi Ermənistanda açıq həyəcan doğurub. Rəsmi İrəvan elə zənn edirdi ki, Zəngəzur dəhlizinin açılması barədə üçtərəfli bəyanatın 9-cu bəndini icra etməməsinin qarşılığında Azərbaycanı hansısa güzəştlərə sövq edə bilər. Ola bilsin ki, buna Paşinyan hökumətini həm də Qərbdəki havadarları inandırmışdılar. Təsadüfi deyil ki, bir müddət öncə Azərbaycanın Zəngəzurun qərb hissəsinə guya hücum edəcəyi barədə dezinformasiyalar yayıldı. ABŞ və Avropa mənbələrinin sürətlə tirajladığı bu feyk xəbərin ardınca Ermənistana səfərlər intensivləşdi, bu ölkənin “himayədarları” yarışa başladılar. Heç şübhəsiz ki, bu kimi saxta xəbərlər Qərb paytaxtlarının özlərinə lazım idi, Rusiya ilə “soyuq müharibə” dövrünü yaşayan Ermənistanı öz tərəflərinə daha sürətlə çəkməkdən ötrü. Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar davamlı şəkildə Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin tərəfdarı olduğunu bildirib. Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi barədə öhdəliyini unutdurmağa çalışmaqla yanaşı, kommunikasiyaların açılmasında maraqlı olduğunu sözdə dilə gətirir. Heç şübhəsiz, Paşinyan bu dəfə Zəngəzur qatarının dalınca baxan dalan dövlətin hökuməti başçısı kimi tarixə düşəcəyini anladığı üçün aktivləşib. Təsadüfi deyil ki, Paşinyan Tiflisdəki “İpək yolu” beynəlxalq konfransına xəritələrlə getmişdi və Azərbaycanın xəritəsini iri ekranda nümayiş etdirməklə ölkəsinin “dünya kəsişməsi” rolunu oynaya biləcəyi haqda illüziyalarını bölüşürdü. Ancaq bu dünya kəsişməsinin müəllifi üç ildir 42 km-lik dəhliz anlaşmasına əməl edə bilmir, onu təhdid edən revanşçıların qorxusundan. Azərbaycan isə yoluna davam edir, artıq onun Avropaya açılan quru qapılarının sayı ikiyə çatıb, Ermənistan isə növbəti özünütəcrid dövrünə adlamaqdadır. İstisna deyil ki, günün birində Ermənistan Zəngəzur dəhlizini yalvara-yalvara açmağa çalışacaq. Əks təqdirdə, regionun tam təcrid olunmuş, təklənmiş ölkəsi bu şərtlər daxilində uzun gedə bilməz.

Media-Fayl: Foto Şəkil İlham İsmayıl

 İlham İsmayıl 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açqılamasında öncə Kremlin Zəngəzur məsələsi ilə bağlı mövqeyini şərh etdi: “Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizi ilə bağlı günahı “Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbi ilə” izah edir. Amma o, Rusiyanın 44 günlük müharibə bitəndən sonra Zəngəzur dəhlizi ətrafında Ermənistanın bütün ittihamları Azərbaycana qarşı yönəltməsinə şərait yaratmasından, sanki bu dəhlizin yalnız Azərbaycan və Türkiyənin marağında olması görüntüsü formalaşdırmağa çalışmasından danışmır. İranın da dəhlizi “qırmızı xətt” elan etməsinə Rusiya yenə də susqunluq nümayiş etdirdi. O vaxta qədər ki, Türkiyənin təklifi ilə yolun İrandan keçə biləcəyi ilə bağlı mövqeyindən sonra Azərbaycan və İran arasında Arazüstü yolun təməli qoyuldu və indi də Azərbaycanın ayırdığı vəsaitlə məsələnin ciddiliyi bir daha Rusiyaya aydın oldu”.

İlham İsmayıl əlavə etdi ki, Avropaya bütün quru yolları bağlanan Rusiya üçün Zəngəzur yolu Türkiyə və digər ölkələrə yeganə quru yoludur, o cümlədən dəmir yolu da: “İrandan çəkilən yoldan istifadə etməklə də Rusiya Türkiyəyə çıxa bilir, amma Ermənistana daxil ola bilmir. Ermənistandakı hərbi bazasına dəmir yolu vasitəsilə yük daşıması, ümumiyyətlə, digər yüklərin də hər iki istiqamətdə daşınmaları həyata keçirməsi Rusiya üçün çox önəmlidir. Üstəlik, bu yolun təhlükəsizliyinə məhz Rusiyanın nəzarət etməsi, onun bölgəyə ciddi təsir vasitəsi kimi dəyərləndirilir. Bütün bunlardan məhrum olması ilk növbədə Rusiyanı qane etmir, sonra da Ermənistanı. Ermənistanın bu yoldan əldə etdiyi maliyyə onun qısıtlı büdcəsinə də xeyli kömək edə bilərdi”. Ekspert Qərbin bu məsələ ilə bağlı yanaşmasına da toxundu: “Açığı, Qərb də Rusiyanın nəzarəti olmadan bu yolun açılmasının tərəfdarıdır, çünki Ermənistanın getdikcə Qərbin yaxasından sallanacağını və Qərbdən maliyyə yardımları tələb edəcəyini yaxşı bilir. Yəni top biz tərəfdə yox, Ermənistan və Rusiya arasındadır”.

İlham İsmayıl hesab edir ki, Rusiya Zəngəzur dəhlizinin açılmasına nail olacaq: “Amma Ermənistanın yola ikinci bir dövlətin, yəni Rusiyanın nəzarət etməməsi haqqında israrlı mövqeyini nəzərə almazsa, bu mümkün olmayacaq. Açığı deyim ki, Zəngəzur yolunun açılması bizim üçün alternativ variant olacaq və maraqlarımızı əhatə edən şərtlərlə qarşı tərəfi razılaşdırıb yoldan istifadə edə bilərik. Bu, həm də İran üçün bir siqnal olacaq ki, perspektivdə ərazisindən keçən yol üzərindən nə Türkiyəyə, nə də Azərbaycana təzyiq edə bilməyəcək. Hər iki tərəf üçün alternativimizin olması bizim maraqlarımıza uyğundur”.

“Azərbaycan ərazilərinin 20 faizini 30 ildən artıq işğalda və Azərbaycanın Naxçıvan bölgəsini demək olar ki, 1988-ci ildən blokadada saxlayan Ermənistan qlobal məkanda, bütün diplomatik və beynəlxalq tədbirlərdə Azərbaycanı və Türkiyəni “Ermənistanı blokadada saxlamaqda” ittiham edirdi. Ərazilərimiz işğaldan azad edildikdən sonra imzalanan üçtərəfli bəyanatın şərtlərindən biri də Ermənistan tərəfindən Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan nəqliyyat vasitələrinin, yüklərin və vətəndaşların hər iki istiqamətdə maneəsiz gediş-gəlişinin təmin olunması idi. Lakin Ermənistan bəyanatın bir çox müddəalarını pozduğu kimi, bu bəndi də yerinə yetirməkdən imtina etdi”.

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” - 12.06.2018, Sputnik Azərbaycan

 Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bu fikirləri qəzetimizə açıqlamasında söylədi. Əlavə etdi ki, aradan 3 il keçsə də, Ermənistan tərəfi öz ərazisində kommunikasiyaların bərpa olunması istiqamətində heç bir iş görməyib: “Belə olan halda Azərbaycan alternativ variantdan istifadə barədə İranla razılaşıb. Əlbəttə, yaxşı olardı ki, Ermənistan öz öhdəliyinə əməl etsin. Belə halda həm də Ermənistanın özünün Azərbaycanın və Türkiyənin kommunikasiya vasitələrinə çıxışı olacaqdı və bu kommunikasiyalardan istifadə etməklə nəqliyyat vasitələrinin, həmçinin sərnişinlərin həm Rusiya istiqamətində, həm də Avropa istiqamətində hərəkətinə imkan yaradacaqdı. 30 ildən artıq müddətdə “blokada” deyib hay-küy salan Ermənistan bu şansını da əldən verdi. Ermənistanın bu manipulyasıyası da boşa çıxdı. Bununla belə, gələcəkdə münasibətlər normallaşacağı halda və sülh müqaviləsi imzalandıqdan sonra, ya prosesin gedişində Ermənistan tərəfi Zəngəzur dəhlizində kommunikasiyanı bərpa edərsə və bəyanatda qeyd olunduğu kimi, Azərbaycan tərəfinə məxsus nəqliyyat vasitələrinin, yüklərin və vətəndaşlarımızın maneəsiz, yəni gömrük və sərhəd yoxlaması olmadan keçidinə şərait yaradarsa, fikrimcə, Azərbaycan bu varinatı da qəbul edəcək. İstənilən halda, Ermənistanın Azərbaycana təzyiq vasitələrindən biri də sıradan çıxdı. Bu da Azərbaycanın Laçın yolunda tam suverenliyinin təmin olunması nəticəsində baş verdi. Ermənistan isə özünü bütün qlobal layihələrdən kənarda qoymaqla yalnız özünə zərər vurub və vurmaqda davam edir”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə xatırlatdı ki, Ermənistanın 10 noyabr birgə bəyannaməsinin digər bəndləri kimi 9-cu bəndinə də əməl etməməsi bu ölkənin növbəti dəfə regionda geoiqtisadi layihələrdən kənar qalması ilə nəticələndi: “Halbuki Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsi bu ölkənin iqtisadi maraqlarına cavab verirdi. Amma rəsmi İrəvan bu marşrutdan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək planına malik olduğu üçün rəsmi Bakı bundan imtina etdi. Çünki Ermənistan dəhliz vermir və bunu öz nəzarətində adı yol kimi təklif edir. Onun da nə vaxt reallaşması barədə isə nəsə söyləmək mümkün görünmür. Bu mənada Azərbaycan İranla Zəngəzur dəhlizinin Araz seqmentini razılaşdırdı. Nəticədə Ermənistanın blokadası davam etməklə, Azərbaycan növbəti dəfə dəhliz əldə etdi. Xüsusilə bunu Ermənistanın özünə dost və müttəfiq saydığı İranla birgə etdi”. M.Əsədullazadə hesab edir ki, bu anlaşma Azərbaycanın növbəti siyasi qələbəsidir: “Bundan sonra Ermənistan bu marşrutdan istifadə etməyəcək. Azərbaycan üçün Zəngəzur dəhlizi öz əhəmiyyətini itirdi. Ermənistan rəhbərliyinin Azərbaycana qarşı düşmən siyasəti öz əleyhinə işlədi. Bu marşrut Azərbaycanın beynəlxalq və regional mövqeyini gücləndirəcək, Azərbaycan Şərqlə Qərbi birləşdirmiş bir körpü olacaq. Bu, Prezident İlham Əliyevin növbəti regional siyasi qələbəsidir”.

DİGƏR XƏBƏRLƏR

“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın xorvatiyalı qapıçısı Fabian Buntiç instaqram hesabında paylaşım edib. O, hamilə olan xanımı Cennifer Buntiçlə fotolarını paylaşıb. Buntiç paylaşıma “The…
Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə Mariya Zaxarova arasında mübahisə yaşanıb. Proses.az Trend-ə…
Yasda ehsan verənlər cərimələnə bilər?

Yasda ehsan verənlər cərimələnə bilər?

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Hətta bəzi bölgələrdə bu hal aşkarlanırsa, vətəndaşlar cərimələnir. Maraqlıdır, vətəndaşlar…
Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib. “Maqazin Plus”a danışan prodüser məşhur futbolçu oğlu Mahir Emrelidən danışıb. O, övladının…
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona bakal atdı

Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona…

Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.…
Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda “cekpot”, “əlimyandı”, “şansı qaçırma”…
Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının…
Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra bir sıra və uşağın doğulmasına görə verilən müavinətlərin də artıb…
Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Əməkdar artistlər İlkin Əhmədovla Nigar Şabanova arasında küsülülüyə son qoyublar. Efirlərin birində qonaq qolan xanəndələr canlı yayımda barışdıqlarını nümayiş etdiriblər.…
“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.…
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Müdafiə Sənayesi Nazirliyinin nəzdində “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-yə yeni rəis təyin edilib. Proses.az “Qaynarinfo”ya istinadla xəbər verir ki,…
DYP-dən skuter sürənlərə XƏBƏRDARLIQ

DYP-dən skuter sürənlərə XƏBƏRDARLIQ

Ölkədə skuterdən istifadə artdıqca, qayda pozuntuları da artır. Proses.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin…
Xankəndidəki sahibkarın iddiası ilə bağlı – Rəsmi açıqlama

Xankəndidəki sahibkarın iddiası ilə bağlı – Rəsmi açıqlama

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb. Proses.az AZƏRTAC-a istinadən açıqlamanı təqdim edir: “Azərbaycanın ərazi…
Prezidentdən bu qurumla bağlı FƏRMAN

Prezidentdən bu qurumla bağlı FƏRMAN

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun tərkibi genişlənib. Proses.az xəbər verir ki, bununla bağlı…
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılmadı

Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılmadı

Nərimanov Rayon Məhkəməsində həbsdə olan tiktoker Rəşad Abdullayevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb. Oxu.Az-ın…