- 02.11.2023 22:54
Mask: “Corc Soros insanlığa nifrət edir”
Amerikalı milyarder, Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask Açıq Cəmiyyət Fondunun rəhbəri, maliyyəçi Corc Sorosu insanlığa nifrət edən şəxs adlandırıb.
PROSES.AZ xarici agenltiklərə istinadən xəbər verir ki, Mask bununla bağlı düşüncələrini Co Roqanın “The Joe Rogan Experience” proqramında bölüşüb.
“Məncə, o, bəşəriyyətə fundamental səviyyədə nifrət edir”,-deyə Mask qeyd edib.
Qeyd edək ki, bundan öncə də Mask Sorosu “Marvel” şirkətinin komisklərindəki mənfi qəhrəmanlara bənzətmişdi.