• 02.11.2023 10:48

Prezident Səhiyyə Nazirliyinin qarşısına bu vəzifəni qoyub – Teymur Musayev AÇIQLADI

Prezident Səhiyyə Nazirliyinin qarşısına bu vəzifəni qoyub – Teymur Musayev AÇIQLADI

“COVİD-19 pandemiyası hər bir ölkənin özünü tibbi məhsullarla təmin edə bilməsinin strateji məsələ olduğunu önə çıxartdı. Bu baxımdan, budəfəki sərginin əhəmiyyətini bir daha vurğulamaq istərdim. Bu gün burada qurulan münasibətlərin qarşılıqlı biznes maraqlarının yüksəldilməsinə, investisiya yatırımlarının artırılmasına və əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyinə inanıram”.

Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən Medinex sərgisində çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkə rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinin qarşısında müəyyən olunmuş əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir:

“Bu baxımdan, Səhiyyə Nazirliyi tibb ictimaiyyətinə innovativ məhsulların tanıdılmasına, mütəxəssislərin müasir trendləri izləməsinə, elmi-texniki nailiyyətlərin tətbiqinə imkan yaradan sərgilərin təşkilini yüksək qiymətləndirir və dəstəkləyir. Səhiyyə sektoru qlobal miqyasda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bugünkü şəraitdə uğur qazanılması üçün keyfiyyətli məhsulların istehsalı qədər onların tanıdılması da əhəmiyyətlidir”.

“Eyni zamanda, tibb mütəxəssislərimiz əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırır, bilik və bacarıqlarının səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırılması üçün sektordakı dəyişiklikləri yaxından izləyirlər” – səhiyyə naziri qeyd edib.

Teymur Musayevin sözlərinə görə, Medinex sərgisi həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacaq:

“İnanıram ki, növbəti illərdə yerli istehsal olan tibbi məhsullar və avadanlıqlara həsr olunmuş stendlərin sayının daha da artdığının şahidi olacağıq”.

DİGƏR XƏBƏRLƏR

Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

İrəvanın mərkəzində, Respublika meydanında oxunan “Qarabağ” mahnısı erməni mediası və ictimaiyyətində panika yaradıb. Musavat.com axar.az-a istinadən bildirir ki, videonun köhnə olduğu…
Onlar həmin qəzada öldülər – FOTOlar

Onlar həmin qəzada öldülər – FOTOlar

Faciə ABŞ-da son 20 ildə ən ölümcül hava fəlakəti ola bilər. ABŞ-da ölümlə nəticələnən American Airlines təyyarə qəzasının ən gənc…
Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb. Bu barədə Proses.az-a Xarici İşlər…
Sabahdan çörəyin qiyməti bahalaşacaq

Sabahdan çörəyin qiyməti bahalaşacaq

Azərbaycanda çörəyin qiymətində artım olacaq. Globalinfo.az-ın paytaxtdakı bəzi mağazalarda keçirdiyi sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörəyin qiyməti 5…
Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM XƏBƏR

Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM…

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdiriləcək. Bu, Prezident…
Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun…
Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində bir ailənin 5 üzvünün həyatını itirməsi ilə nəticələnən partlayış ölkəmizdə postmüharibə dövründə partlamamış hərbi sursat (PHS)…
Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların…
Leysan Məmmədova vəzifə verildi

Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib. Proses.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz…
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur. Proses.az xəbər verir ki, bunu Report-a “Konstitusiya Araşdırmaları…
İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun…
“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi…
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib. Proses.az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Xatırladaq ki,…
Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib. Trend rus KİV-lərinə istinadən xəbər…
Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Mənə birdən xəbər gəldi ki, qardaşımgilin evində partlayış olub. Proses.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağcabədidə baş…