• 02.11.2023 10:55

Paşinyanın “xəritə” hiyləsi – Qərbə, yoxsa Rusiyaya mesaj verir…

Paşinyanın “xəritə” hiyləsi – Qərbə, yoxsa Rusiyaya mesaj verir…

Nikol Paşinyan özünü və ölkəsini düşdüyü böhran vəziyyətindən çıxarmaq üçün çabalar göstərsə də, buna nail ola bilmir. Düzdür, o vaxtaşırı müxtəlif planlarından danışır, müəyyən təkliflərini açıqlayır. Ancaq maraqlıdır ki, ölkəsində bunları istənilən halda tənqid edir və onu bütün proseslərdə “xəyanətkar” elan edirlər. Bunu əksər siyasi dairələr birlikdə reallaşdırır.

O da sirr deyil ki, Paşinyan hazırda Qərblə Rusiya arasında oynamağa çalışır, özünü manevr etmiş kimi göstərir. Ancaq məsələ bundan ibarətdir ki, “Soros uşaqları”ndan olan Nikol birmənalı olaraq Qərbin təlimatlarından kənara çıxa bilmir. Onun Ermənistanın xilası naminə müzakirəyə verdiyi “sülhün kəsişməsi xəritə”si də ciddi şübhələr yaradır. Erməni ekspertlər Paşinyanın bu layihəsini artıq Ermənistanı Türkiyə və Azərbaycandan əbədi asılı vəziyyətə salmaq cəhdi kimi qiymətləndirirlər. Yəni deyirlər ki, Ermənistanın xilası üçün ortaya atılan bu layihə onları iki türk dövlətinin nəzarətində qalmağa vadar edəcək. Erməni hüquq müdafiəçisi Avetik İxşanyan isə iddia edir ki, bu layihə reallaşarsa, Ermənistan iqtisadiyyatı 100 faiz Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.

“Əgər Paşinyanın göstərdiyi xəritə icra olunarsa, qısa zamanda Ermənistan iqtisadiyyatı Azərbaycan və Türkiyə iqtisadiyyatından asılı olacaq və 100 faiz dağılacaq. Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək. Zamanla Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi, daha sonra siyasi nəzarətinə keçəcək”, – İxşanyan iddia edib.

Erməni ekspert Karen İgityan da iddia edir ki, bu layihədən Azərbaycan və Türkiyə daha çox qazanc əldə edəcək. Əslində isə sözügedən layihə heç də pozitiv hesab oluna bilməz. Çünki Paşinyanın bu layihəsi de-fakto Zəngəzurdan dəhliz verməyin qarşısını almağa, əvəzində sadələşdirilmiş rejimlə kommunikasiyanın açılmasına nail olmağa yönəlib. Siyasi nöqteyi-nəzərdən isə Paşinyanın bu layihəsinin Qərbdə Rusiyaya qarşı hazırlanmış bir plan olması iddiası da var. Yəni bu, Rusiyanın Cənubi Qafqazda, konkret Ermənistanda təsirlərinin azaldılmasına növbəti cəhd kimi də başa düşülə bilər. Ümumiyyətlə, Paşinyan niyə real işlər görmək əvəzinə, utopik ideyalarla çıxış edir? Bununla vəziyyəti mürəkkəbləşdirməyə və hansı dividentləri götürməyə cəhd edir? Bu layihə real görünmürsə, hansı hiylə ilə ortaya atılır?

Rəşad Bayramov: “Azərbaycan nümayəndə heyəti 2016-cı ildə İranda təzyiq  altındamı olub?” » Ovqat.com

Rəşad Bayramov: “Onun təqdim etdiyi xəritə reallıqdan daha çox arzular üzərində qurulub”

 

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov erməni baş nazirin “xəritəsi”nə Ermənistanın arzuları kimi baxır: “Tiflisdə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan, Azərbaycan, İran və Türkiyə ilə nəqliyyat kommunikasiyalarının inkişafını nəzərdə tutan “sülhün kəsişməsi xəritəsi”ni təqdim etməklə əslində bölgədə kommunikasiyaların inkişafında Ermənistanın rolunu qabartmağa çalışdı. Amma onun təqdim etdiyi xəritə reallıqdan daha çox arzular üzərində qurulub. Yəni başqa sözlə, Paşinyanın layihəsinə, sadəcə, Ermənistanın arzuları kimi baxmaq lazımdır.

Ermənistanın əsas şərti odur ki, “bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərsin”. İkincisi, “hər bir ölkə öz dövlət orqanları vasitəsilə öz ərazisində sərhəd və gömrük nəzarətini həyata keçirsin, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etsin”. Və nəhayət, “bütün ölkələr bir-birinin infrastrukturundan bərabər və qarşılıqlı şəkildə istifadə etsin. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan isə gələcəkdə Ermənistanın Azərbaycan qazını ala biləcəyi və hətta onun Avropaya nəqli üçün tranzit məntəqəsi kimi çıxış edə biləcəyi barədə fərziyyə də irəli sürüb.

Bütün bunlar ilk baxışdan gözəl səslənir, lakin bu, yalnız o halda işləyə bilər ki, Ermənistan Azərbaycan, Rusiya və Türkiyə tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilsin. Bu ölkənin indiki durumunda isə onun bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməsi mümkün deyil. Birincisi, ona görə ki, Ermənistan bu gün dörd sərhədindən yalnız ikisi açıq olan bir dalana dirənib. İkincisi, Ermənistan dəmir yolları hazırda Rusiya dəmir yolları strukturunun bir hissəsi kimi fəaliyyət göstərdiyindən və Ermənistanın İranla sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunduğundan rəsmi İrəvanın hansı şərtlərlə çıxış etməsi faktiki olaraq qəbuledilən deyil.

Bizim üçün məqbul olanı isə sadəcə tranzit marşrutu yox, İrəvanın birbaşa nəzarəti olmayan tranzit marşrutunun təmin edilməsidir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistandan keçən marşrutun “Bakı üçün cəlbediciliyini itirdiyini” və əvəzində İran vasitəsilə həyata keçirilə biləcəyini deməsi də bu baxımdan təsadüfi hesab olunmamalıdır. Rəsmi Bakının bu mövqedən çıxış etməsi Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Belə ki, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə ehtiyacı qalmayan, ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş, dünyanın tanıdığı sərhədləri çərçivəsində artıq möhkəmlənmiş Azərbaycan, prinsipcə, İrəvanla sülh müqaviləsindən imtina da edə bilər. Onda Ermənistanda vəziyyət tamamilə acınacaqlı olacaq: nəqliyyat kommunikasiyaları yoxdur, Rusiya ilə münasibətlər korlanıb, dalan dövlət olaraq Qərbin maliyyə dəstəyi ilə uzun müddət ayaqda qalmaq da mümkünsüzdür.

Bu şəraitdə İrəvanın edə biləcəyi yeganə şey Gürcüstan və İranla əlaqələri gücləndirməkdir. Paşinyanın Ermənistanı Qərb üçün platsdarma çevirmə, eləcə də İran üçün potensial təhlükə hesab olunan ayrı-ayrı dövlətlərin bölgəyə gətirilməsi cəhdlərini nəzərə alsaq, rəsmi Tehranın da Ermənistanla münasibətlərdə problemlər yaşayacağını deyə bilərik.

Bütün bunları nəzərə aldıqda Paşinyanın vəziyyəti mürəkkəbləşdirməklə hansı dividentləri götürməyə cəhd etməsi faktiki olaraq mümkünsüz görünür. Rəsmi İrəvan üçün indi ən məqbul olan hansısa şərtlərlə çıxış etmək yox, ölkəsini düşdüyü durumdan çıxarmaq üçün Azərbaycanın şərtlərini qəbul etməkdən ibarətdir”.

 

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı: “Bu kontekstdə Moskvanın İrəvana təzyiqi artacaq”

Siyasi analitik Asif Nərimanlı bu cür təkliflərlə Ermənistanın çıxış yolları axtardığını düşünür: “Ermənistan Zəngəzurdan dəhliz vermək istəmədiyini açıq şəkildə bəyan edib, lakin bu dirənişdən ən çox özlərinin itirəcəyini də anlayırlar. Çünki Azərbaycan və Türkiyə İran marşrutundan istifadə etmək qərarına gəlib, Tehranla bu istiqamətdə razılaşma da var. Bu halda Ermənistan regional kommunikasiyaların açılmasından kənarda qalacaq, həm də Türkiyə ilə sərhədin açılması imkanını itirəcəklər. Bu isə “dalan ölkə” olaraq qalmaq deməkdir. Bunu İrəvan anlayır, buna görə də həm dəhliz – 10 noyabr razılaşmasına uyğun olaraq maneəsiz keçid verməmək, həm də regional kommunikasiyanın açılmasına nail olmaq üçün belə bir təklif irəli sürürlər. Bu layihəni Qərb də dəstəkləyir, lakin Zəngəzur dəhlizinə nəzarət etmək istəyən Rusiyanın planına uyğun deyil. Belə vəziyyətdə problemlərin regional müstəvidə həlli prinsipi sual altına düşür və anlaşmaları çətinləşdirir. Ermənistan da anlayır ki, bu layihəsinin qəbul edilməsi çətindir, lakin dəhliz məsələsini arxa plana keçirmək üçün “sülhün kəsişməsi” adlı təkliflə çıxış etməklə həll yollarını da axtarır. Fikrimcə, bu məsələ İrəvan və Moskvanın probleminə çevriləcək, çünki Azərbaycan kommunikasiyaların açılması istiqamətində üzərinə düşən hər şeyi edir, məsələnin 10 noyabr razılaşmasına uyğun həll edilib-edilməməsi artıq Rusiyanın problemidir. Bu kontekstdə Moskvanın İrəvana təzyiqi artacaq”.

DİGƏR XƏBƏRLƏR

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs edildi

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs…

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış…
İyunun ilk gününün HAVASI

İyunun ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Proses.az xəbər verir ki, bu barədə Milli…
Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına…

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.…
Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Azərbaycanda vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq…
Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid edir

Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid…

Tanınmış sosial media fenomeni Danla Biliç keçmiş sevgilisi Berk Çətin tərəfindən zorakılığa və ölüm təhdidlərinə məruz qaldığını bildirib. Biliçin hüquqi mübarizəsi…
Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron və Sabunçu…
“Vaz”la motosiklet toqquşdu – Ölən var

“Vaz”la motosiklet toqquşdu – Ölən var

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub. “Qafqazinfo” nun məlumatına görə, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür…
Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimal Gülən vəfat edib. Axşam.az-ın məlumatına görə, müğənni…
DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə bildirin

DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə…

Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb. Proses.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi…
Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

“By_guniiii” ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaşıımı marağa səbəb olub. Model və aktrisa kimi də fəaliyyət göstərən Günay özünə yeni…
Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub. Oxu.Az-ın məlumatına görə, qəzada ölən Ağstafa rayonunun Muğannı kənd sakini,…
Beşinci övladı ölü doğuldu – Video

Beşinci övladı ölü doğuldu – Video

Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb. Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə…
Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Biri yeniyetmə olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı hökm oxunub. “Qafqazinfo”nun məlumatına görə, qəzaya səbəb olan…
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Proses.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:02-də qeydə alınıb.…
Tanınmış müğənni vəfat etdi – FOTO

Tanınmış müğənni vəfat etdi – FOTO

Gəncədə tanınmış müğənni Alim Gəncəli vəfat edib. Proses.az “Teleqraf”a istinadla xəbər verir ki, bir müddətdir onun səhhətində ciddi problemlər var…