- 03.11.2023 18:16
Türkiyə bu ölkə ilə QAZANACAQ: 5 ildən sonra 40 milyard dollar – Ərdoğan İMZA ATDI
Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında atılan normallaşma addımları ticarətə müsbət təsirini davam etdirir. Belə ki, iki ölkə arasında əməkdaşlıq müqaviləsi imzalanıb və ticarət hədəfi açıqlanıb.
Musavat.com-un xəbərinə görə, Türkiyə ilə ticarəti artırmaq istədiklərini ifadə edən BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyoudi “Biz özəl sektorun bu yaxın əlaqələrdən və razılaşmalardan faydalanmasını təmin etmək istəyirik. Əminəm ki, Türkiyə ilə BƏƏ arasında 5 ildən sonra 40 milyard dolları görəcəyik” deyə bildirib.
Nazir Türkiyə ilə BƏƏ arasında qeyri-neft ticarətinin 18 milyard dollara çatdığını bildirib.
Zeyoudi Türkiyəyə səfərindən məmnunluğunu ifadə edib.
Məlumata əsasən, BƏƏ Türkiyənin Körfəz bölgəsindəki ən mühüm ticarət tərəfdaşlarından biridir. Türkiyənin BƏƏ-yə ixracatında istehlak malları 58,6 faizlə birinci yerdədir.