• 04.11.2023 11:30

Bakı və Tiflis bu layihədə həm tərəfdaş, həm də rəqibdir – perspektiv…

Bakı və Tiflis bu layihədə həm tərəfdaş, həm də rəqibdir – perspektiv…

Avropaya daha çox enerji ixracı potensialı hansındadır; Gürcüstan hələlik özünü enerji ilə tam təmin edə bilmir

Azərbaycan Avropaya enerji ixracını nəzərdə tutan böyük layihələrin icrasına başlayıb. 2022-ci ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in reallaşması üçün sürətlə işlər görülür. Avropa Komissiyası sazişdə nəzərdə tutulan Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayır. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşən əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

Bu ilin iyulunda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq. Bundan əlavə, layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib.

Masdar” şirkəti ilə “yaşıl eneji” sahəsində əməkdaşlıq imkanları  genişləndirilir » Newscenter.az

Beləliklə, aydın  görünür ki, Qara dənizin dibi ilə çəkiləcək kabel üçün əsas enerji mənbəyi rolunu Azərbaycan oynayacaq. Rəsmi Bakı kabelin çəkilişi başa çatana qədər daxili istehlakdan əlavə ən azı 3 GVt sərbəst enerji istehsalı potensialını təmin etməlidir. Hazırda ölkədəki mövcud istehsal müəssisələrinin gücü 8 min MVt həcmindədir. Oktyabrın 26-da Qaradağda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin qurduğu 230 Mvt-lıq günəş elektrik stansiyasının açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. Müqavilələri Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, bu layihələrdə iştirakı nəzərdə tutulan SOCAR adından iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi imzalayıblar. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. Rəsmi məlumatdan aydın olur ki, investisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpa olunan enerji mənbələri üzrə 4 QVt gücündə “Meqa” layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış İcra müqavilələrinin birinci mərhələsini əhatə edir.

Azərbaycan hökuməti bildirir ki, “Masdar” şirkəti ilə reallaşdırılacaq bu layihələr 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 33 faizədək yüksəlməsi hədəfinə çatılmasında mühüm rol oynayacaq.

“Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahinin verdiyi məlumatdan isə aydın olur ki, “Qaradağ” GES  quruda və dənizdə ümumi gücü 10 QVt olacaq bir neçə potensial külək, günəş və “yaşıl hidrogen” layihələri arasında birincisidir.

Azərbaycan bərpa olunan mənbələrdən enerji istehsalı layihələri ilə yanaşı Mingəçevirdə – “Azərbaycan” İES ərazisində 1280 MVT gücündə yeni istilik elektrik stansiyasının tikintisinə başlayıb. Bu, bərpa oluna mənbələrdən istehsalda yarana biləcək fasilələrdə enerji təminatının fasiləsizliyini təmin etmək baxımından zəruri olan addım kimi qiymətləndirilir.

Azərbaycan elektrik enerjisi ixracını artırır - hazırda kim alır və  perspektiv planlar...

Energetika Nazirliyinin rəsmi məlumatına əsasən 2022-ci ildə Azərbaycanda 29 milyard kVt/saat elektrik enerjisi istehsal olunub. Bu həcmin 23,1 milyard kVt/saatı daxili istehlaka yönəlib, 3 milyard kVt/saata yaxını ixrac edilib. Təəssüf ki, ölkədə enerjiyə olan tələbatın  2030-cu ilədək hansı səviyyəyə çatacağına dair rəsmi açıqlamalara rast gəlmək mümkün deyil. Ölkədə enerji istehlakını artıracaq əsas amil işğaldan azad olunan ərazilərin təminatı ola bilər ki, orada da bərpa olunan mənbələrdən enerji istehsalı böyük sürətlə artırılır. Ölkə başçısının göstərişinə əsasən həmin ərazilərin enerji təminatı tamamilə bərpa olunan mənbələr hesabına həyata keçiriləcək.

Prezident İlham Əliyevin verdiyi məlumatdan aydın olur ki, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramının icra olunması planlaşdırılır: “ Bu, çox zəruridir. Biz əlbəttə ki, milli enerji şəbəkəsini gücləndirməliyik və qeyd etdiyim kimi, dövlət proqramı icra olunur. Biz hər şeyi vaxtında edəcəyik. Biz artıq maliyyə resursları ayırmışıq ki, bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər.

Eyni zamanda, sizə məlumat vermək istəyirəm ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub”.

Prezident Qara dənizin dibi ilə kabel çəkilişi layihəsi ilə bağlı mühüm məlumatları da bölüşüb: “Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır”.

Avropaya enerji ixracı layihəsi Gürcüstanda da əlavə enerji istehsalı güclərinin yaradılması planlarının sürətlənməsinə səbəb olub. Belə ki, Gürcüstan hökuməti yaxın 3 ildə 1,5 min MVt gücündə bərpa olunan enerji istehsalı gücü yaratmaq niyətindədir. Bu günlərdə ümumi qoyuluş  gücü 250 MVt olacaq 3 külək enerjisi, 5 hidroenerji istehsalı stansiyasının yaradılması barədə qərar qəbul edib. Layihələrin ümumi investisiya dəyəri 400 milyon dollar hesablanır.

Bundan əlavə, Avropaya enerji satışı üzrə saziş imzalandıqdan dərhal sonra rəsmi Tiflis icrasına başlanan, lakin əhalinin və ekoloqların narazılığı üzündən 3 böyük SES layihəsi üzrə işləri yenidən aktivləşdirmək qərarına gəlib. Hökumət ümumi dəyəri 3 milyard dollardan yuxarı olan, 2,3 MVt gücündə elektrik stansiyalarının işə salınmasını hədəfləyir.

Qeyd edək ki, Gürcüstan hələlik özünü enerji ilə tam təmin edə bilmir. Ölkənin Enerji Bazarı Operatorunun məlumatına əsasən, 2022-ci ildə Gürcüstanda əvvəlki illə müqayisədə 3,8 faiz çox – 14,8 milyard KVt/saat elektrik enerjisi istehlak edilib. Ekspertlər enerjiyə tələbatın 2030-cu ilədək 70 faiz artmaqla 22 milyard KVt/saata çatacağını proqnozlaşdırırlar. Ötən il ölkədə 14,2 milyard KVt/saat enerji istehsal edilib ki, bu da 2021-ci ildəkindən 12,7 faiz çoxdur. İl ərzində 971 milyon KVt/saat enerji ixrac edən rəsmi Tiflis daxili tələbatı təmin etmək üçün 1,5 milyard KV t/saat enerji idxal etməyə məcbur olub.

Gürcüstan hökuməti Namaxvani, Nenskra və Xudoni SES-lərin yarımçıq qalan tikintisini bərpa etmək qərarını da açıqlayıb. Həmin

Gürcüstanın baş naziri İrakli Qaribaşvili çox tez-tez Qara dənizin dibi ilə Avropaya enerji satışı layihəsinin “başdan ayağa qədər Gürcüstanın təşəbbüsü” olduğunu vurğulayır. Onun sözlərinə görə, Avropada 1 KVt/saat enerjinin qiyməti 20 sentdir, Almaniyada yay dövründə bu qiymət 80 sentə, digər ölkələrdə 50-60 sentə qədər bahalaşır. Bu, Qaribaşvilinin fikrincə, Gürcüstanda maya dəyəri yerli qiymətdən yüksək olan enerji layihələrinin həyata keçirilməsini stimullaşdıracaq başlıca faktordur.

Qeyd edək ki, Gürcüstanda tikintisi yarımçıq saxlanılan SES-lər dəyəri 850 milyon dollar hesablanan, 433 Mvt Namaxvani SES(İmereti), İnquri çayı üzərində 702 Mvt gücündə, layihə dəyəri 1,1 milyard dollar olan Xudoni SES, yenə İnquri üzərində layihə dəyəri 1 milyard dollar olan, 280 Mvt gücündə Nenskra SES-lərdir. Onların layihələndirilməsi işləri 2010-cu illərdə başa çatıb, dəfələrlə müxtəlif investorlarla müqavilələr imzalanıb, işə başlanılıb, lakin yaşılların və yerli əhalinin kəskin etirazları nəticəsində işlər dayandırılıb, investorlar layihədən çəkiliblər. Bundan əlavə, həmin stansiyalarda əldə olunacaq elektrik enerjisinin maya dəyəri yüksək olduğuna görə Gürcüstan hökuməti əhaliyə satılacaq həcmlər üzrə qiymət fərqini investorlara ödəmək öhdəliyi götürmüşdü. İndi isə Avropaya baha qiymətə satış imkanı yaranması perspektivi hökuməti belə yükdən azad edir.

Göründüyü kimi, Gürcüstan və Azərbaycan beynəlxalq əhəmiyyətli layihədən maksimum faydalanmaq niyyətindədirlər. İki yaxın qonşu, bütün regional layihələrdə bərabər iştirak edən tərəfdaş həm də rəqib olmağa hazırlaşır… Bu prosesdə kim daha tez və daha böyük istehsal gücü yaratsa, istehsal etdiyi enerjinin dəyərini aşağı etsə, o qazanacaq…

DİGƏR XƏBƏRLƏR

Bacısı qızını döydü, burnunu sındırdı, qaş nahiyələrini kəsdi – MƏHKƏMƏ

Bacısı qızını döydü, burnunu sındırdı, qaş nahiyələrini kəsdi –…

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən M.M.-in cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Proses.az Pravda.az-a istinadən xəbər verir…
Canlı oxuya bilməyən müğənni toydan 70-80 min AZN qazandığını etiraf etdi – VİDEO

Canlı oxuya bilməyən müğənni toydan 70-80 min AZN qazandığını…

Müğənni  Zəhra Muradova canlı oxuya bilmədiyi halda toylardan fantastik qazanc əldə etdiyini vurğulayıb. O bu barədə “Rəngarəng” verilişinə qonaq olarkən bildirib.…
AzTU-nun dosenti VƏFAT ETDİ

AzTU-nun dosenti VƏFAT ETDİ

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının dosenti Natiq Əhmədov vəfat edib. Bu barədə AzTU məlumat yayıb. Bildirilib ki,…
İlham Əliyev təqdim etdi, Şahbaz Şərif heyran qaldı – Video

İlham Əliyev təqdim etdi, Şahbaz Şərif heyran qaldı –…

Xəbər verdiyimiz kimi, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif bu gün Azərbaycana – Laçın şəhərinə səfər edib. “Qafqazinfo”nun məlumatına görə,…
“Sən mütləq general olacaqsan!..”

“Sən mütləq general olacaqsan!..”

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib. Dövlət başçısı ilə hərbi…
Tanınmış həkimin diplomu saxta çıxdı – 16 illik şəbəkə ifşa edildi

Tanınmış həkimin diplomu saxta çıxdı – 16 illik şəbəkə…

Ankara mərkəzli 16 il davam edən əməliyyat nəticəsində dövlət qurumlarının sistemlərinə icazəsiz daxil olan və mənfəət əldə edən 58 şübhəli…
Laçında Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirilir – Foto

Laçında Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirilir – Foto

Laçında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilir. Proses.az xəbər verir ki, bu…
“Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”

“Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”

Xəbər verdiyimiz kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Belə ki, əvvəlki illərdə Bakıda və ölkənin…
Hava ilə bağlı daha bir xəbərdarlıq edildi

Hava ilə bağlı daha bir xəbərdarlıq edildi

Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti…
Laçında istirahət kompleksi açıldı – FOTOLAR

Laçında istirahət kompleksi açıldı – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib. Proses.az xəbər verir ki,…
Məşhur türk serialında Azərbaycan bayrağı tərsinə asıldı – VİDEO

Məşhur türk serialında Azərbaycan bayrağı tərsinə asıldı – VİDEO

Məşhur türk seriallarından olan “Uzak şehir”in 27-ci bölümündəki kadrlardan biri diqqət çəkib. Ekran işində məkanlardan birinin önündə Azərbaycan bayrağının tərsinə…
Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi

Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi

Dövlət Sosial Müdafiə Fondunda bir sıra rəhbər vəzifələrə təyinatlar olub. Musavat.com Tribunainfo.az-a istinadən xəbər verir ki, Fondun rəhbəri Zəka Mirzəyev…
Aktrisanın çəkilişdə halı PİSLƏŞDİ: təcili əməliyyata alındı

Aktrisanın çəkilişdə halı PİSLƏŞDİ: təcili əməliyyata alındı

Türkiyəli məşhur aktrisa Devrim Özkanın çəkiliş meydanında halı pisləşib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Çift kişilik oda” serialına…
“Bilmirsən, kim taksi sürücülərinə deyib ki, camaatı pozun”

“Bilmirsən, kim taksi sürücülərinə deyib ki, camaatı pozun”

Əməkdar artist Elza Seyidcahan qalmaqallı sözləri ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, sənətçi bayağı mahnı ifaçılarına əsəbləşib. “Avtobusa minirik,…
Ürəyi bulanırdı, 9 yaşlı qızın mədəsindən görün nə çıxdı – FOTO

Ürəyi bulanırdı, 9 yaşlı qızın mədəsindən görün nə çıxdı…

Əskişəhərdə qeyri-adi tibbi hadisə baş verib. Milli.Az xəbər verir ki, mədə ağrısı, ürək bulanması və iştahsızlıq şikayətləri ilə xəstəxanaya müraciət…