• 13.11.2023 14:21

İş adamı sifarişli qətlə yetirilib? – Vəzifəli şəxs məhkəmədə dindirildi

İş adamı sifarişli qətlə yetirilib? – Vəzifəli şəxs məhkəmədə dindirildi

12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə araşdırması gedir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə müdafiə tərəfi maraqlı iddialar irəli sürüb.

İttiham ondan ibarətdir ki, 32 yaşlı İlkin Qurbanov, 2011-ci ildə Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda qətlə yetirilib. Cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 12 il sonra istintaq yenilənib, 38 yaşlı Əhəd Salahov İlkin Qurbanovu sifarişlə öldürməkdə şübhəli bilinərək həbs olunub. Məlum olub ki, təqsirləndirilən şəxsə qətl sifarişi verdiyi iddia olunan Firudin Məmmədov həmin hadisədən 4 gün sonra avtomobildə sol dirsək oynağını iti kəsici alətlə kəsərək intihar edib.

Hazırda davam edən məhkəmədə ən maraqlı məqamlardan biri də qətlin sifarişçisi olduğu iddia olunan F.Məmmədovun hadisədən sonra müəmmalı intiharıdır. İttiham olunan şəxs özünü təqsirli bilmir, həmçinin qətlin sifarişçisinin F.Məmmədov olmadığını düşünür.

Digər əsas məqamlardan biri isə qətlə yetirilən İ.Qurbanovun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla işgüzar münasibətinin olmasıdır. İddia olunur ki, R.Şahbazov tabeliyində olan zavodu zərərçəkmişin adına keçirib. Sonradan onların arasında münasibət korlanıb. İ.Qurbanov qətlə yetirilən günün axşamı isə onun ölümünü sifariş verdiyi iddia olunan F.Məmmədovla aralarında 17 dəfə telefon danışığı olub.

Sözügedən məsələlərlə bağlı R.Şahbazov iş üzrə təqsirləndirilən şəxsin vəkili Orxan Cəfərbəylinin vəsatəti əsasında məhkəməyə çağırılıb.

Sədr müavini ifadəsində irəli sürülən iddiaları rədd edib.

O, qətlin sifarişçisi olduğu iddia olunan şəxslə hadisə günü danışdığını, lakin mövzunun İ.Qurbanovun dəfn mərasiminin təşkili olduğunu deyib. O, zərərçəkmiş şəxsə zavod verməsi ilə bağlı iddianı da təkzib edib.

Müdafiə tərəfi deyib ki, şahidin həyat yoldaşı qətldən sonra zərərçəkmişin həyat yoldaşı ilə görüşüb, şirkəti geri qaytarmasını istəyib:

“Hesab edirəm ki, dəqiqləşmə aparılması üçün şahidin həyat yoldaşı da məhkəmədə dindirilsin”.

Hakimlər şahidin həyat yoldaşının dindirilməsi ilə bağlı təklifə hələ cavab verməyiblər.

Qeyd edək ki, R.Şahbazov 2009-cu ildən bu günə qədər eyni vəzifədə çalışır.

Məhkəmə istintaqı davam edir.

DİGƏR XƏBƏRLƏR

Lunyov “Qarabağ”da bu qədər maaş alacaq

Lunyov “Qarabağ”da bu qədər maaş alacaq

Andrey Lunyovun “Qarabağ”dakı qazancı bəlli olub. Proses.az İdman.Biz-ə istinadən bildirir ki, bunu rusiyalı qapıçının sabiq agenti Anton Smirnov açıqlayıb. O,…
“Kişiləri güclü olan qadınlar bilir ki…” – Rəşid Mahmudov

“Kişiləri güclü olan qadınlar bilir ki…” – Rəşid Mahmudov

Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun İTV-də yayımlanan “Persona” verilişində qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu deməsi hələ də müzakirə…
Aktrisanı lağa qoyan serial vizajisti işdən çıxarıldı

Aktrisanı lağa qoyan serial vizajisti işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, “Kızılcık şerbeti” serialında “Alev” obrazına hayat verən aktrisa Müjde Uzman depressiyaya düşdüyünü açıqlayıb. Proses.az bildirir ki, axşam.az-ın…
Ölkədə havanın temperaturu yüksələcək – Bu tarixdən 40 DƏRƏCƏYƏDƏK…

Ölkədə havanın temperaturu yüksələcək – Bu tarixdən 40 DƏRƏCƏYƏDƏK…

Gələn həftədən etibarən ölkə ərazisində havanın temperaturu yüksələcək. Proses.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun…
Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 25-i günün birinci yarısında, 26-sı axşam arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı…
Məhkəmə DİN-in keçmiş şöbə rəisi bağlı qərar verdi

Məhkəmə DİN-in keçmiş şöbə rəisi bağlı qərar verdi

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum…
Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir?

Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir?

Dövlət Sərhəd Xidməti (DSX) Qazaxın nəzarətə götürülən kəndləri ilə bağlı Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Proses.az qafqazinfo-ya istinadən…
Qazaxın nəzarətə götürülən kəndlərindən Prezidentə məruzə olundu, Azərbaycan bayrağı ucaldıldı – VİDEO

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezidentə məruzə olundu, Azərbaycan bayrağı…

Bu gün Qazax rayonunun işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb. Musavat.com xəbər verir ki, Dövlət Sərhəd Xidməti Baş…
Putinə verilən qovluq: Generalların həbsində Priqojinin əli var? – İnanılmaz faktlar

Putinə verilən qovluq: Generalların həbsində Priqojinin əli var? –…

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyində generalların həbsində əli ola bilər. Publika.az xəbər verir ki, bu barədə “Tsarqrad” öz…
Arif Quliyevin xanımının vəziyyəti daha da ağırlaşdı

Arif Quliyevin xanımının vəziyyəti daha da ağırlaşdı

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva bir neçə gündür ki, səhhəti ağırlaşdığından Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sənətkarın…
Efirdə Xalq artisti elə sözlər dedi ki, mikrofonu söndürüldü – VİDEO

Efirdə Xalq artisti elə sözlər dedi ki, mikrofonu söndürüldü…

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib. Proses.az olay-a istinadən bildirir ki, “Rəngarəng səhər” verilişində qonaq olan aktyor “Pəncərədə işıq”…
Azərbaycanın Əməkdar həkimi vəfat etdi

Azərbaycanın Əməkdar həkimi vəfat etdi

Azərbaycanın Əməkdar həkimi Vaqif Şirəli oğlu İbrahimov 82 yaşında vəfat edib. Bu barədə onun yaxınları Oxu.Az-a məlumat veriblər. Bildirilib ki, tibb…
Qənirə Paşayevanı o əvəz etdi – Parlament təsdiqlədi

Qənirə Paşayevanı o əvəz etdi – Parlament təsdiqlədi

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni sədr seçilib. Proses.az xəbər verir ki, deputat Kəmaləddin Qafarovun işçi qrupuna sədrliyi təklif…
“Pullarının gücünə mənə qarşı yeni təhdidlər başladıblar” – Oliqarx İsmayılovun gəlini danışdı- SENSASİON GƏLİŞMƏ

“Pullarının gücünə mənə qarşı yeni təhdidlər başladıblar” – Oliqarx…

“Orxan İsmayılzadə DNK ekspertizasından keçmək əvəzinə, məni hədələyir. Mənə yazır ki, səni həbs etdirərik, “srok”a göndərərik. Mən bu SMS-lərlə bağlı…
Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub. Proses.az report-a istinadən…