• 13.11.2023 17:20

DYP sürücülərə xəbərdarlıq etdi

DYP sürücülərə xəbərdarlıq etdi

“Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla özləri ilə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar”.

Proses.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda daha ağır faciələrə səbəb olur:

“Yol-nəqliyyat hadisəsində, eləcə də nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücülərin yerinə yetirməli olduqları vəzifələr qanunvericilikdə göstərilib.Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar”.

Sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün təhlükəsizlik tədbirləri görməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, yaxud yanıb-sönən qırmızı işıq fənərini qoymalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsini boşaltmalıdır:

“Eləcə də, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinin kənarına paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra texniki yardım istəməlidir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını diqqətə çatdırır və bir daha sürücülərə müraciət edərək onlardan qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir”. – məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Keçmiş əri Naibə Allahverdiyevanı döydü – Həbs edildi

Keçmiş əri Naibə Allahverdiyevanı döydü – Həbs edildi

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub. Proses.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Yusif İsmayılov Azərbaycan…
İbrahim Borçalının ailəsində İTKİ

İbrahim Borçalının ailəsində İTKİ

Müğənni İbrahim Borçalının ailəsində ağır itki üz verib. Proses.az axşam.az-a istinadla xəbər verir ki, sənətçinin bacısı oğlu dünyasını dəyişib. Bu…
“Sultan Süleyman” haqqında həbs qərarı verildi

“Sultan Süleyman” haqqında həbs qərarı verildi

Türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun mühakimə olunduğu “Gezi Parkı” işi üzrə hökm oxunub. “Unikal” xəbər verir ki, bu…
Yeni dəyişiklik onların cibinə – Necə təsir edəcək?

Yeni dəyişiklik onların cibinə – Necə təsir edəcək?

“Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü: bəzi bloqerlər üçün qızıl dövr bitdi. Bloqerlərin bazar payı nə qədərdir, yeni qanunun…
Toral Bayramov Avropa Liqasında 10-luğa düşdü

Toral Bayramov Avropa Liqasında 10-luğa düşdü

“Qarabağ”ın Azərbaycan millisinin komandasının futbolçusu Toral Bayramovun qolu UEFA Avropa Liqasının 2024/2025 mövsümünün ən yaxşı 10 qolundan biri seçilib. Proses.az UEFA-nın saytına…
Bakıda məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma aparılacaq

Bakıda məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma aparılacaq

Bakıda 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin müəllimi Lalə Şəfaqətovanın səs yazısı yayılıb. Direktorun vəzifə səlahiyyətlərindən…
Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı – FOTO

Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı – FOTO

Gözəllik, moda və rəqs mövzularında paylaşdığı videolarla tanınan və 255 mindən çox izləyicisi olan 22 yaşlı bloqer Luna Ambrozevicius Abrahao…
Tiktoker “Vaqa”nın həbs müddəti uzadıldı

Tiktoker “Vaqa”nın həbs müddəti uzadıldı

“Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadılıb. Proses.az APA-ya istinadla xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən…
Şahin Əliyev yeni vəzifəyə təyin olundu

Şahin Əliyev yeni vəzifəyə təyin olundu

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda kadr dəyişikliyi baş verib. Proses.az “Bakupost”a istinadən xəbər verir ki, əmək və əhalinin sosial…
“Qızım yuxuma girdi” – Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI

“Qızım yuxuma girdi” – Kürə atılan Nuranənin anası ilk…

Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri Seyidrəsul Talıbov tərəfindən qətlə yetirilərək Kür çayına atılan Nuranə Ələkbərovanın ölümü ilə bağlı yeni detallar…
“Ölkələrimizə xaricdən müdaxilə cəhdləri var və olacaq”

“Ölkələrimizə xaricdən müdaxilə cəhdləri var və olacaq”

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə daxildə sabitlik olsa da, təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq”. Proses.az…
“Fənərbağça” ulduzunun evi qarət edildi – Oğru görün kim çıxdı – FOTO

“Fənərbağça” ulduzunun evi qarət edildi – Oğru görün kim…

“Fənərbağça” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Bright Osayi-Samuelin evi qarət edilib. Milli.Az türk mediasına istinadla xəbər verir ki, “Fənərbağça”nın…
22 yaşlı qız Türkiyəyə qaçdı, həyatı dəyişdi – İndi pula pul demir – FOTOlar

22 yaşlı qız Türkiyəyə qaçdı, həyatı dəyişdi – İndi…

İsveçdə doğulub böyüyən 22 yaşlı Nicole Gheibi verdiyi ani qərarla həyatını dəyişib. Turizmin önəmli şəhərlərindən olan Alanyaya köçərək Türkiyəni gəzməyə başlayıb və…
Nazirlər Kabineti təsdiqlədi: Ali məktəblərə hazırlaşanlaravacib xəbər

Nazirlər Kabineti təsdiqlədi: Ali məktəblərə hazırlaşanlaravacib xəbər

Nazirlər Kabineti ali məktəblərə qəbul üçün plan yerlərinin sayını təsdiqləyib. Proses.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə…
“WhatsApp”a ulduz işarəsi gəldi – Sıxanda bu görünəcək

“WhatsApp”a ulduz işarəsi gəldi – Sıxanda bu görünəcək

“WhatsApp” kanallarla bağlı yeni funksiya istifadəyə verib. Proses.az metbuat.az-a istinadla xəbər verir ki, yenilik sayəsində istifadəçilər kanallardakı məzmunu qeyd edə…