• 14.11.2023 09:46

Moskvadan qayıdıb arvadını öldürdü – Xəyanət şübhəsi, gizli “WhatsApp” yazışması – FOTO

Moskvadan qayıdıb arvadını öldürdü – Xəyanət şübhəsi, gizli “WhatsApp” yazışması – FOTO

2022-ci il noyabrın 11-də Bakının Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində 1984-cü il təvəllüdlü Sevinc Müseyibova qətlə yetirilib. Məlumatla əlaqədar dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə olan evə baxış keçirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən 1978-ci il təvəllüdlü Vidadi Müseyibov isti izlərlə saxlanılıb.

Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Vidadi Müseyibov Rusiya Federasiyasının Moskva şəhərində olduğu müddətdə, arvadı Sevinc Müseyibova onun telefon zənglərinə tez-tez cavab verməyib, aktiv şəkildə sosial şəbəkədən istifadə edib. Bununla belə, 2022-ci il noyabrın 10-da V.Müseyibovun oğlu ona anasının əvvəllər iş yoldaşı olmuş Rövşən Məmmədovla telefon əlaqələrinin olması barədə məlumat verib. Bütün bunlardan sonra V.Müseyibov arvadının ona xəyanət etməsindən şübhələnib.

Baş verənləri aydınlaşdırmaq üçün noyabrın 11-də təyyarə ilə Bakıya gəlib, Savalan qəsəbəsində yerləşən kafedə spirtli içki qəbul edib, həyat yoldaşının işdən evə qayıtmasını gözləyib. Saat 21 radələrində orta dərəcəli sərxoş vəziyyətdə evə gələrək, arvadından kiminlə münasibətdə olduğunu soruşub, SMS yazışmalarına baxması üçün mobil telefonunu ona verməsini tələb edib.

Sevinc Müseyibova əlində saxladığı telefonu ona verməkdən imtina etdikdə, sağ əli ilə qadının üzünə yumruqla zərbə vurub, telefonu zorla əlindən alıb. O, arvadının Rövşən Məmmədovla “WhatsApp” tətbiqində yazışmaları olduğunu görüb, xəyanətinə əmin olaraq, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Bıçaqla müstəsna dərəcədə rəhmsizliklə əvvəlcə evin dəhlizində, sonra isə arxasınca qaçıb, həyət qapısının qarşısında ümumilikdə 13 dəfə zərbə vuraraq, arvadını öldürüb.

İş üzrə dindirilmiş Vidadi Müseyibov bildirib ki, hadisədən təxminən doqquz ay əvvəl tikinti sahəsində işləyib, pul qazanmaq üçün Moskva şəhərinə gedib. Demək olar ki, hər gün, həyat yoldaşı və uşaqları ilə telefonla əlaqə saxlayıb, pul köçürmə sistemi vasitəsi ilə onlara pul göndərib:

“Təxminən son 2-3 ay ərzində arvadımın mənə qarşı münasibətinin soyuduğunu hiss etdim. Gah zənglərimə cavab vermirdi, gah da “WhatsApp” tətbiqi vasitəsi ilə danışarkən tez-tez görüntünü bağlayırdı.

Noyabrın 10-da kiçik oğlum mənə görüntülü zəng edib, anasının Rövşən adlı keçmiş iş yoldaşı ilə tez-tez telefonla əlaqə saxladığını dedi. Hətta onların arasında olan səs yazılarını da mənə göndərdi. Oğluma heç nə etməməsini tapşırdım, dedim ki, özüm evə qayıdıb məsələni aydınlaşdıracam. Növbəti gün, təyyarə ilə Bakıya gəldim, yaşadığım qəsəbədə kafedə yemək yeyərkən, 200 qram araq içdim. Saat 21 radələrində evə gələndə, qapını açan Sevinc məni görüb təəcübləndi.

Vidadi Müseyibov

Əlindəki telefonu mənə verməsini tələb edəndə, arvadım üzü hamam otağına tərəf qaçdı. Arxasınca qaçıb sağ əlimlə saçından tutdum, sol əlimlə üzünə yumruqla zərbələr vurdum. Sonra isə zorla telefonu dartıb əlindən aldım. “WhatsApp” tətbiqinə baxanda, həqiqətən də onun Rövşən adlı şəxslə yazışdığını gördüm və qəzəblənərək, aqressiv şəkildə Sevincdən “bu nə danışıqlardı” deyə soruşdum. Aralarında yaxın münasibət olub-olmadığını soruşduqda, yoldaşım bunu inkar edərək, oğlumun ona şər atdığını dedi. Bıçaqla arvadımın arxasınca qonaq otağına girib, ona zərbələr vurmağa başladım. Sevinc müqavimət göstərərək, pəncərədən həyətə tullandı. Bunu görüb dərhal həyətə çıxdım və qapıdan qaçmağa çalışan yoldaşımı tutaraq, bıçaqlamaqda davam etdim. Bu zərbələrdən sonra Sevinc bir neçə addım atıb yerə yıxıldı. Özümə gələndə evin yaxınlığında oturduğumu və üzərimə yağış yağdığını xatırlayıram. Saat 21:50-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Lakin telefonda Rusiya mobil operatoruna məxsus nömrə olduğundan zəng alınmadı. Bundan sonra həmin quruma Sevincin telefonu ilə zəng edərək, adam öldürdüyümü bildirdim. Bir azdan hadisə yerinə gələn polis əməkdaşlarına təslim oldum”.

Hadisə olan ev

Zərərçəkmiş şəxsin hüquqi varisi Vahid Xankişiyev ifadəsində göstərib ki, qızı Sevinc 2000-ci ildə Vidadi Müseyibovla ailə həyatı qurub, bu nikahdan üç övladları dünyaya gəlib:
“2015-ci ildə maddi vəziyyətləri pis olduğundan Sevinc metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən şirkətdə aşpaz köməkçisi, 2021-ci ildə evlərinin yaxınlığındakı tikiş sexində dərzi, son aylarda isə Bilgəh qəsəbəsində yerləşən fərdi evdə xadimə işləyib. Sevincin Vidadi ilə münasibəti bu illər ərzində yaxşı deyildi, daim evlərində söz-söhbət olurdu.

Qızım dəfələrlə acıq edib, evimizə gəlib. Hətta 2022-ci ilin yanvar ayında, boşanma ilə bağlı Xəzər rayonunda yerləşən Mediasiya Şurasına müraciət etsək də, Vidadi üzrxahlıq edib və arvadı ilə barışıb. Noyabrın 11-də evdə olanda oğlum bizə gəlib Vidadinin Sevinci bıçaqla vurduğunu xəbər verdi. Taksi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatanda həkimlərdən qızımın öldüyünü öyrəndim”.

Sevinc Müseyibova

Şahid Eldəniz Zamanov bildirib ki, noyabrın 11-də axşam evdə olanda, çöldən darvazaya nəyinsə möhkəmdən çırpıldığını eşidərək, məhəlləyə çıxıb:

“Vidadinin sağ əlində bıçaqla öz darvazasının qarşısında dayandığını gördüm. Nə baş verdiyini, niyə əlində kəsici alət saxladığını soruşduqda, Vidadi qapılarından sol tərəfdə, yerdə uzanmış Sevinci göstərib, onu öldürdüyünü dedi. Qadının xırıldadığını görüb avtomobilimi darvazadan küçəyə çıxartdım. Sevinci yerdən qaldıraraq, maşının arxa oturacağına uzatdım. Yaşayış massivindən çıxanda Təcili Tibbi Yardım maşını ilə üzbəüz gəldim. Onları saxlatdırıb, yaralanan qadının maşınında olması barədə məlumat verdim. Həkimlər də dərhal Sevinci düşürüb, öz maşınlarına keçirdilər. Təcili Yardım maşınının arxasınca xəstəxanaya getdim”.

Şahid əlavə edib ki, Vidadi ilə Sevincin əvvəllər mübahisə etdiklərini və qadının əxlaqsız hərəkətlərini görməyib.

Hadisə olan ev

Şahid Cahid Müseyibli bildirib ki, noyabrın 10-da gecə atası sərxoş vəziyyətdə, görüntülü zəng edib və kobud danışdığı üçün, anası acıq edərək telefonu söndürüb:

“Bir qədər sonra anam mənə ismarıc yazaraq, atamın onu söyüb, təhqir etdiyini bildirdi. Mən isə cavabımda anama atamın içkili olduğunu və sözlərinə fikir verməməsini dedim. Ayın 11-də işdən çıxıb, evə gələndə qardaşım Cavidin sürdüyü “Opel” markalı avtomobilin kafenin qarşısında dayandığını gördüm. İdarə etdiyi maşını saxlayaraq kafeyə daxil olanda, atam ilə qardaşımın bir masada əyləşdiklərini gördüm. Atamın Bakıya gələcəyindən məlumatım yox idi. Salamlaşsam da, atam məni danışdırmadı. Kafedən çıxandan sonra, mənim maşınıma əyləşdilər və maşını Nardaran qəsəbəsi istiqamətində sürdüm. Yolda atamdan nə üçün gəldiyini soruşanda, o, aqressiv şəkildə mənə “maşını sür” deyə cavab verdi. Qardaşım Cavid də qorxusundan mənə heç bir söz demədi. Saat 21 radələrində məhəlləyə çatanda, atam hər ikimizin üstünə qışqıraraq “maşında oturmağımızı” bildirərək evə getdi. Mən də avtomobilin mühərrikini söndürüb, qardaşımla birlikdə telefonla oynamağa başladıq.

15-20 dəqiqədən sonra evimizin həyət qapısı çırpılanda, dərhal maşından düşdük və anamın yerə yıxıldığını gördük. Anamın əynində tünd rəngli paltar, həmçinin küçə qaranlıq və hava yağışlı olduğundan, onun bədənindən qan axdığını görmədik. Atam Vidadi “vurdum, onu öldürdüm” deyə qışqırırdı. Baş verənlər yuxu kimi gəlirdi. Keçirdiyim şok səbəbindən anamın xəstəxanaya necə aparıldığını bilmədim. Az sonra polis əməkdaşları gəlib, atamı 14-cü bölməyə apardılar.

Hadisənin hansı səbəbdən baş verdiyini sonra Caviddən öyrəndim. Qardaşımın söylədiyinə görə o, anamızın başqa şəxslə telefonla danışmasından şübhələnib. Onun otağına öz telefonunu qoyaraq səsin yazıb, sonra isə onu atama göndərib. Məhz buna görə atam telefonda anamı söyüb və növbəti gün bilet alaraq, Bakıya gəlib”.

Məhkəmə iclasında Vidadi Müseyibov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.

Məhkəmə hesab edib ki, Vidadi Müseyibovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vidadi Müseyibov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

DİGƏR XƏBƏRLƏR

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs edildi

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs…

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış…
İyunun ilk gününün HAVASI

İyunun ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Proses.az xəbər verir ki, bu barədə Milli…
Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına…

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.…
Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Azərbaycanda vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq…
Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid edir

Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid…

Tanınmış sosial media fenomeni Danla Biliç keçmiş sevgilisi Berk Çətin tərəfindən zorakılığa və ölüm təhdidlərinə məruz qaldığını bildirib. Biliçin hüquqi mübarizəsi…
Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron və Sabunçu…
“Vaz”la motosiklet toqquşdu – Ölən var

“Vaz”la motosiklet toqquşdu – Ölən var

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub. “Qafqazinfo” nun məlumatına görə, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür…
Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimal Gülən vəfat edib. Axşam.az-ın məlumatına görə, müğənni…
DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə bildirin

DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə…

Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb. Proses.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi…
Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

“By_guniiii” ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaşıımı marağa səbəb olub. Model və aktrisa kimi də fəaliyyət göstərən Günay özünə yeni…
Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub. Oxu.Az-ın məlumatına görə, qəzada ölən Ağstafa rayonunun Muğannı kənd sakini,…
Beşinci övladı ölü doğuldu – Video

Beşinci övladı ölü doğuldu – Video

Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb. Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə…
Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Biri yeniyetmə olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı hökm oxunub. “Qafqazinfo”nun məlumatına görə, qəzaya səbəb olan…
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Proses.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:02-də qeydə alınıb.…
Tanınmış müğənni vəfat etdi – FOTO

Tanınmış müğənni vəfat etdi – FOTO

Gəncədə tanınmış müğənni Alim Gəncəli vəfat edib. Proses.az “Teleqraf”a istinadla xəbər verir ki, bir müddətdir onun səhhətində ciddi problemlər var…