• 14.11.2023 14:45

Bakıda DƏHŞƏT: Məktəbli oğlan anasını 192 dəfə BIÇAQLADI

Bakıda DƏHŞƏT: Məktəbli oğlan anasını 192 dəfə BIÇAQLADI

Anasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan 16 yaşlı Z. M.-nin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda qətlə yetirilən şəxsin hüquqi varisinin vəkili iş üzrə bəzi şübhəli məqamlara diqqət çəkib.

Vəkil iddia edib ki, hadisə tək adam tərəfindən törədilməyib, cinayətdə başqa şəxslərin də əli olub:

“Zərərçəkmiş şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu, tək adamın işi deyil. Bundan əlavə şübhə yaratmağa əsas verən bəzi nüanslar var. Məsələn, hadisə baş verən gecə təqsirləndirilən şəxslə birgə onun yetkinlik yaşına çatmış iki bacısı da evdə olub. Atası isə həmin gecə işdə olduğuna görə ona telefonla məlumat verilib. Amma maraqlıdır ki, bacılar sübutları yox etmək niyyəti ilə evin müxtəlif otaqlarına yayılmış qan ləkələrini siliblər, hadisənin intihar olduğu barədə yalan məlumat veriblər. Həmçinin hadisə vaxtı övladları analarına kömək etməyib, onu yaralı halda qoyub qaçıblar”.

Təqsirləndirilən şəxsin kiçik bacısı Nərmin Mansurova da prosesdə iştirak edib. O, ifadəsində qardaşının hadisəni törətməsinin səbəbini anasının düz olmayan hərəkətləri ilə əlaqələndirib.

Məhkəmə tərkibinə daxil olan hakim Leyla Əsgərova-Məmmədova şahiddən qətldən sonra qan ləkələrini silmələrinin səbəbini soruşub:

“Çünki polisdən qorxurduq. Ona görə qanı sildik”, – deyə şahid cavab verib.

İşdə şübhə yaradan məqamlardan biri isə bacıların hər ikisinin təhsillərini yarımçıq qoymalarıdır. Belə ki, ailənin böyük qızı Nigar universitet, Nərmin isə kollec tələbəsi olublar. Lakin onlar hər ikisi təhsillərini yarımçıq saxlayıblar.

Hüquqi varisin vəkili məhz bu məqama da toxunub, təhsil müəssisələrindən xasiyyətnamə alınmasını istəyib:

“Bacılar hər ikisi dindardır. Biz belə düşünürük ki, anası bu səbəbdən onlara təzyiq edib. Həmçinin onların dini paltarlarını yandırıb”.

Təqsirləndirilən şəxs vəkilin sözləri ilə razılaşmayıb. O, anası tərəfindən dini paltarların yandırılmasını inkar edib.

Prosesdə təqsirləndirilən şəxsin hadisə yerindəki ifadəsi əks olunmuş videoya baxılıb. Yeniyetmə həmin ifadəsində anasını ona mütəmadi olaraq işgəncə verdiyinə görə öldürdüyünü deyib.

Prokuror Rauf Malışovu maraqlandıran məsələlərdən biri təqsirləndirilən şəxsin hadisədən əvvəl anası tərəfindən hansı işgəncələrə məruz qalması olub.

Təqsirləndirilən şəxsin dediyinə görə, anası onu əsasən şişlə döyürmüş. Bundan başqa, ona bıçaqla hədə-qorxu gəlib. Dediyinə görə, qonşuluqda yaşayan Şəhla adlı xanım da bilir.

Prokuror ekspert rəyinə istinad edərək qeyd edib ki, təqsirləndirilən şəxsin bədənində müəyyən sıyrıqlar olub, lakin həmin sıyrıqlar qətl vaxtı yaranıb:

“Hesab edirəm ki, Z.M.-nin sonuncu hadisədən əvvəl xəsarətlərinin olub-olmadığı araşdırılmalıdır. Bundan əlavə, təklif edirəm ki, təqsirləndirilən şəxsin qonşuları məhkəmədə dindirilsinlər”.

Vəkil işin istintaqa qaytarılmasını istəyib: “Hələ əlavə şahidlər gəlsin, nə isə şübhəli məqam ortaya çıxsa, mən özüm də vəsatət verərəm”.

Məhkəmə prokurorun vəsatətini tam, hüquqi varisin vəsatətini qismən təmin edib.

Təqsirləndirilən şəxsin qonşularının, ona dərs deyən müəllimlərin məhkəməyə çağırılmasına və bacılarının qəbul olunduğu təhsil müəssisələrinə sorğular verilməsinə qərar verilib.

Proses dekabrın 12-si davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən yeniyetmə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Lakin qanuna görə yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilə bilməz.

Xatırladaq ki, hadisə bu ilin fevralında Xətai rayonu ərazisində qeydə alınıb. İttihamda deyilir ki, 16 yaşlı Z. M. anası, 46 yaşlı Solmaz Mansurovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Təqsirləndirilən şəxs cinayət törədən vaxt məktəbli olub.

DİGƏR XƏBƏRLƏR

Fəzail Ağamalı partiya sədrliyindən gedir — AÇIQLAMA

Fəzail Ağamalı partiya sədrliyindən gedir — AÇIQLAMA

Fəzail Ağamalının sədr olduğu “Ana Vətən Partiya”sında ilin sonuna qədər qurultay keçiriləcək. Bunu Demokrat.az-a açıqlamasında Fəzail Ağamalı özü deyib. O bildirib…
Azərbaycanın quru sərhədləri niyə açılmır?

Azərbaycanın quru sərhədləri niyə açılmır?

Azərbaycanın iki əsas qonşusu İran və Rusiya bu gün real müharibələrin içərisindədir. Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir zamanda, İran–İsrail gərginliyi…
Mühüm proses başladı: üç ay vaxt var – Bakıda nə baş verir?

Mühüm proses başladı: üç ay vaxt var – Bakıda…

Bakıda hazırda Formula-1 yarışlarına hazırlıq prosesi davam edir. Tədbirin 19–21 sentyabr tarixlərində keçirilməsi planlaşdırılsa da, artıq may ayının əvvəlindən paytaxtın…
ŞOK: ABŞ və İsrail HƏRƏKƏTƏ KEÇDİ: XAMENEİ BELƏ VURULACAQ

ŞOK: ABŞ və İsrail HƏRƏKƏTƏ KEÇDİ: XAMENEİ BELƏ VURULACAQ

ABŞ İsrailə bunkerə qarşı bomba ötürmək imkanını nəzərdən keçirir. Bu barədə Axios portalı Vaşinqtondakı mənbələrə istinadən məlumat yayıb. KONKRET.az xəbər…
İsrail qırıcıları Türkiyə sərhədini pozdu: Təl-Əviv Ankaranın cavabından narahatdır – Təyyarələr vurulacaq, yoxsa…?

İsrail qırıcıları Türkiyə sərhədini pozdu: Təl-Əviv Ankaranın cavabından narahatdır…

İsrailə məxsus hərbi qırıcıların Türkiyə hava məkanına daxil olması və rəsmi Ankaranın xəbərdarlığından sonra dərhal həmin ərazini tərk etməsi iki…
Üç ölkə üçün təhlükəli durum: Azərbaycan da var

Üç ölkə üçün təhlükəli durum: Azərbaycan da var

İsrailin İranda yerləşən nüvə obyektlərinə mümkün hücumları bölgədə radiasiya yayılması ilə bağlı narahatlıqları artırıb. Hazırda Azərbaycanda belə durum müşahidə olunmasa…
Bakıda mağaza açılışında BİABIRÇILIQ – VİDEO

Bakıda mağaza açılışında BİABIRÇILIQ – VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub. Milli.Az xəbər verir ki, mağaza açılışında qeydə alınan görüntülər müzakirələr yaradıb. Belə ki, yaşlı qadınlar…
İranın zərbələri Təl-Əvivi tamamilə iflic etdi – VİDEO

İranın zərbələri Təl-Əvivi tamamilə iflic etdi – VİDEO

İranın İsrailə raket zərbələri Təl-Əvivi tamamilə iflic edib. Bakupost.az xəbər verir ki, bu barədə Fars xəbər agnetliyi bildirib. Qeyd olunur ki,…
Bu ərazilərdə su yoxdur – Ünvanlar

Bu ərazilərdə su yoxdur – Ünvanlar

Xəbər verdiyimiz kimi, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında…
Ali Koç Bakıya niyə gəlib?

Ali Koç Bakıya niyə gəlib?

“Fənərbağça” prezidenti Ali Koç Bakıya səfər edib. Offsideplus.az xəbər verir ki, 58 yaşlı biznesmen öz iş münasibətlərinə görə Azərbaycanın paytaxtına…
SON DƏQİQƏ! İsraildən İrana şok zərbə: Onu da öldürdülər

SON DƏQİQƏ! İsraildən İrana şok zərbə: Onu da öldürdülər

İsrail ordusunun gecə boyu endirdiyi zərbələr zamanı İran Silahlı Qüvvələrinin “Hatam-al-Anbiya” mərkəzi qərargahının rəisi, SEPAH generalı Əli Şadmani öldürülüb. Bu…
4 qadının olduğu “Prius” dərəyə aşdı – Hamısı sərxoş imiş

4 qadının olduğu “Prius” dərəyə aşdı – Hamısı sərxoş…

Quba rayonunun Qımılqazma kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Proses.az Bakupost.az-a istinadən xəbər verir ki, içərisində 4 qadının olduğu “Toyota…
İlham Əliyev pensiyalar haqqında qanuna dəyişiklik etdi

İlham Əliyev pensiyalar haqqında qanuna dəyişiklik etdi

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiq edib. Sfera.az xəbər verir ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya…
Prezident bu qanunu təsdiqlədi

Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Proses.az xəbər verir ki, yenilənmiş qanuna əsasən,…
Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI

Prezident İlham Əliyev “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli 2279…