• 15.11.2023 10:57

Fuad Camın cəzası azaldıldı

Fuad Camın cəzası azaldıldı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu-bankın baş direktoru Fuad Camın cinayət işi yenidən araşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü yenidən dəyişdirilib.

Araşdırma nəticəsində təqsirləndirilən Fuad Cama Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə irəli sürülmüş ittiham ləğv edilib.

Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin yekun qərarı ilə F.Cama təyin edilmiş 8 il azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib. Ə.Camla bağlı 6 il azadlıqdan məhrumetmə cəzası isə dəyişdirilməyib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub. İttihama görə, Əli Cam və Fuad Cam öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilən külli miqdarda özgə əmlakını mənimsəyərək talayıblar. Onlar rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədiblər. Pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün həmin pul vəsaitlərindən istifadə etməklə saxta maliyyə əməliyyatları həyata keçiriblər. Bununla da külli miqdarda pulu leqallaşdıraraq mənimsəyiblər.

Əli Cam 2019-cu ildə Dubayda tutularaq Azərbaycana ekstradisiya edilib. Fuad Cam isə eyni ildə ölkəyə qayıdarkən tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Cam 13 il və Ə.Cam isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib. F.Camın cəzası 8 ilə, Ə. Camın cəzası 5 ilə endirilib. Bir neçə ay əvvəl Ali Məhkəmə qərarı qismən ləğv edib işi yenidən apellyasiya baxışına qaytarmışdı.

DİGƏR XƏBƏRLƏR

28 Mayın iki üzü: Laçında dövlətçilik nümayişi, Novxanıda simvolik təslimçilik

28 Mayın iki üzü: Laçında dövlətçilik nümayişi, Novxanıda simvolik…

28 May Azərbaycan tarixində təkcə bir dövlətin yaradılma günü deyil, milli iradənin, azadlıq istəyinin və müstəqil dövlətçilik düşüncəsinin doğum günüdür.…
Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda – Fotolar

Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış…
Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da axtarışa verildi – FOTO

Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da…

Sabiq deputat Hüseynbala Mirələmovun qardaşı oğlunun törətdiyi cinayət işində adı keçən Paşa Paşayev axtarışa verilib.  Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə…
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Azərbaycan Respublikasının Kino Agentliyinə direktor müavini təyin edilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin…
Laçında bu yerlərdə çalışanlar 1000 manat maaş alır

Laçında bu yerlərdə çalışanlar 1000 manat maaş alır

Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1000 manata yaxın əməkhaqqı alır. Proses.az “Report”a istinadən xəbər verir ki, bunu Laçındakı xüsusi nümayəndəliyin…
Tarixi ANLAR- Laçın Beynəlxalq Hava Limanının açılışı oldu- VİDEO

Tarixi ANLAR- Laçın Beynəlxalq Hava Limanının açılışı oldu- VİDEO

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Proses.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib…
Laçında tarixi tədbir başladı – Canlı

Laçında tarixi tədbir başladı – Canlı

Bu gün 28 May – Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə…
Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi – Canlı

Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi – Canlı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl “TUR” təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə yola düşüb. Onu Esenboğa…
Dublin hava limanında təhlükəli eniş anı – VİDEO

Dublin hava limanında təhlükəli eniş anı – VİDEO

Almaniyanın Lufthansa aviaşirkətinə məxsus Airbus A320neo təyyarəsi Dublində eniş zamanı az qala qanadı ilə yerə toxunub. Milli.Az xəbər verir ki,…
Kirkorov xəstəxanaya yerləşdirildi

Kirkorov xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti Filipp Kirkorovun müalicəsi hələ 2-3 həftə davam edəcək. Milli.Az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı…
Xəzərdə yeni ada peyda oldu

Xəzərdə yeni ada peyda oldu

Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşağı düşməsi nəticəsində yeni bir adanın meydana gəldiyini təsdiqləyiblər. Adaya hələlik hər…
Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 29.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.  Bu barədə…
Laçında dəfn mərasimlərinə icazə verildi

Laçında dəfn mərasimlərinə icazə verildi

Laçında dəfn mərasimlərinə icazə verilib. Proses.az xəbər verir ki, bu barədə APA-ya Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi…
Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”

Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”

Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır. Eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur. Bu…
Ərdoğan Laçına yola düşdü

Ərdoğan Laçına yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl “TUR” təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə yola düşüb. “Qafqazinfo” “Anadolu…