• 16.11.2023 08:31

“Toyda 4 tərəfimdə kişilər oynayırdı, bu hal məni narahat eləmirdi, çünki…”

“Toyda 4 tərəfimdə kişilər oynayırdı, bu hal məni narahat eləmirdi, çünki…”

“Elnarə Abdullayeva sənətdə olan xanımdır və sənətkardır. Danışdığı hər şey düppədüzdür, dəstəkləyirəm. Nəyi pis deyir? Kimin acığı tutursa, getsin bir stəkan su içsin! Əyri yolda olanlara Elnarə xanımın fikirləri sərf eləməz axı…”

Bu sözləri yenisabah.az-a müğənni Afət Fərmanqızı deyib. Müğənni həmkarı Elnarə Abdulllayevanın əyri yolda olan qadınları qınaq atəşinə tutmasına haqq qazandırıb:

“Elnarə xanım hər şeyi düz deyir! Mən fəxr edirəm ki, incəsənətdə Elnarə xanım kimi əxlaqlı, lider müğənnilərimiz var, onlara baxanda bizim sənətimizin adı yüksəlir. Bəzi əxlaqsızlar var ki, onlara görə sənətimizin adı alçalır. Qoy Elnarə xanım kimi sənətkarlarımız çox olsun ki, sənətimizin adı da gözəl olsun. Sabah birinin qapısını döyəndə oğlumuza qız versinlər, qızımız olanda layiqli, yaxşı yerdən istəsinlər, desinlər ki, nə olub müğənnilərə. Bizim sənətin adı elə günə qoyublar ki…”

Sənətçi toy məclislərində başına gələn bəzi hadisələri bölüşüb:

“Elnarə xanım danışdıqca toy məclislərindən olan görüntülər mənim gözümün önündən keçdi. Bu yaxınlarda Krasnoyarskda toy məclisində idim, məclisdə iştirak edən 500 nəfərdən 400-ü kişi idi. Özü də musiqiçilərə yaxın oturmuşdular, ifa etdiyim yerdə bir də gördüm ki, ətrafımda 150-ə yaxın kişi rəqs edir, mən də mərkəzdə tək qalmışam. Özümü heç də pis abu-havada hiss etmədim, məni yüksək alqışlarla dəstəkləyirdilər. Hər şey insanın özündən asılıdır, məsəl var deyirlər, insanı geyiminə görə qarşıla, ağlına görə yola sal. Mən özümə cavabdehəm, istər geyimimdə, istər davranışımda düşünürəm ki, xalqın yalnız rəğbətini qazanıram və qazanacağam da.

Sizinlə bölüşdüyüm görüntülərdəki toy məclisində 700 nəfər iştirak edirdi, mən sənət yoldaşlarımla tək oxuyurdum, xanımlar da adigər tərəfdə oynayırdı, bir də gördüm ki, mahnı bəylərin sümüyünə düşüb və rəqs etməyə başlayıblar, dörd bir tərəfimdə bəy əfəndilər oynayır. Sözümün canı odur ki, bu cür vəziyyət məni narahat etmir, çünki aslanın erkəyi, dişisi olmaz”.

A.Fərmanqızının sözlərinə görə, acıdil olması bəzi məqamlarda məclislərdə işinə yarayır:

“Toy məclislərində başımıza çox əhavalatlar gəlir. Bu yaxınlarda Surqutda toyda idim, bir kişi mənə yaxınlaşıb dedi ki, olarmı sizin nömrənizi götürək toya dəvət etmək üçün? Dedim niyə olmur? Nömrəni verəndə gördüm kişi arxasındakı kişiyə boylanıb deyir ki, “Gəl də”. Sonra mənə dedi ki, əslində nömrə onlara lazımdır, bu yaxınlarda qızınən toyu olacaq, dəvət etmək istəyir, amma sizdən qorxur.

Yəni mən bu cür imic qazanmışam, hər kəs özünə cavabdehdir. Mənim bir az acıdil olmağım əslində sənətimdə kömək olur. Bəzən məclislərdə içib özünü apara bilməyən insanlar olur, belə olan halda bu xasiyyətim köməyimə gəlir. İçki məclisidir, bəzən sərxoş olub özünü apara bilməyən kişilər olur, həmin dəqiqə xasiyyətimin acı tərəfini işə salıram və hər şey yoluna düşür, nə toyda problem yaranır, nə də özümə və həmin şəxsə qarşı. Bir az sərt olmağın da yeri var, elə adam var ki. sənin mülayimliyindən sui-istifadə edir, bu məqamda sərtliyi işə salmalısan”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…