- 18.11.2023 09:23
Hovuzdan 21 yaşlı qızın kişi ilə birlikdə meyiti tapıldı
Hindistanın Himaçal-Pradeş ştatında 37 yaşlı kişi və 21 yaşlı qızın meyiti tapılıb.
Proses.az APA-ya istinadən bildirir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Onların Rusiyadan gələn turistlər olduğu bilinib.
Nəşrin məlumatına görə, cəsədlər noyabrın 16-da axşam saatlarında Manikarandan iki kilometr aralıda isti bulaqlarda tapılıb. Cəsədlər hovuzda idi.
“Hər ikisinin mobil telefonları və pasportları yaxınlıqda olub”, – nəşr yazır.
Hazırda polis bir neçə versiya ətrafında araşdırma aparır.
Hadisə ilə bağlı Rusiyanın Hindistandakı səfirliyinə məlumat verilib.