• 22.11.2023 10:21

Bakıda yayılan virus – maska taxmaq da qorumur

Bakıda yayılan virus – maska taxmaq da qorumur

Adətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır, öskürək və…

Son günlər Azərbaycanda qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumatlar yayılıb. Xüsusən kiçik yaşlı uşaqlar arasında bu xəstəliyə daha çox rast gəlinir. Yüksək hərarət və səpkilərlə müşahidə edilən xəstəlik əksər insanlarda olduqca ağır keçir. Hələ ötən ay Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib.

Zaqatalada qızılca xəstəliyi yayılıb. Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir. Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub: “Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən səkkizi uşaqdır, vəziyyətləri stabildir.

Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (beşi uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. Doqquz xəstənin isə stasionar müalicəsi davam etdirilir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb: “Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir”.

Bəs bu xəstəlikdən qorunmaq üçün nələrə diqqət edilməlidir?

Proses.az bildirir ki, pediatr Gülşən Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qızılca hava-damcı yolu ilə yayılan infeksion xəstəlikdir: “Bu xəstəlikdə yoluxma yüz faizdir. Yəni kontakt olursa, yüz faiz yoluxma baş verir. Ölkəmizdə bir yaşından başlayaraq qızılca xəstəliyinə qarşı peyvəndləmə olur. 1 yaşında və 6 yaşında. Lakin peyvənddən kənar qalan uşaqların yoluxma ehtimalı daha çoxdur. Ona görə burada birinci qorunma yolu peyvənd olunmaqdır. Uşaqlarda əgər hər hansı bir ciddi əks-göstəriş yoxdursa, mütləq peyvənd olunmalıdır. Maskadan istifadə etmək, ya da uzaq durmaqla bu xəstəlikdən qorunmaq mümkün deyil. Yalnız izolyasiya ilə mümkündür. Yəni kollektivdə bir uşaqda belə qızılca xəstəliyi aşkarlanırsa, həmin müəssisə dezinfeksiya, həmin uşaq təcrid olunmalıdır. Yaxşı olardı ki, əlaqədə olan uşaqlarda bir müddət kollektivə çıxmasınlar. Yəni xəstəni izolyasiya etməklə yalnız qorumaq mümkündür və peyvənd vasitəsilə”.

Pediatr onu da əlavə edib ki, peyvənd olunan uşaqlar xəstəliyi ya yüngül keçirirlər, ya da ümumiyyətlə keçirmirlər: “Uşaqların peyvənd olunmasının digər müsbət xüsusiyyəti də evdə olan digər adamları yoluxmadan qoruyur. Uşaqlar asan keçirsələr də, evdə olan digərləri, əsasən də böyüklər bu infeksiyanı ağır keçirir, əsasən də kişilər. Hamilə qadınların yoluxması təhlükəlidir. Bir yaşa qədər körpə uşaqların yoluxması təhlükəlidir. O baxımdan mütləq şəkildə peyvənd olunmaya ciddi riayət edilməlidir. Məncə, bu valideynin istəyi ilə yox, məcburi şəkildə, əks-göstəriş yoxdursa, uşaqlar bir yaşından sonra mütləq peyvənd olunmalıdır. Yoluxma halları da kiçik yaşda uşaqlar arasında daha çox müşahidə edilir”.

Qeyd edək ki, uşaqlarda qızılca şiddəti ilə fərqlənən fərqli simptomlarla özünü göstərir. İlkin simptomlar soyuqdəymə simptomlarına bənzəyir və yüksək hərarət, öskürək və burun axması olur. İnfeksiya irəlilədikcə xarakterik bir qırmızı səpgi meydana çıxır, adətən üzdən başlayır və bədənin digər hissələrinə yayılır.

Qızılca adətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır. Öskürək, burun axması və ya tıxanıqlığı kimi soyuqdəyməyə bənzəyən tənəffüs simptomları qızılcanın erkən əlamətlərdir. Konjonktivit – qızılca zamanı gözlərdə qızartı və işığa həssaslığa səbəb olacaq iltihab yaranır. Diaqnostik əlamət sayılan koplik ləkələri olaraq bilinən ağız içərisində kiçik ağ ləkələr qızılca olduqda görünə bilir. Eləcə də qırmızı, düz ləkələrdən ibarət səpgi adətən üzdən başlayır və bədənə yayılır. Bu daha çox yüksək hərarətlə birlikdə müşahidə olunur.

Qızılca simptomları yaxşı qidalanmayan uşaqlarda və ya immun sistemi zəif olanlarda daha ağır ola bilir. Yüksək yoluxucu təbiətinə görə, bu simptomları erkən tanımaq və vaxtında həkim müayinəsi düzgün diaqnoz və müalicə üçün çox vacibdir. Bundan əlavə, vaksinasiya da qızılca xəstəliyinin başlanmasının qarşısını almaqda və virusa yoluxanlarda simptomların şiddətini azaltmaqda mühüm rol oynayır.

Qızılca virusu daha sonra tənəffüs epitelində çoxalır və bütün bədənə yayılır. İmmunitet hüceyrələrinə, xüsusən də ağ qan hüceyrələrinə üstünlük verilir. İmmunitet sistemi infeksiyaya cavab verir və simptomlar adətən məruz qaldıqdan 10-14 gün sonra görünür. Bu inkubasiya dövründə virus çoxalır və uşaq qızılca əlamətlərini bu zaman göstərməyə başlayır. Qızılca çox yoluxucudur və fərdlərdə səpgilərin başlamasından təxminən dörd gün əvvəldən dörd gün sonraya qədər virusu başqalarına yaya bilir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…