- 22.11.2023 10:52
Braziliya-Argentina oyununda azarkeşlərlə polis arasında kütləvi dava – VİDEO
Braziliya və Argentina yığmaları arasındakı qarşılaşma vaxtından gec başlayıb.
BAKU.WS xəbər verir ki, buna səbəb stadiondakı azarkeşlərin dava salması olub.
Stadionda azarkeşlərlə polis arasında baş verən dava səbəbindən argentinalı futbolçular meydanı tərk ediblər.
Qeyd edək ki, Argentina millisi Braziliya yığmasına səfərdə qalib gəlib. Matçda yeganə qolu 63-cü dəqiqədə müdafiəçi Nikolas Otamendi vurub.