- 22.11.2023 10:56
Avropalı azarkeşlər Eminin qolunu birinci seçdi
AÇ-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun İsveçə qarşı matçda uzaq məsafədən rəqib qapısına vurduğu qol ən yaxşı seçilib. Onun qolu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub. 13 milyon izləyicisi olan euro2024 səhifəsi həmin qolu paylaşıb.
Qeyd edək ki, sözügedən görüşdə Azərbaycan İsveçi 3:0 hesabı ilə məğlub edib.