• 23.11.2023 14:40

Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib – CİNAYƏT DOSYESİ, ADLAR

Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib – CİNAYƏT DOSYESİ, ADLAR

Proses.az Musavat.com-a istinadən xəbər verir ki, hakim qarşısına təqsirləndirilən şəxs qismində 4 nəfər – Peyman Rəhman oğlu Vəlizadə, Elmir Üzeyir oğlu İsmayılov, Məhəmməd Natiq oğlu Həsənzadə və Murad Məzahir oğlu Əhmədli çıxarılır. Bu şəxslər xuliqanlıqda ittiham olunurlar.

İş üzrə iki zərərçəkən var – Cavad Vahid oğlu Muradov və Elnur Leysan oğlu Məmmədov.

Bu ilin yayında baş verən hadisə ilə bağlı həmin zaman yayılan rəsmi məlumatda qeyd olunurdu ki, iyunun 12-də “Sea Breeze Resort” istirahət mərkəzində kütləvi dava baş verib. 1 gün sonra xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Rəsmi məlumatda saxlanılanların kimliyi, dava tərəfləri haqda isə hər hansı bir bilgi verilməyib. Kütləvi davanın əsas tərəfləri kimi sabiq nazir Yavər Camalovun qardaşı oğlu Elmir Camalov və oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədov qeyd edilirdi.

Bildirilirdi ki, həmin axşam ərazidə Jah Khalib-in konserti və Çempionlar Liqasının onlayn translyasiyası keçirilib. Olay zamanı hətta Elmir Camalovun bıçaq xəsarəti alması xəbəri də vardı. Olaydan sonra bu iki şəxs də daxil olmaqla, 8 nəfər saxlanılmışdı.

Proses.az kütləvi davanın əks olunduğu və sosial mediada yayılan görüntüləri təqdim edir.

Məhkəmə qarşısına çıxarılan təqsirləndirilən və zərərçəkənlər arasında Elmir Camalov yoxdur. Amma Camalovlarla qohumluq əlaqəsində olan Elmir İsmayılov təqsirləndirilən şəxs statusundadır. Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. Üzeyir İsmayılov sabiq nazir Yavər Camalovun qardaşı, iş adamı Əlikram Camalovun kürəkənidir. Elmir İsmayılovun adı mətbuatda əvvəllər də hallanıb. 2020-ci ilin iyununda mətbuatda “Bakıda iki cangüdənlə gəzən tələbə kimdir?” sərlöhvəli yazı tirajlanmışdı. Həmin yazıda Elmir İsmayılovdan bəhs olunurdu. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovun bahalı maşın həvəskarı olduğu, hətta Bakı küçələrində sürətlə avtomobil sürməkdə ad çıxardığı iddia edilirdi.

Bloger Həbib Müntəzir məmur oğlunun avtomobil kolleksiyasına daxil olan maşınların bir neçəsinin marka və dövlət qeydiyyat nişanları haqda da məlumat yaymışdı.

– “Mercedes GL-Class 63” markalı, 90-ZZ-009 avtomobil

– “Porsche Panamera” markalı, 90-ZZ-009 nömrəli avtomobil

– “Toyota Camry” markalı, 10-AD-011 nömrəli avtomobil

– “Mercedes S63 AMG” markalı, 90-ZZ-009 nömrəli avtomobil

– “Mercedes-Benz Gelandewagen” markalı, 90-OZ-009 nömrəli avtomobil.

Blogerin yazdığına görə, Elmirin əmisi Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir:

“Ölkədə mərmər monopoliyasına nəzarət edir. Üveysi İsmayılov Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26 a saylı binanın yaxınlığında 3 mərtəbəli 260 kvadratmetrlik kommersiya obyekti tikdirib. O, keçmiş baş prokurorun müavini Rüstəm Usubovun kürəkənidir”.

İş üzrə iki zərərçəkəndən biri olan Elnur Məmmədovun nə işlə məşğul olması barədə məlumat olmasa da, atası Leysan Məmmədovun son iş yeri Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini postu olub. Leysan Məmmədov bu ilin aprelində vəzifəsindən ayrılıb.

Fotoda: Leysan Məmmədov

Leysan Novruz oğlu Məmmədov 03.01.1963-cü ildə Tovuz rayonunda anadan olub. O, 2006-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, üç övladı var.

Oliqarx övladlarının noyabrın 21-nə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb. Cinayət dosyesini araşdıran hakim Mirheydər Zeynalovun sədrlik etdiyi proses dövlət ittihamçısının qatılmaması səbəbindən təxirə salınıb

DİGƏR XƏBƏRLƏR

Deputatları başdan çıxaran iranlı qızlar: Aralarında görün kimlər var -ŞOK FAKTLAR

Deputatları başdan çıxaran iranlı qızlar: Aralarında görün kimlər var…

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bəzi İran vətəndaşlarının fahişəliklə məşğul olduğu üçün ölkədən deport olunması və ölkəyə girişinə məhdudiyyət…
“Oğlan dayısı arvadı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır, RÜSVAYÇILIQDIR”

“Oğlan dayısı arvadı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır,…

Xəbər verdiyimiz kimi, həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İnarə Yusibovanın narkomaniyadan əziyyət çəkməsinə dair veriliş hazırlanıb. Onu…
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

İrəvanın mərkəzində, Respublika meydanında oxunan “Qarabağ” mahnısı erməni mediası və ictimaiyyətində panika yaradıb. Musavat.com axar.az-a istinadən bildirir ki, videonun köhnə olduğu…
Onlar həmin qəzada öldülər – FOTOlar

Onlar həmin qəzada öldülər – FOTOlar

Faciə ABŞ-da son 20 ildə ən ölümcül hava fəlakəti ola bilər. ABŞ-da ölümlə nəticələnən American Airlines təyyarə qəzasının ən gənc…
Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb. Bu barədə Proses.az-a Xarici İşlər…
Sabahdan çörəyin qiyməti bahalaşacaq

Sabahdan çörəyin qiyməti bahalaşacaq

Azərbaycanda çörəyin qiymətində artım olacaq. Globalinfo.az-ın paytaxtdakı bəzi mağazalarda keçirdiyi sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörəyin qiyməti 5…
Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM XƏBƏR

Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM…

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdiriləcək. Bu, Prezident…
Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun…
Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində bir ailənin 5 üzvünün həyatını itirməsi ilə nəticələnən partlayış ölkəmizdə postmüharibə dövründə partlamamış hərbi sursat (PHS)…
Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların…
Leysan Məmmədova vəzifə verildi

Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib. Proses.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz…
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur. Proses.az xəbər verir ki, bunu Report-a “Konstitusiya Araşdırmaları…
İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun…
“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi…
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib. Proses.az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Xatırladaq ki,…