• 28.11.2023 17:56

Bacılara son söz üçün 1 həftə verildi

Bacılara son söz üçün 1 həftə verildi

Binəqədi Rayon Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda vəkillər müdafiə çıxışı ediblər.

Aytac Əliyevanın vəkili Ceyhun Yusifov düşünür ki, bu iş ilkin istintaq dövründən düzgün aparılmayıb. Vəkilin dediyinə görə, müvəkkilinin əməlində nəinki cinayət, mülki pozuntu belə yoxdur: “Bu iş Məlikməmməd nağılından başqa bir şey deyil. Bu adamı uydurma cinayət məsuliyyətinə cəlb etmək istəyirsizsə, elə edin ki, bir az reallığa bənzəsin. Bundan başqa, verilən işin həcmini 311-ci (rüşvət alma) maddə təşkil edirsə, niyə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparıb, maraq nədir? Aytacın kifayət qədər nüfuzu var, statusu digərlərindən fərqlidir. 1 il yarım ərzində 20 dəfə qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişəm, hər dəfə vəsatətim rədd edilib. İndi də xanım müttəhim ağır onkoloji xəstədir. İstintaq orqanı dələduzluq ittihamı qırılmasın deyə rüşvət almanı da əlavə edib. Belə şey olar?! Mən əvvəllər Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəni görəndə ixtisasıma görə təşəkkür etmək istəyirdim, indi deyirəm ki, ay Allah, mən niyə hüquq oxudum…”

Vəkil yekunda bəraətverici hökm çıxarılacağına ümid etmədiyini ifadə edib.

İlknur İsmayılovanın vəkili Xavər İsmayılova da məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. O deyib ki, müvəkkili qızıl alveri ilə məşğul olub. Alış-veriş zamanı da hesabına pullar köçürülüb: “Burda kiminsə etibarından sui-istifadə yoxdur. Məhkəmə istintaqı dövründə də sübut olundu ki, ittihamda göstərilən məbləğlər real deyil. Mən bacıların təqsirsiz olduğunu düşünürəm, ona görə də hər ikisinə bəraət verilməsini xahiş edirəm”.

Təqsirləndirilən bacılara son sözə hazırlaşmaq üçün dekabrın 5-nə kimi vaxt verilib.

Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.

DİGƏR XƏBƏRLƏR

Qəza şəraiti yaradan “Porsche” sürücüsü qoçuluq edib yolu kəsdi – VİDEO

Qəza şəraiti yaradan “Porsche” sürücüsü qoçuluq edib yolu kəsdi…

Masazır dairəsində sürücü yol hərəkət qaydasını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 27-də baş verib. Belə ki,…
Türkiyəli aktyorun İlhamə Quliyeva ilə bağlı paylaşımı diqqət çəkdi – VİDEO

Türkiyəli aktyorun İlhamə Quliyeva ilə bağlı paylaşımı diqqət çəkdi…

Türkiyəli aktyor Fırat Tanışın növbəti paylaşımı maraqla qarşılanıb.  Proses.az oxu.az-a istinadən bildirir ki, aktyor mərhum Xalq artisti İlhamə Quliyevanın sosial…
Tanınmış biznesmen mədəkiçiltmə əməliyyatından sonra öldü – FOTO

Tanınmış biznesmen mədəkiçiltmə əməliyyatından sonra öldü – FOTO

Məşhur rusiyalı biznesmen və prodüser Pyotr Qavrilov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişib. Proses.az axşam.az-a istinadən xəbər verir ki, əməliyyat fevralın…
“Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum planlaşdırır?”

“Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum…

“Ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan…
“Axırıncı dəfə dünən səhər danışmışdıq” – Laçında azan əsgərin anası – VİDEO

“Axırıncı dəfə dünən səhər danışmışdıq” – Laçında azan əsgərin…

“Axırıncı dəfə dünən səhər danışmışdıq. Dedi, yaxşıyam, narahat olma, hər şey yaxşıdır”. Proses.az xəbər verir ki, bu barədə İTV-yə açıqlamasında…
Range Roveri sərxoş idarə edən SÜRÜCÜ KİMDİR? – VİDEO

Range Roveri sərxoş idarə edən SÜRÜCÜ KİMDİR? – VİDEO

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik maarifləndirici tədbir keçirilib. Aparılan profilaktik…
Laçında azan hərbçimizin atasından AÇIQLAMA

Laçında azan hərbçimizin atasından AÇIQLAMA

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz…
Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu – FOTO

Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu –…

Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı martın 1-də dəfn olunacaq. Oxu.Az-ın məlumatına görə, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış…
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb. Bu barədə Ermənistan XİN məlumat yayıb. Görüş “Sülh və dövlətlərarası münasibətlərin…
Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər SAXLADI

Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər SAXLADI

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını açıqlayıb. Proses.az xəbər verir ki, MTX-dan verilən məlumata görə, fevralın 28-də saat…
Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşüb

Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşüb

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz…
Model bələdiyyə sədrliyinə namizəd oldu – FOTO

Model bələdiyyə sədrliyinə namizəd oldu – FOTO

Türkiyədə model bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb. Milli.Az haberler-ə istinadla bildirir ki, Diyarbakırın Bağlar mahalının bələdiyyə sədri olmağı arzulayan model Simurg Sarsılmaz…
Aparıcının bu gün ərə getdiyi icra başçısı kimdir?

Aparıcının bu gün ərə getdiyi icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə…
Azərbaycan millisinə yeni baş məşqçi TƏYİN OLUNDU

Azərbaycan millisinə yeni baş məşqçi TƏYİN OLUNDU

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub. İdman.biz xəbər verir ki, yığmamızı yenidən Fərid Cəlalov çalışdıracaq. O,…
Tolik vəfat edən atasından yazdı

Tolik vəfat edən atasından yazdı

Prodüser Tarix Əliyev (Tolik) dünyasını dəyişən atası ilə bağlı paylaşım edib. Proses.az axşam.az-a istinadən bildirir ki, o, valideyni ilə olan…