• 29.11.2023 16:09

Bacısını uşaqlarının gözü önündə öldürən şəxs: “Başımızı yerə soxmuşdu”

Bacısını uşaqlarının gözü önündə öldürən şəxs: “Başımızı yerə soxmuşdu”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayonunda 1988-ci il təvəllüdlü Vəfa Nurəddin qızı Həsənovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Proses.az pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2004-cü ildə hərbi xidmətdə olarkən bacısı bir nəfər qoşulub qaçıb. O, hərbi xidmətdən gəldikdən sonra ailələri barışıb, Vəfa onlara gəlib-getməyə başlayıb və bacı-qardaş kimi onların normal münasibətləri olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin aprel ayında bacısının əxlaqsızlıqla məşğul olmasını eşidib:

“Bacım həmin vaxta qədər də əxlaqsızlıqla məşğul olurmuş, lakin məndən başqa bunu hamı bilirmiş. Sonra təxminən may ayının ortalarında anamla birlikdə Vəfanın evinə getdik. Ona etmiş olduğu hərəkətin bizim başımızı aşağı elədiyini və qohum-əqrəba içərisində hörmətdən düşdüyümüzü dedim. Bacım isə nə mənim, nə də anamın sözünü eşitdi və bizə – “özüm bilərəm, istədiyim kimi yaşayıram, mənim həyatımın heç kimə aidiyyəti yoxdur”, – deyə bildirdi. Bu hadisədən bir neçə gün sonra bacım oğlu telefonuma zəng vuraraq anasının evdən çıxdığını, tapa bilmədiyini və buna görə də polis şöbəsinə gedəcəyini söylədi. Sonra o, polis şöbəsinə gedərək bu barədə məlumat verdi. Şöbənin həyətinin qarşısında yeznəm mənə Vəfa ilə bacara bilmədiyini və bacımın onu da söyərək təhqir etdiyini dedi. Bir qədər sonra polis əməkdaşları bacımı tapdı, şöbədən çıxaraq yaşadığım evə getdim. Bu hadisədən sonra öz həyatıma davam etsəm də, yenə də bacımın əxlaqsız əməlləri barədə məlumat aldım və dost-tanış arasında hörmətdən düşdüm.

Bu məqsədlə yenə 2023-cü il iyunun 24-də saat 17 radələrində Vəfanın yaşadığı evə getdim. Həyətin darvazasının qapısı bağlı idi və qapını döydükdə bacım oğlu qapını açdı. Evə daxil olduqda yeznəm zalda əyləşmişdi, bacım isə qızı ilə birlikdə yataq otağında çarpayının üzərində idi. Bacıma bir daha bu əməllərinə son qoymağı, lazım gələrsə, ona maddi yardım etməyə hazır olduğumu dedim. Lakin Vəfa sözlərimə qulaq asmadı və əsəbi halda – “bu həyat mənimdir, istədiyim kimi də yaşayaram”, – deyə söylədi. Əməllərinə son qoymasını xahiş etsəm də, Vəfa yenə də eyni cavabları verdi. Əsəbiləşdim və evin içərisinə doğru giriş otağının yanına getdim. Orada olan mətbəx bıçağını götürüb, şalvarın belinə qoyaraq yenidən Vəfanın olduğu yataq otağına daxil oldum.

Otaqda bir daha bacıma – “gəl çıxaq gedək, sən bizim başımızı aşağı eləmisən”, – dedim. Vəfa yenə eyni cavab verib ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbiləşərək bacımın üz nahiyəsindən iki dəfə şillə vurdum və şalvarın belinə qoyduğum bıçağı çıxararaq Vəfanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə endirdim. Həmin vaxt otaqda bacım qızı da var idi, ona fikir verməmişdim. Daha sonra evdən çıxdım, bıçağı həyətə atdım və könüllü təslim olmaq üçün Bərdə Rayon Polis Şöbəsi istiqamətində avtomobil yoluna tərəf getdim. Təxminən saat 18 radələrində asfalt yola çıxdıqda PPX-nin əməkdaşlarının olduğu maşını gördüm, onlara yaxınlaşaraq cinayəti törədənin özüm olduğunu bildirib təslim oldum. Sonra polis əməkdaşlarının avtomobilinə əyləşdim. Onlar da məni polis şöbəsinə apardılar və orada törətdiyim cinayət əməlini etiraf etdim”.

Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənova 14 il həbs cəzası verilib.

DİGƏR XƏBƏRLƏR

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib. Hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi…
Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata…
İran bu ölkə ilə sərhədləri BAĞLADI

İran bu ölkə ilə sərhədləri BAĞLADI

Pakistan İran-İsrail gərginliyinin artması fonunda İranla hava və quru yollarını bağladığını açıqlayıb. Ajans.az bu barədə Bəlucistan əyalət hökumətinin sözçüsü Şahid…
Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (FOTO/VİDEO)

Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman…

Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib. Proses.az Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu…
Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahin Həsənlinin oğlu Hüseynin nişan mərasimi olub. Bakupost.az xəvər verir ki, Hüseyn, Firəngiz adlı xanımla nişanlanıb.
948 abonentin qazı kəsiləcək – RƏSMİ

948 abonentin qazı kəsiləcək – RƏSMİ

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə “Azəriqaz” məlumat yayıb. Bildirilib…
Leysan, dolu, sulu qar… – Sabahın havası

Leysan, dolu, sulu qar… – Sabahın havası

Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və…
Elman Qarayev VƏFAT ETDİ

Elman Qarayev VƏFAT ETDİ

Ağsuda məktəb direktoru vəfat edib. Bu barədə onun yaxınları sosial media hesablarında paylaşım ediblər. Ağsu şəhər Polad Mirzəyev adına 5…
İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran hərbi qarşıdurması Azərbaycan mediasında geniş işıqlandırılır. Lakin informasiya bəzən mənbəyi şübhəli informasiyalara da rast gəlinir. Xəbər saytlarının redaktorları “fake…
Məşhur türkiyəli aktyor ciddi zədə aldı

Məşhur türkiyəli aktyor ciddi zədə aldı

“1001 gece masalları” serialı üçün kamera qarşısına keçən tanınmış türkiyəli aktyor İbrahim Çelikkol tennis oynayarkən qəfil yıxılaraq qolundan ciddi şəkildə…
Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” – VİDEO

Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” –…

“Elgizlə izlə” verilişində gərgin anlar yaşanıb. Milli.Az xəbər verir ki, verilişin qonağı olan müğənnilər Zahidə Günəş və Ülviyyə Namazovanın sözləri…
Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir

Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları…

Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan…
Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin öldüyünü təkzib edib. Milli.az xəbər verir ki, bu barədə İranın nüfuzlu…
Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Müğənni Nəfəs illər öncəki görüntü ilə diqqət çəkib. İfaçının 5 il əvvəl çəkilən estetik əməliyyatız fotosu gündəm olub. Sosial şəbəkələrdə…
Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Bu gün sosial şəbəkələrdə “Komedixana”nın sevilən aktyoru Ənvər Abbasovun ölüm xəbəri yayılıb. Proses.az xəbər verir ki, Azxəbər.com aktyorun özü ilə…