- 03.12.2023 17:09
Araqdan zəhərlənən 24 hərbçi öldü
Rusiya hərbçilərinin 2014-cü ildən nəzarətində olan Simferopoldakı hərbi hissələrdən birində zəhərlənmə nəticəsində 24 hərbçi həlak olub, daha 11 nəfər xəstəxanaya yerləşdirilib.
News24.az Lent.az-a istinadla bildirir ki, bu barədə Rusiya mənbələrinə istinadən məlumat yayılıb.
İki qızın hərbçilərə “təşəkkür əlaməti” olaraq nəzarət-buraxılış məntəqəsinə yeddi butulka araq və qəlyanaltı (çörək, balıq, kolbasa, pendir) gətirdiyi bildirilir. Hərbçilərin zəhərlənməsindən sonra həm araqda, həm də yeməkdə böyük dozada arsen (ağır metal), şüşələrdən birində isə strixnin aşkar edilib.