- 03.12.2023 18:50
“Dom-2”-nin çəkilişi zamanı keçmiş iştirakçı Faiq Məhərrəmov döyülüb
Rusiyada “Dom-2” verilişinin iştirakçısı Timur Məhərrəmov (əsl adı Faiqdir) serialın çəkilişləri zamanı döyülüb.
Musavat.com xəbər verir ki, bu barədə Mash Telegram kanalı yazır.
45 yaşlı rusiyalının (zərərçəkənin milliyyəti dəqiqləşdirilmir) sözlərinə görə, davanı ssenari müəllifləri qızışdırıb. Kişi verilişə keçmiş sevgilisinin qonağı kimi dəvət edildiyini deyib. Ssenariyə görə, personajlar barışmalı imiş. Lakin Məhərrəmovun sözlərinə görə, prodüserlər verilişdə hər hansı bir münaqişənin baş verməyəcəyinə söz versələr də, o, verilişin daha dörd iştirakçısı tərəfindən döyülüb.
Aydın olur ki, həmin şəxslər zərərçəkənə əl-ayaq və dəyənəklə zərbələr endirib, Məhərrəmov huşunu itirəndə dayanıblar. Bundan əlavə, o, ayılanda özünü təcili yardım otağında görüb və oradan kəllə-beyin travması, başın əzilməsi və hematoma ilə xəstəxanaya yerləşdirilib.
Məhərrəmov layihənin prodüseri Alekander Rastorguyevlə əlaqə saxlayıb, lakin o, reabilitasiyada iştirakda imtina edərək, “Dom-2” qəhrəmanını “çurka” adlandırıb. Qeyd olunur ki, şou rəhbərliyi baş verənləri fəal şəkildə gizlədir. Bundan əlavə, verilişin sözügedən bölümü yenidən çəkilib.
Onu da deyək ki, Rusiyada şovinist səciyyə daşıyan “çurki” kəlməsini Qafqaz və Orta Asiya xalqlarının nümayəndələrinə münasibətdə işlədirlər.
O da məlumdur ki, “Dom-2” layihəsi yetkin kişi və qadınların bir evdə yığışaraq quraşdırılmış sevgi intriqaları yaşamaları və intim xarakterli görüntüləri ilə məşhurdur və artıq çoxdandır ki, oradakı açıq-saçıqlığa görə adı bədnamdır.