• 06.12.2023 10:49

Azərbaycanda teleqramdakı ifşa kanallarının idarəçisi tutuldu – Biz ailəlikcə…

Azərbaycanda teleqramdakı ifşa kanallarının idarəçisi tutuldu – Biz ailəlikcə…

Sabirabad rayonunda 2000-ci il il təvəllüdlü Elcan (adlar şərti verilib – red.) pornoqrafik materialları yaymaqda ittiham olunub.

Medianews.az teleqraf.com-a istinadən bildirir ki, Elcan fikrin yalnız qadının və kişinin cinsi-intim zonalarına yönəldilməsi, qarşı tərəfin qıcıqlandırılması və digər bu kimi pornoqrafik xarakterli əlamətlər yer alan videogörüntüləri və şəkilləri 2023-cü ilin fevralın ortalarında Sabirabadda yaşadığı evdə müxtəlif sosial şəbəkələrdən əldə edib.

O, “Teleqram” sosial şəbəkəsində “Seksi Fahişələr”, “Gecə klubu”, “TikTok fahişləri” adlı kanallar yaradıb və əldə etdiyi pornoqrafik xarakterli videogörüntüləri, şəkilləri həmin kanallarda yayıb.

Elcan gəlir əldə etmək məqsədilə pornoqrafik materiallar hazırlayıb, 2023-cü ilin fevralın ortalarından aprelin ortalarınadək sözügedən kanallarda həmin pornoqrafik xarakterli videogörüntü və şəkilləri geniş izləyici kütləsinə nümayiş etdirib. O, pornoqrafik xarakterli video material və şəkillərlə müxtəlif məbləğlərdə pul müqabilində qanunsuz ticarət edərək bu yolla əldə etdiyi pul vəsaitlərini öz adına açılmış bank kartına mədaxil edib.

İstintaq orqanı tərəfindən Elcanın barəsində Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elcan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sabirabad rayonunda kəndlərdən birində ailəsi ilə birlikdə yaşayıb:

“Biz ailəlikcə kənd təsərrüfatı ilə məşğul oluruq. 2022-ci ilin noyabrından etibarən “Teleqram” sosial şəbəkəsindən istifadə etmişəm. Həmin il fevralın ortalarında kənddə tanışlarımla söhbət edərkən onların danışığından məlum oldu ki, “Teleqram”dan istifadə etməklə pul qazanmaq olur. Mən də “Teleqram”da pul qazanmağın mümkünlüyünü araşdırdım. Belə qərara gəldim ki, “Teleqram” sosial şəbəkəsində kanal alım, orada pornoqrafik xarakterli materiallar paylaşım, həmin səhifələrin reklamlarından qazanc əldə edim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin fevralın ortalarında “Teleqram”da tanımadığı bir nəfərdən pornoqrafik xarakterli videolar paylaşılan səhifə alıb: “Həmin səhifəni 120 manata aldım. Səhifənin izləyici sayı 17000 idi. Səhifənin adını dəyişərək “Gecə klubu” qoydum.

“Teleqram”da rus kanallarından pornoqrafik videoları əldə edərək öz kanalımda paylaşdım. Bununla da izləyici sayı 34000 nəfərə çatdı. Həmin kanalın gizlilik şərtlərini qapalı etmişəm. Pornoqrafik videoları pulsuz paylaşmışam. Qazancı isə yalnız saytın reklamından olub. Öz kanalımda müxtəlif məzmunlu kanalları reklam edərək pul qazanmışam. İzləyici sayını artırmaq üçün öz kanalımda başqa kanalların reklamlarını da etmişəm. Bu yolla da az miqdarda pul qazanmışam”.

Elcanın sözlərinə görə, 2023-cü ilin martın ortalarında yeni bir kanal alıb: “Kanalın adı “Tik-Tok Fahişələri” idi. Almazdan əvvəl orada müxtəlif məzmunlu videolar paylaşılırdı, 5000 nəfərə yaxın izləyicisi vardı. Mən isə həmin kanalda rus saytlarından əldə etdiyim pornoqafik xarakterli videoları paylaşdım. Kanalın izləyici sayını 13.000 nəfərə çatdırdım”.

Təqsirləndirilən şəxs deyib ki, 2023-cü il aprelin əvvəllərində daha bir kanal alıb və onun da adı “Seksi Fahişələr” olub: “Həmin kanalda da eyni qaydada xarici kanallardan əldə etdiyim pornoqrafik xarakterli materialları paylaşdım. “Teleqram” sosial şəbəkəsində yaratdığım kanallarda xarici səhifələrdən əldə etdiyim pornoqrafik xarakterli videoları paylaşmaqla reklam etmişəm. Bu işlərin hamısını mobil telefonumdan icra etmişəm.

Pornoqrafik xarakterli materialları yaşadığım Sabirabad rayonunun kəndində olarkən yaymışam. Porno-videoların paylaşılmasının qanunsuz olduğunu, cinayət sayıldığını bilməmişəm. Bilsəydim bu işlə məşğul olmazdım”.

Təqsirləndirilən şəxs deyib ki, “Teleqram”da “Ceka” adlı istifadəçi adı ona məxsus olub və səhifələri həmin adla idarə edib: “Lakin pornoqrafik videoların dövriyyəsindən pul qazanmamışam. Sadəcə müxtəlif məzmunlu videolar paylaşılan kanalları öz kanallarımda reklam edərək onlardan pul əldə etmişəm. Bütün bu əməliyyatlardan təxminən 400 manat həddində gəlir əldə etmişəm”.

Bu cinayət işinə Sabirabad rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elcan 2 min manat miqdarında cərimə olunub. Həmçinin onun 2 il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…