• 06.12.2023 16:09

“Sea Breeze” işinə görə axtarışda olan 6 nəfər haradadır?

“Sea Breeze” işinə görə axtarışda olan 6 nəfər haradadır?

“Sea Breeze”dəki kütləvi dava ilə bağlı başlanmış üç cinayət işindən biri ilə bağlı növbəti məhkəmə araşdırması dekabrın 7-də keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, işə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılır.

Sözügedən məhkəmə prosesi birinci cinayət işini əhatə edir və bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M.Ə. təqsirləndirilən şəxslərdir.

Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar.

İttihama görə Elmir İsmayılov və onunla birgə mühakimə olunanlar “Sea Breeze”də dava salıb Elnur Məmmədovla Cavad Muradovu döyüblər.

Məhkəmədə isə üzə çıxıb ki, bunun tam əksi baş verib: “Sea Breeze”də kütləvi dava Elnur Məmmədovun spirtli içkinin təsiri atında Elmir İsmayılovun ünvanına nalayiq söyüşlər söyməsi, idmançı dostlarının köməyi ilə şəxsən onu döyməsi ilə başlayıb. Elmir İsmayılovu döyəndən sonra o, ərazidən uzaqlaşmağa çalışan zaman maşınını da əziblər. 1 saatdan sonra Elmir İsmayılovun qardaşı Elgün İsmayılov dostları Məhəmməd  Həsənzadə, Peyman Vəlizadə və məktəbli M.Ə. ilə “Sea Breeze”ə gəlib onu oradan xəstəxanaya aparmaq istəyiblər. O zaman Elnur Məmmədov spirtli içkinin təsiri altında “Sea Breeze”də dava-dalaşı davam etdirib, qarşısına çıxanlara yumruq və təpik atırmış. Ətrafı da onun hərəkətlərinin qarşısını almağa çalışırmış. Elmir İsmayılovu axtaran qardaşı səhvən Elnur Məmmədovun ətrafına toplaşmış kütlənin olduğu əraziyə gedib, həmin zaman Elgün İsmayılov və dostları da Elnur Məmmədov tərəfindən söyülüb, şəxsən özünün iştirakı ilə  idmançı əhatəsi tərəfindən döyülüblər.

Baş verənlərdən sonra Elmir İsmayılov, Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə xəstəxanaya gediblər. Onların başlarında, üzlərində döyülmə zamanı yaranan yaralara tikişlər qoyulub.

Daha sonra Elnur Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər “Xurma” restoranında görüşüblər. Elmir İsmayılovdan üzrxahlıq olunub və tərəflər barışıblar. Barışıqdan az sonra Elnur Məmmədovla Cavad Muradov Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son məhkəmə prosesində də Cavad dostu Elnur Məmmədovu barışıq görüşü ilə bağlı sorğu-sual etmişdi: “Kişi kimi danış, orda dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə, özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub”.

Məhkəmədə aydın oldu ki, polisdə iki gün saxlanılan Elnur Məmmədov sonradan sərbəst buraxılıb. Onun dostu Cavad Muradovu isə saxlayıblar.  Eyni zamanda, davanın əsas səbəbkarı Elnur Məmmədovu və yanında olan Cavad Muradovu zərərçəkən qismində tanıyıblar!

Fotoda: Cavad Muradov

Həmçinin Elnur Məmmədovun dostu Cavad Muradovla Şamxal Məmmədova da təqsirləndirilən qismində ittiham elan olunub. Elnur Məmmədov isə bu iş üzrə şahid kimi tanınıb.

Məhkəmədə vəkillər deyib ki, istintaq zamanı onlara verilən məlumata görə Elnur Məmmədovun barəsində də cinayət işi başlanıb. Həmin cinayət işi üzrə 6 təqsirli şəxs axtarışdadır. Həmin şəxslər tutulub istintaqa cəlb olunacaqları halda Elnur Məmmədov da həbs olunacaq.

Vəkillər məhkəmədə israrla həmin cinayət işi üzrə qərarın onlara təqdim edilməsini tələb etsələr də, prokuror bu məsələnin aydınlaşdırılmasına cəhd belə etməyib.

Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, Elnur Məmmədovun qardaşı Prokurorluq orqanlarında məsul vəzifədə çalışır.

Fotoda: Elnur Məmmədov

Elmir İsmayılov və digərlərinin işi üzrə keçirilən məhkəmə prosesində Elnur Məmmədov şahid qismində dindirilib. Hətta onun həbsdəki dostu Cavad Muradov belə Elnur Məmmədova irad bildirib, ona görə 6 aya yaxın həbsdə olduqlarını deyib.

Hazırda məhkəmədə təqsirləndirilən şəxslər sərbəst ifadə verirlər. Artıq Elmir İsmayılov, Məhəmməd Həsənzadə və Peyman Vəlizadənin  ifadəsi yekunlaşıb.

Dekabrın 7-də keçirilən prosesdə yeniyetmə M.Ə-nin sərbəst ifadə verəcəyi, bundan sonra prokurorun ittiham nitqi ilə çıxış edəcəyi gözlənilir.

İndi əsas sual budur: Prokurorun çıxışı hansı yöndə olacaq?

Qeyd edək ki, Elnur Məmmədov oliqarx, Binəqədi İcra Hakimiyyəti başçısının sabiq  müavini Leysan Məmmədovun oğludur.

Davanın görüntüləri:

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…