• 14.12.2023 11:47

İstanbulda azərbaycanlı iş adamı tutuldu: onu Röya ilə nə bağlayır? – FOTO

İstanbulda azərbaycanlı iş adamı tutuldu: onu Röya ilə nə bağlayır? – FOTO

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan Albaniya pasportlu iş adamı Dionis Şahollini həbs edib.

Proses.az buta.media.az-a istinadən xəbər verir ki, saxlanılan şəxsin dələduzluq və hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı polisə şikayətlər daxil olub.

Araşdırma zamanı o da məlum olub ki, Şahollinin üzərində Həmzət İsmayılovun adına Rusiya Federasiyası vətəndaşının pasportu olub. Bu hələ hamısı deyil: Türkiyə prokurorluğunun müəyyən etdiyi kimi, saxlanılan Dionis Şaholli əslində dələduzluqda təqsirləndirilən, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Azad İsayevdir.

Qeyd edək ki, bu şəxs barəsində istintaq İstanbul Bakırköy və Küçükçekmece rayon prokurorluqları tərəfindən aparılır. Küçükçekmece prokurorluğunda dindirilərkən o, dələduzluq ittihamlarını rədd edib, lakin Rusiya vətəndaşlığına malik olduğunu və bu ölkədən Həmzət İsmayılovun adına pasport aldığını təsdiqləyib.

Küçükçekmece prokurorluğu tərəfindən saxlanılan şəxsin Rusiya pasportunun etibarlılığının yoxlanılması üçün müvafiq sorğular göndərilib, daha sonra o, Küçükçekmece Rayon Məhkəməsinə aparılıb və məhkəmə “Dionis Saholli” barəsində yüngül həbs qətimkan tədbiri seçərək polis nəzarətinə verib.

Daha sonra iş adamı Bakırköy prokurorluğunda dindirilib və o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. “Şaholli” istintaq orqanlarını keçmiş məşuqəsi Aişədən borca götürdüyü pulu qaytardığına inandırmasına baxmayaraq, zərərçəkmişin şikayəti əsasında Bakırköy Rayon Məhkəməsi onun həbs edilməsinə dair qərar verib.

Azad İsayev beynəlxalq axtarışa verilib

Lakin daha əvvəl prokurorluqda və məhkəmədə dindirilərkən məlum olub ki, saxlanılan şəxsin əsl adı Azad İsayevdir və o, dələduzluqda ittiham olunaraq beynəlxalq axtarışa verilib. “Dionis Saholli” bunu hər cür təkzib etsə də, eyni zamanda məhkəmədə etiraf edib ki, “uşaqlıqdan hamı ona Azad deyib”.

Prokurorluq əməkdaşları İnterpolun rəsmi saytında yerləşdirilmiş Azərbaycan vətəndaşı Azad İsayevin fotosunun “Dionis Saholli”nin görünüşü ilə oxşarlığını məhkəməyə nümayiş etdirib, bundan sonra Türkiyə prokurorluğu həbs edilən şəxsin barmaq izləri ilə bağlı Azərbaycan dövlət orqanlarına sorğu göndərib.

Müğənni Röya ilə “iş adamını” nə bağlayır?

Azərbaycan mətbuatında Azad İsayev müğənni Röyanın dostu kimi tanınır. Sosial şəbəkələrdə onların birlikdə çəkilmiş fotoları var. 1984-cü il təvəllüdlü Azad İsayev Röya və digər azərbaycanlı müğənnilərinin ifasında bir neçə mahnının sözlərinin müəllifi kimi tanınır. Nərimanov rayon polis idarəsində İsayevə qarşı dələduzluqda külli miqdarda (2 milyon manat) ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb.

Yerli mətbuat yazır ki, Azad İsayev 2012-ci ildə Azərbaycanı tərk etdikdən sonra İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətə rəhbərlik edib. 2013-cü ildə yerli internet saytlarında İsayevin İstanbulda “ağır qəzada öldüyü” barədə məlumatlar yayılıb.

Lakin bir neçə gün sonra İsayev “Twitter”də onun ölümü ilə bağlı yayılan xəbərləri təkzib edərək, həqiqətən qəza keçirdiyini, lakin sağ qaldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…