• 14.12.2023 16:17

“Tükənmisən, canlı ölüsən” – Elnarədən qalmaqallı sözlər

“Tükənmisən, canlı ölüsən” – Elnarədən qalmaqallı sözlər

Müğənni Elnarə Xəlilova qalmaqallı paylaşımı ilə gündəmə gəlib. 

Axşam.az xəbər verir ki, sənətçi ad çəkmədən sənət adamlarından birini tənqid edib. O bildirib ki, həmin xanım ifaçı onun haqqında xoşagəlməz sözlər danışıb:

“Səni cəsarətli bilirdim, “Kukla”. Cürətin çatmır mənimlə savaşmağa, itlərini fısqırtmısan üstümə, hürə-hürə qalıblar? Kişi qızı kimi çıx qarşıma, de ki, zəhləm gedir səndən, uğurlarını həzm edə bilmirəm, boğazımda qalmısan. Deyim, hə, kişi qızısan. Yoxsa özün girmisən siçan dəliyinə qorxundan, çaqqallarını da salmısan canıma. Bəs bilmirsən ki, itə hörmət edirlər yiyəsinə görə? Bəs bilmirsən ki, çaqqal aslana heç nə edə bilməz? Sensasiya istəyirdin? Al onda… İki qoçun başı bir qazanda qaynamaz. Qoçuluq etmək keçir könlündən? Ancaq xahiş edirəm, çaqqal-çuqqallarını yığışdır, cəsarətin çatırsa özün çıx qarşıma.

Bütün işimi, gücümü atıb yalnız sənə mahnılar həsr edəcəyəm bundan sonra. Gəl, yarışaq. Sən bir, mən 3 mahnı. Mən mədəni insanam da sadəcə, sözümü mahnılarımla deyirəm. Sən də geyin-keçin, bəzən, düzən və sadəcə, ağzını aç-bağla, kifayət edir. O da idmandı da. Hər adam bacarmır onu. Şpaqata otura bilərsən gələn konsertlərdən birində? Sadəcə, arada mahnı da oxu ki, bilək oxuyanısan. Tükənmisən artıq, canlı ölüsən. Arada sənə yazığım da gəlir. Çox istərdim ki, sənət göstərəsən”.

Elnarə adını açıqlamadağı ifaçının mahnılarını da pisləyib:

“20 il ancaq uladın, bütün mahnıların da bayquş kimi. Son mahnılarının hamısı bir vedrə zibil, apar çırp müəlliflərin təpəsinə. Yenə aldadıblar səni. Arada güzgüdə özünə baxırsan? Get-gedə kişiyə oxşayırsan.

O gün bir verilişdə aparıcı ilə o qədər təriflədiniz ki, bir-birinizi, yenə də rusun bir şeiri yadıma düşdü: Kukuşka xvalit petuxa, a petux kukuşku. Kukla zirvəsi. Ümumiyyətlə, Azərbaycanda hansısa zirvəni tanıyırsan? Çingiz Mustafayev zirvəsi, dünya liderləri zirvələri və sair… Sən zirvə adını qazanmaq üçün neynəmisən? Bolluca fonoqram oxumusan? Ya ona-buna quyu qazmısan? Çünki yalnız qazdığın quyuların fonunda zirvədə hiss edə bilərsən özünü. Getdiyin verilişlərdə aparıcılar da elə özünün tayıdı. Mənə pul da versələr getmərəm o verilişə.

İndi isə bil və agah ol: Nə olursa olsun, bu dünya durduqca və nə qədər ki, canımda can vurur sən ömrünün sonuna qədər məndən aşağıda olacaqsan. Özünü bir də heç vaxt mənimlə müqayisə etmə. Dabanımın bildiyini sənin başın bilmir. Mən dövlət tədbirlərində oxuyanda sən toylarda onun-bunun qucağında oxuyursan. Mənim əxlaqım, tərbiyəm, mədəniyyətim, şərəfim, ləyaqətim və elmimdən səndə heç vaxt olmayacaq. Oxumaqları ümumiyyətlə, müqayisə etmək olmaz, çünki sən özün özünü təkrar eləməkdən başqa heç nə bacarmırsan.

Təkcə sənətimlə itli-küçüklü hamınızı basdıraram. Sadəcə, özünü sev və özünə hörmət elə, kukla. Mənə sataşma.3 ay kikboksinqlə məşğul olmuşam, məşqçim həmişə deyirdi çiynim töküldü. Belə getsə bir gün əlimdə qalacaqsan. Qorxdun? Zarafat edirəm, ay qız. Mən əlimi hər adama vurmuram, yalnız kuklalara”.

İfaçı qarşı tərəfi onu təkrarlamaqda ittiham edib:

“Ağzını aç sən, gözləyirəm. Nə tənbəl qızsan. Niyə dinmirsən? Öz aramızdı, həqiqi tənbəlləşmisən. Yoruldum özüm özümlə rəqabət aparmaqdan. Son 3 duetim lap məhv eləyib səni. Rok oxumağa başlamısan. 14 il bundan əvvəl elədiklərimi indi edirsən hələ. Bir mənə bax görüm göydə salto vura bilərsən? Honzar qalasına niyə dırmaşmışdın ki? Allah haqqı, elə bilirdim bu saat salto vuracaqsan”.

DİGƏR XƏBƏRLƏR

Saatlı əməkhaqqı ilə bağlı XƏBƏR – Oktyabrın 1-dək…

Saatlı əməkhaqqı ilə bağlı XƏBƏR – Oktyabrın 1-dək…

Son günlər ölkədə aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi, həmçinin minimum əməkhaqqının artırılacağı ilə əlaqadər müzakirələr getməkdədir.…
Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov KİMDİR… – DOSYE

Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov KİMDİR… – DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fərid Seyidov Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilib. Fərid Seyidov…
Xamenei və Paşinyanın görüşündə bu detal diqqət çəkdi – VİDEO

Xamenei və Paşinyanın görüşündə bu detal diqqət çəkdi –…

İbrahim Rəisinin vida mərasimində iştirak üçün İrana gedən Ermənistan Baş naziri Nikol Paşinyanın İranın Ali Dini rəhbəri Əli Xamenei ilə…
Prezident Administrasiyasında yeni təyinat

Prezident Administrasiyasında yeni təyinat

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni təyinat olub. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Fərid Mirmufid oğlu Seyidov Azərbaycan…
DİQQƏT! – Bu yolda hərəkət məhdudlaşdırılacaq – Sabah saat 00:00-dan…

DİQQƏT! – Bu yolda hərəkət məhdudlaşdırılacaq – Sabah saat…

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq sabah saat 00:00-dan 07:00-a…
Məhkəmə Nərgiz Absalamova barəsində qərar verdi

Məhkəmə Nərgiz Absalamova barəsində qərar verdi

Bakı Apellyasiya Məhkəməsi Nərgiz Absalamova barəsində qərar verib. Proses.az report-a istinadən xəbər verir ki, onun ev dustaqlığına buraxılması ilə bağlı…
“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”

“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”

“Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətən naminə Tavuş” hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bütün addımlarını şəxsən izləyir”. Proses.az…
“Şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq” – VİDEO

“Şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq” – VİDEO

Xalq artisti Şeyx Əbdül Mahmudov açıqlaması ilə müzakirələrə səbəb olub.  Proses.az axşam.az-a istinadən xəbər verir ki, rejissor “Gəl, danış” proqramında…
Bacısı da Şəhriyarın fikirlərinə reaksiya verdi: “Qadın bir iş görəndə…” – FOTO

Bacısı da Şəhriyarın fikirlərinə reaksiya verdi: “Qadın bir iş…

Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarova qardaşı, kişi şahmat yığmamızın üzvü Şəhriyar Məmmədyarovun “qadınlar hər sahədə kişilərdən geridədir” fikrinə…
FTB ilə bağlı QALMAQALLI iddia: “Trampı öldürmək üçün “yaşıl işıq” verilib” – FOTO

FTB ilə bağlı QALMAQALLI iddia: “Trampı öldürmək üçün “yaşıl…

“Federal Təhqiqatlar Bürosu (FTB) Trampı Floridadakı evində öldürməyi planlaşdırırdı”. Proses.az oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ Konqresinin…
Erməni milyarderlə toyu baş tutmayan Səbinə Əhmədova yeni sevgilisi ilə görüntüləndi -VİDEO

Erməni milyarderlə toyu baş tutmayan Səbinə Əhmədova yeni sevgilisi…

Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədovanın Moskva Mədəniyyət İdarəsinin keçmiş rəhbəri Sergey Kapkovla münasibətdə olduğu iddia edilib. Proses.az axşam.az-a istinadən xəbər…
Bayraktaroğlu Mirzəyevlə “Nuru Paşa-Şeyxzamanlılar ev-muzeyi”ndə – FOTO

Bayraktaroğlu Mirzəyevlə “Nuru Paşa-Şeyxzamanlılar ev-muzeyi”ndə – FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Türk Kara Kuvvetleri Komandanı, Ordu generalı Selçuk Bayraktaroğlu, zərbaycan Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı,…
İlham Əliyevin sözü Ermənistan parlamentində Azərbaycan dilində səsləndirildi – VİDEO

İlham Əliyevin sözü Ermənistan parlamentində Azərbaycan dilində səsləndirildi –…

Ermənistan parlamentinin iclasında sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyası ilə bağlı qarşıdurma baş verib. Proses.az Publika.az-a istinadla xəbər verir ki, “Ermənistan” fraksiyasından olan…
TƏCİLİ! Polisdən Xankəndidə ƏMƏLİYYAT – silahlı şəxs SAXLANILDI

TƏCİLİ! Polisdən Xankəndidə ƏMƏLİYYAT – silahlı şəxs SAXLANILDI

Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndidə  Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. DİN-in Mətbuat…
Hərbçilərin pensiyası ilə bağlı dəyişiklik

Hərbçilərin pensiyası ilə bağlı dəyişiklik

Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq. Proses.az unikal-a istinadən xəbər verir ki,…