- 17.12.2023 19:14
Qəzzada yaralanan Fransa XİN-in əməkdaşı öldü
Qəzzada ağır yaralanan Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı bu gün vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, dekabrın 13-də İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki iqamətgaha hücumu nəticəsində nazirliyin əməkdaşı ağır yaralanıb. Yaralı fransız bu gün səhər saatlarında ölüb”.
Xatırladaq ki, Qəzzadakı Səhiyyə Nazirliyi İsrail-HƏMAS münaqişəsində 18 800 nəfərin öldüyünü, 51 000 nəfərin isə yaralandığını açıqlayıb.