- 18.12.2023 17:50
Əzizə Mustafazadədən anası Eliza ilə bağlı paylaşım – FOTO
Xalq artisti Əzizə Mustafazadə anası Eliza Mustafazadə ilə bağlı paylaşım edib.
Proses.az xəbər verir ki, o sosial şəbəkə hesabında anasının fotosunu paylaşaraq onu yeni yaşı münasibətilə təbrik edib:
“Sevgili əziz Anam! Allah sənə uzun və xoşbəxt ömür versin! Amin!”.
Xatırladaq ki, Vaqif Mustafazadənin birinci evliliyi ləzgi qızı Nərminə adlı xanımla olub. Bu nikahdan Lalə adlı qızı dünyaya gələn bəstəkar xanımı ilə yollarını bir müddət sonra ayırıb.
Vaqifin ikinci həyat yoldaşı gürcü qızı Eliza olur. Onlar Tbilisidə tanış olublar. Cütlüyün bu evlilikdən Əzizə adlı qızları dünyaya gəlib. Əzizə Mustafazadə, anası Eliza Mustafazadə ilə birlikdə Almaniyada yaşayır.