• 18.12.2023 22:25

Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib – FOTO

Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib – FOTO

Ümumi Yığıncağın Azərbaycan Respublikasının Dövlət Himni ilə açılışı olub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar fəaliyyətinə toxunulub, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mediasiya Şurasının üzvlərinin Ümumi Yığıncağında daha sonra say komissiyası formalaşdırılıb. Mediasiya Şurasının üzvlərinin Ümumi Yığıncağında Şəki 1 saylı mediasiya təşkilatının direktor müavini Rəfail Cabbarov say Komissiyasının sədri, Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov və Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazonov isə say komissiyasının üzvləri kimi səsverməyə qoyularaq yekdilliklə seçiliblər. Daha sonra isə Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağının aparılması üçün Ümumi Yığıncağın sədri Nadir Adilov, katibi isə mediator Səadət İsmayılova səsverməyə qoyularaq yekdilliklə seçilib.

Məlumat verilib ki, Mediasiya Şurasının üzvlərinin İsmayıllı rayonunda yerləşən “Basqal Resort & SPA” Oteldə keçirilən Ümumi Yığıncağında 203 nəfər mediator canlı olaraq, 25 nəfər mediator isə ZOOM platforması üzərindən onlayn şəkildə qoşulub. Mediasiya Şurasının 300 üzvündən ümumilikdə 228 nəfəri Ümumi Yığıncaqda iştirak edib. Mediasiya Şurasının 300 üzvü olduğu nəzərə alındıqda, bu, Mediasiya Şurası üzvlərinin 76 % -i edir.

Beləliklə, Ümumi Yığıncaq fəaliyyətinə legitim əsaslarla başlayaraq Mediasiya Şurası fəaliyyətə başladıqdan 15 dekabr 2023-cü il tarixinədək olan hesabatı dinlənilib. İdarə Heyəti adından Şuranın Nizamnaməsinin 6.26-cı bəndinə əsasən Ümumi Yığıncağa hesabat verən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, Mediasiya Şurası fəaliyyətə başladığı dövrdən bu günədək olan bütün fəaliyyət şəffaf və açıq formada hesabat qismində bütün mediatorların elektron poçt ünvanına və mediatorların votsap qruplarına göndərilmiş və geniş müzakirə edilmişdir. Eyni zamanda o qeyd edib ki, Şuranın fəaliyyəti Kütləvi İnformasiya Vasitələrinin də dəstəyi və diqqəti nəticəsində hər zaman şəffaf əsaslarla işıqlandırılıb. Daha sonra N. Adilov məruzə ilə çıxış edərək Şuranın gördüyü işlər barədə hesabat verərək görülən işləri qeyd edib. Nadir Adilov eyni zamanda qarşıda duran hədəflərə də toxunaraq mediasiya proseslərinin avtomatlaşdırılmasının zəruriliyini qeyd edib. Nadir Adilovun hesabatı dinlənildikdən sonra hesabat səsə qoyulub və mediatorlar tərəfindən yekdilliklə hesabat qəbul edilərək yüksək qiymətləndirilib.
Nadir Adilov Mediasiya Şurasının İdarə Heyətinin və Şuranın fəaliyyətinə verilən yüksək qiymətə görə mediatorlara dərin təşəkkür edib. Ümumi Yığıncaq işini bağlı elan edib. Tədbirin ikinci rəsmi hissəsində qonaqlar çıxış edib.

Ümumi Yığıncaq başa çatdıqdan sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov çıxış edərək Vəkillər Kollegiyası və Mediasiya Şurası arasında olan səmərəli əməkdaşlığı qeyd edib. Eyni zamanda Ümumi Yığıncağın yüksək notlarla bitməsi ilə əlaqədar Türkiyə Cumhuriyyəti Arabuluculuk Dairə Bakanlığının İdarə Heyətinin üzvü, mediator, vəkil Yakup Erikel çıxış edərək təbriklərini çatdırıb, Mediasiya Şurasının nümayəndələrinin Ankaraya olan səfərinə toxunub və qarşıda duran Türk Dünyası Mediatorlarının Birliyinin yaradılması məsələlərini qeyd edib.

Daha sonra isə Mediasiya Şurası komitələri adından çıxış edən Mediasiya Şurası Etika Komitəsinin sədri, Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova Şuranın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib və Şurada formalaşdırlan korporativ idarəetmənin yüksək səviyyədə qeyd olunduğunu bildirib. O eyni zamanda Şuranın fəaliyyətini və Nadir Adilov tərəfindən təqdim edilən Mediasiya Şurasının hesabatını yüksək qiymətləndirib və Şurada fəaliyyət göstərən Komitələrin fəaliyyətinə toxunub və yeni yaradılacaq Komitələrin də fəaliyytinin zəruriliyini qeyd edib.

Daha sonra çıxış edən AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Vəkillər və mediatorların tədrisi fakultəsinin dekan müavini, kiçik ədliyyə müşaviri, mediator Günel Sadıqova Mediasiya Şurasının təlim qurumu kimi üzvü olan Ədliyyə Akademiyası tərəfindən mediatorların hazırlığı üzrə görülmüş işlər və keçirilmiş təlimlər barədə hesabat verib və Mediasiya Şurasının hesabatına yüksək qiymət verib.

Bununla da tədbirin rəsmi hissəsi başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Culfada 21 yaşlı hamilənin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Culfada 21 yaşlı hamilənin ölümü ilə bağlı cinayət işi…

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon Prokurorluğuna…
“O balla inəyi öldürəcəklər” – Məleykə Abbaszadə iradı maraqlı formada cavablandırdı

“O balla inəyi öldürəcəklər” – Məleykə Abbaszadə iradı maraqlı…

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin bugünkü çıxışı maraqla qarşılanıb. Sədr ali təhsil müəssisələrinə ötənilki qəbul imtahanının nəticələri…
ABŞ-də yaşayan azərbaycanlı aparıcı: “Həyat çox qısadır…” – FOTO

ABŞ-də yaşayan azərbaycanlı aparıcı: “Həyat çox qısadır…” – FOTO

ABŞ-də yaşayan keçmiş aparıcı Günel Musəvi artıq çəkisi olmasını tənqid edənlərə cavab verib. O, paxlava bişirdiyi anların görüntüsünü yayıb. Günel…
Gözəllər gözəli model İngiltərə nəhənginin ulduzunu atıb GETDİ – FOTOLAR

Gözəllər gözəli model İngiltərə nəhənginin ulduzunu atıb GETDİ –…

“Çelsi”nin 22 yaşlı hücumçusu Liam Delap və 25 yaşlı model və influenser Lianne Pol münasibətlərinə son qoyub. Milli.Az-ın xəbərinə görə,…
Torpaq sahələri ilə bağlı vacib YENİLİK

Torpaq sahələri ilə bağlı vacib YENİLİK

Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarında dəyişiklik edilir. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə…
Ulduz futbolçu bu qızla EVLƏNDİ: gözəlliyi ilə “göz oxşadı” – FOTOLAR

Ulduz futbolçu bu qızla EVLƏNDİ: gözəlliyi ilə “göz oxşadı”…

Timo Verneri itirdiniz? Almaniya millisinin keçmiş hücumçusu 2022-ci ildə “RB Leipsiq”ə qayıdıb və 2024-cü ilin yanvarında gözlənilmədən kuboku – Avropa…
Rusiyanın xalq artisti vəfat etdi – FOTO

Rusiyanın xalq artisti vəfat etdi – FOTO

Rusiyanın xalq artisti Aleksandr Mitta 92 yaşında vəfat edib Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İyunun 30-da…
Həbsdə olan Təranədən XƏBƏR VAR

Həbsdə olan Təranədən XƏBƏR VAR

Prodüser Təranə Səmədovanın qızı Suelin atası Abbas Səfərov onunla bağlı şikayətini geri çəkib. Bu barədə “Təsir dairəsi” verilişində məlumat verilib.…
Hamilə aktrisa ərindən ayrılır – FOTO

Hamilə aktrisa ərindən ayrılır – FOTO

Türkiyəli məşhur aktrisa İrem Helvacıoğlu həyat yoldaşından ayrılır. Milli.Az xəbər verir ki, türk mediasında yer alan xəbərə görə hamilə olan Helvacıoğlu ötən il…
Zibil kimi atırdıq, indi kiloqramı 128 manatadır

Zibil kimi atırdıq, indi kiloqramı 128 manatadır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün “təbiətin super qidası” kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə…
“Qızlar əncir yarpağında çölə çıxsalar, daha abırlıdır”

“Qızlar əncir yarpağında çölə çıxsalar, daha abırlıdır”

Xalq artisti Afaq Bəşirqızı diqqət çəkən açıqlamalar verib. Yutubda yayımlanan verilişə danışan aktrisa mentalitetə toxunaraq qızların geyimini hədəf alıb: “Mentaliltet…
Efirdə müğənnilər “qırğına çıxdı” – Mikrafonlar SÖNDÜRÜLDÜ – VİDEO

Efirdə müğənnilər “qırğına çıxdı” – Mikrafonlar SÖNDÜRÜLDÜ – VİDEO

“Rəngarəng” verilişində gərgin anlar yaşanıb. Canlı efirin qonağı olan müğənni Dənizlə həmkarının sözləri çəp gəlib. Bir-birinin sözləri boğazından keçməyən sənətçilər…
Azərbaycanlı bloqer Rusiyada axtarışa verildi

Azərbaycanlı bloqer Rusiyada axtarışa verildi

Azərbaycan əsilli bloqer Subo (Sübhan Məmmədov) Rusiyada axtarışa verilib. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinon…
DTX əməliyyat keçirdi – həbs olunan var

DTX əməliyyat keçirdi – həbs olunan var

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad…
Tanınmış tiktoker qaydaları yenidən pozdu – Video

Tanınmış tiktoker qaydaları yenidən pozdu – Video

“TikTok”da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nailə Nəcəfli yol hərəkəti qaydalarını ciddi şəkildə pozub. O, idarəetmə zamanı qeyri-ciddi…