- 20.12.2023 08:53
Bakıda QANLI GECƏ: dava düşdü, yeznə qaynını…
Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Proses.az report.az-a istinadən xəbər verir ki, hadisə Zığ qəsəbəsində qohumlar arasında düşən dava zamanı qeydə alınıb.
Belə ki, yeznəsi tərəfindən baş nahiyəsindən daşla vurulan 1976-cı il təvəllüdlü Əlirzayev Elnur Əlirza oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş yara və hematoma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.