• 20.12.2023 09:13

Paşinyanla Putinin Bakıya görə “qırmızı xətt” davası – Açıq qarşıdurma başladı

Paşinyanla Putinin Bakıya görə “qırmızı xətt” davası – Açıq qarşıdurma başladı

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin “Qarabağın Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb” sözlərinə cavab verib və Moskvanı sərt şəkildə tənqid edib.

Publika.az xəbər verir ki, Paşinyan Putinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu haqda əvvəlki bəyanatlarını, eləcə də Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqda sənədləri xatırladıb.

Daha sonra 2021-ci ildən etibarən sərhəddə baş verən toqquşmalar zamanı Rusiya və KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyini, Ermənistanı “müdafiəsiz” qoyduğunu bildirib.

“Biz deyirik ki, KTMT-nin məsuliyyət zonasını düzəldin. Ermənistan KTMT-nin üzvüdür, hə? Ermənistan Respublikası KTMT-nin məsuliyyət zonasıdır, dəqiləşdirin, o məsuliyyət zonası nədir? Çünki bizdə elə vəziyyət yaranıb ki, həmin məsuliyyət zonası pozulub, biz bu anlayışı irəli sürmüşük. Bizim müqavilələrimizin əsası ondan ibarət idi ki, Ermənistanın suveren ərazisi KTMT və Rusiya üçün “qırmızı xətdir”. “Qırmızı xətt” pozulub deyirik, deyirlər xeyr, pozulmayıb. Deyirik ki, yaxşı: bu kağız, bu da qələm, dediyiniz “qırmızı xətti” çəkin, göstərin haradan keçdiyini? Deyirlər ki, biz bunu çəkə bilmərik. Bu o deməkdir ki, Ermənistanda “qırmızı xəttiniz” yoxdur”, – erməni baş nazir bildirib.

Nikolun Ermənistan İctimai televiziyasına verdiyi müsahibənin əsas notları Rusiyanın ittihamına yönəlib, xüsusilə Moskvadan İrəvana ünvanlanan tənqidlərə cavab xarakteri daşıyır və sərtliyi ilə seçilir. Erməni baş nazirin Moskvanı indi – Rusiyaya səfərdən öncə tənqid etməsi diqqət çəkir. Dekabrın 25-26-sı tarixlərində Paşinyan Avrasiya İqtisadi İttifaqı və MDB iclaslarında iştirak etmək üçün Sankt-Peterburqa gedəcək. Bu, Moskva-İrəvan gərginliyi fonunda uzun müddətdir Rusiyaya səfərdən imtina edən erməni baş nazirin ilk səfəridir və səfər zamanı qeyri-rəsmi təmaslarda Paşinyandan anti-Rusiya siyasətinin səbəbləri haqda da soruşacaqlar. Bu baxımdan, onun səfərdən öncə Rusiyanı ittiham edən açıqlamalar verməsi suallar yaradır. Mümkündür ki, Nikol bununla özünəməxsus formada manevrlər edir: bir tərəfdən Sankt-Peterburqa səfəri öncəsi Qərbə hələ də anti-Rusiya mövqeyinə sadiqliyini nümayiş etdirir, digər tərəfdən, erməni ictimai rəyini Rusiyaya qarşı kökləməklə Sankt-Peterburqda əlini gücləndirmək gedişi edir;

Baş verənlər Moskva-İrəvan xəttindəki gərginliyin Putin-Paşinyan səviyyəsində açıq qarşıdurmaya keçdiyini deməyə əsas verir.

DİGƏR XƏBƏRLƏR

“Tarqovi”da qızın küçədə rəqsi gündəm oldu – VİDEO

“Tarqovi”da qızın küçədə rəqsi gündəm oldu – VİDEO

Bakının mərkəzində rəqs edən qız gündəm olub. Milli.Az xəbər verir ki, Fəvvarələr meydanında qız küçə musiqiçisinin müşaiyəti altında rəqs edib.…
“Banu”nun Güneli illər sonra üzə çıxdı – paylaşımı ürək sızlatdı – VİDEO

“Banu”nun Güneli illər sonra üzə çıxdı – paylaşımı ürək…

“Banu” verilişi ilə tanınan aparıcı Günel Həsənzadə TikTok paylaşımı ilə diqqət çəkib. Proses.az olay-a istinadən xəbər verir ki, o, məyus…
Zaur efirdə aktrisanın sinəsini yoxladı – VİDEO

Zaur efirdə aktrisanın sinəsini yoxladı – VİDEO

ARB televiziyasında nümayiş olunan “Həmin Zaur” verilişində qəribə anlar yaşanıb. Proses.az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal aparatla aktrisanın…
Türkiyədə baş verən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Türkiyədə baş verən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Türkiyənin Bursa şəhərində sürətlə hərəkət edən minik maşını ictimai nəqliyyat vasitəsinə çırpılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, hadisə anbaan…
Aygün hamının içində Namiqi pərt etdi – “Məni xoşbəxt edə bilmədin” – VİDEO

Aygün hamının içində Namiqi pərt etdi – “Məni xoşbəxt…

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun maraqlı videosu yayılıb. Proses.az olay-a istinadən xəbər verir ki, məclislərin birində Namiq…
Tağı Əhmədovun toydan yeni görüntüsü – VİDEO

Tağı Əhmədovun toydan yeni görüntüsü – VİDEO

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun yeni görüntüsü yayılıb. Proses.az Globalinfo.az-a istinadən xəbər verir ki, görüntülərdə Tağı Əhmədovla yanaşı…
“Son zəng”də müəllimin bu addımı maraq doğurdu – VİDEO

“Son zəng”də müəllimin bu addımı maraq doğurdu – VİDEO

Azərbaycanda müəllimin “Son zəng”də atdığı addım maraqla qarşılanıb. Proses.az metbuat.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.…
Polis avtomobilinin iştirakı ilə qəza baş verib – FOTO

Polis avtomobilinin iştirakı ilə qəza baş verib – FOTO

Bakı şəhəri, Binəqədi şossesində, “Banuçiçək” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi olub. Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə post-patrul xidmətinin…
Nikol, üzr istəyirəm, sən iyrənc adamsan – Batya

Nikol, üzr istəyirəm, sən iyrənc adamsan – Batya

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanın ittihamlarına cavab verib. Proses.az Globalinfo.az-a istinadla xəbər verir ki, jurnalistlərin “Paşinyandan…
Qurban Qurbanovla Fernandu Santuşun FƏRQİ

Qurban Qurbanovla Fernandu Santuşun FƏRQİ

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb. Proses.az İdman.Biz-ə istinadən bildirir ki, cədvəldə planetin 500 ən yaxşı mütəxəssisi yer…
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Proses.az-a verilən xəbərə görə, iyunun 17-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında…
“Sürət həddini endirdilər, artıq hər dəqiqə tıxac var”

“Sürət həddini endirdilər, artıq hər dəqiqə tıxac var”

Aktyor Elxan Rəsulov Ziyan Bünyadov (Dərnəgül şossesi) prospektindəki tıxacdan şikayətlənib. Proses.az axşam.az-a istinadən bildirir ki, avtomobildə olarkən həmin yoldan video…
Tanınmış jurnalist insult keçirdi: Vəziyyəti ağırdır

Tanınmış jurnalist insult keçirdi: Vəziyyəti ağırdır

Tanınmış jurnalist Sərxan Kamal insult keçirib. Oxu.Az bildirir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar. O, hazırda Xətai Tibb…
Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

2015-ci ildə sərhədi qanunsuz keçərək Almaniyaya gedən jurnalist Şirin Abbasov (Tire) ötən gün Azərbaycana qayıdıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə,…
Azərbaycanda 240 min dollarlıq cinayət: Polis hərəkətə keçdi

Azərbaycanda 240 min dollarlıq cinayət: Polis hərəkətə keçdi

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb. Proses.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi…