- 21.12.2023 08:56
Tarixi oyun: Bu gün Xankəndidə “Qarabağ” – MOİK qarşılaşması keçiriləcək
Bu gün Xankəndi şəhərində tarixi oyun keçiriləcək.
Proses.az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyunu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək. “Qarabağ” MOİK-lə üz-üzə gələcək.
Xankəndi stadionunda reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu yüzlərlə tamaşaçı stadiondan canlı izləyəcək.
Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (“Turan Tovuz”) arasında olub.
Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib.