• 21.12.2023 09:39

İş adamlarını soyan azərbaycanlı quldur: Pulları uşaq evlərinə göndərirmiş

İş adamlarını soyan azərbaycanlı quldur: Pulları uşaq evlərinə göndərirmiş

O illər 51 yaşlı Tacikistan vətəndaşı Orifjon Sattarovun başçılıq etdiyi qanqster dəstəsi Yekaterinburqa qan uddururdu. Həm Yekaterinburq şəhər, həm də ümumiyyətlə Sverdlovsk vilayət polisi, xüsusi xidmət orqanları mütəmadi baş verən quldurluq hadisələrinin izinə düşə bilmirdilər. Vəziyyət o həddə çatmışdı ki, dəstə üzvləri günün günorta vaxtı belə bu və ya digər biznes obyektinə, ayrı-ayrı iş adamlarına hücum edib onları qarət etməkdən çəkinmirdilər.

Proses.az bizimlider.az-a istinadən bildirir ki, Orifjon 1991-ci ildə Rusiyaya gəlmişdi. 90-ların sonunda isə bu ölkənin vətəndaşlığını almışdı. O, müxtəlif yerlərdə fəhlə kimi çalışır, bəzən də ev təmiri ilə məşğul olurdu. Amma zaman keçdikcə işin ağırlığı və bunu da müqabilində qazancın az olması onu bezdirməyə başlayır. Zaman keçdikcə Moskvadakı məscidlərə üz tutur. Orada müəyyən adamlarla tanış olur, qısa müddətdə radikal dindarların diqqətini də cəlb etməyə başlayır.

Bir müddət sonra Orifjon artıq radikal dini kəsimin etibarını qazana bilmişdi. Onunla hesablaşır, ehtiram göstərirdilər. Səttarov ətrafına xeyli adamı da yığa bilmişdi…

Yaxın Şərqdə dini radikalların fəallaşması regiona da öz təsirini göstərməkdəydi. Biz burada siyasət, geopolitika mövzusuna qayıtmırıq. Söhbət ondan gedir ki, məhz “Əl- Qaidə” və daha sonra İŞİD kimi terrorçu qurumlar region ölkələri, xüsusilə əhalisinin bir hissəsi müsəlman olan Rusiyada da fəaliyyətlərini genişləndirməkdəydilər.

Belə bir zamanda İŞİD emissarları Orifjona çıxırlar, onu sıralarına qata bilirlər. Sattarov onlarla tez anlaşır. Onun qarşısında isə belə bir vəzifə qoyulmuşdu: necə deyərlər, çap, tala, vur-öldür, amma mütləq İŞİD-ə pul göndər.

Tezliklə, Orifjon ətrafına əməlli başlı dəstə toplaya bilir. Dəstədə dağıstanlılar, taciklər, özbəklər, hətta rus millətindən olan Georgi Proxur da vardı. Dəstəyə 4 Azərbaycan vətəndaşı da qoşulmuşdu. Onlardan biri də Raqib Hüseynov idi.

Raqib Yekaterinburqda yaşayırdı. Ailəli, 3 uşaq atasıydı. Qonşular onu başıaşağı, ailəcanlı bir adam kimi tanıyırdılar. Şəhərdə xırda ticarətlə məşğul idi. Orifjonla ilə elə bu şəhərdə tanış olmuşdular. Bu o zaman idi ki, tacik və dəstəsi Moskvanı Yekaterinburqa dəyişmişdilər.

Orifjon Raqibə dəstədə sürücülük təklif edir. Onların Yekaterinburqla ilk necə deyərlər, əməliyyatı bu şəhərdəki “Taqanksi ryad” ticarət mərkəzində bir neçə mağazası olan Çin vətəndaşı Van Xun olur.

Onun avtomobilinə basqın edən quldurlar Xunun 13 milyon rublunu aparırlar. Bundan sonra Martirosyan qardaşlarına hücum edirlər. Amma bu əməliyyat uğursuz olur.

Çox keçmir ki, qırğız iş adamının obyektinə soxulurlar. Onun ofisindən 7,5 milyon rublu qarət edirlər. Bir dəfə isə quldurlar Yekaterinburqun “Koltsovo” aeroportunda daha bir Çin vətəndaşının izinə düşürlər. Onun üzərindəki bir milyon rublu alıb aradan çıxa bilirlər. Amma bu məbləğ dəstə başçısı Orifjonu qane etmirdi.

O, öz quldurlarına tapşırır ki, kiçik məbləğlərlə baş qoşmasınlar, daha böyük pullarla bağlı informasiya yığsınlar.

Və belə bir ova rast gəlirlər. “KIA Sorento” markalı maşında iş adamlarından birinin 20 milyon rubl daşıdığını eşidirlər. Dərhal da hərəkətə keçib onu qarət edirlər.

Bu yerdə bir maraqlı xatırlatma. Ardıcıl uğurlu qarətlərdən sonra elə Orifjon özü başda olmaqla dəstə üzvləri İŞİD-lə əlaqələri kəsmək qərarına gəlirlər. Daha yaxın Şərqə, müəmmalı hesablara pul göndərilmir. Qarət edilən bütün pullar isə onların öz aralarında bölünür. Dəstə daha bir neçə iri məbləğli qarətə əl atır. Amma bir təsadüf polisin onların izinə düşməsinə səbəb olur.

Orifjon aeroportun kameralarına düşmüşdü. Tezliklə polis onu həbs edə bilir. Tacik banda başçısı dəstə üzvlərindən heç birinin adını vermir. Bütün cinayətləri özünü törətdiyini deyir. Hüquq-mühafizə orqanlarında isə təbii ki ona inanmırlar.

O ki qaldı dəstə üzvlərinə, onlar bir müddət sakit dayanırlar. Demək olar ki, yaşadıqları mənzilləri belə tərk etmirlər. Amma bir-biriylə telefon vasitəsiylə əlaqə saxlayırlar. Günlərin bir günü Raqib dəstə üzvlərini hər birinə ayrılıqda zəng edib bildirir ki, artıq bu işləri bitirmənin zamanıdır. Sonuncu əməliyyata gedəcəklər, vəssalam.

Aradakı pulları bölüşdürdükdən sonra isə, hərə öz evinə, yəni vətəninə üz tutacaq. Raqib hətta Bakıya bilet də alır.

… 2019-cu il noyabrın 21-də onlara xəbər çatır ki, Yekaterinburqda pal-paltar alveriylə məşğul olan qırğız iş adamı vətəninə 37 milyon rubl göndərəcək. İş Adamı avtomobilini saxlayan kimi, quldurlar dərhal onu mühasirəyə alırlar. Raqib onu qorxutmaq üçün tapançadan 7 dəfə atəş açır. Digər dəstə üzvləri isə onun pulla dolu çemodanı götürüb aradan çıxırlar.

Onlar təhlükəsiz bir yerə çatandan sonra idarə etdikləri maşını yandırırlar. Qəniməti isə öz aralarında bərabər bölürlər. Artıq vətən qayıtmağa sayılı günlər qalmışdı.

Bu qarətdən sonra artıq Moskvadan belə ən yaxşı kriminalistlər Uralın paytaxtına, Yekaterinburqa ezam olunurlar. Quldurların vilayətdə at oynatması nazirin belə diqqətindəydi. Raqibin vətənə qayıtmasına bir gün qalmış onun izinə düşürlər. Həm o, həm də dəstənin bütün üzvləri həbs edilir. Dindirilmə zamanı Raqib Hüseynov törətdiyi əməlləri boynuna alır. İstintaqla səmimi əməkdaşlıq edir.

Saysız-hesabsız quldurluğa görə – çoxu da odlu silah işlədilməklə törədilmişdi – Raqibi ən yaxşı halda 15 il həbs cəzası gözləyirdi. Məhkəmə istintaqı uzun çəkir. Onlarla şahid, zərərçəkən dindirilir. Və bir gün, məhkəmə iclaslarının birində istintaq materiallarını vərəqləyən hakim oxuduqlarından şoka düşür. Rəngi tutulur, gözləri yaşarır. Hə, özünü saxlaya bilmir. Materiallarda vilayətində fəaliyyət göstərən, “Uşaq evləri məzunları birliyi” və “Bizim vilayətin uşaqları” cəmiyyətlərinin rəsmilərinin ifadələri var idi. Sən demə, bu illər ərzində Raqib neçə-neçə qarətdən sonra ona çatan payın böyük əksəriyyətini uşaq evlərinə göndərirmiş. Və özü də təkcə hesaba da yox. O evlərdəki uşaqlara bayramlarda müxtəlif hədiyyələr, məişət texnikası da alırmış.

Məhkəmə ona xeyli yüngül cəza kəsir: vur-tut 8 il. Bu cəzanın iki ili isə artıq arxada qalıb. 6 ildən sonra Raqib azadlığa çıxır. Film kimi bir həyat.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…