- 21.12.2023 14:00
Xankəndidə “Qarabağ” və “MOİK” matçı başladı – CANLI YAYIM
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda “Qarabağ” və MOİK oyunu başladı.
Medianews.az Xankəndiyə ezam olunmuş əməkdaşlarının məlumatına görə, komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxıblar.
“Qarabağ”: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.
Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.
Baş məşqçi: Qurban Qurbanov.
MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə.
Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.
Baş məşqçi: Qəzənfər Abbasov.
Qeyd edək ki, oyundan öncə Ulu öndər Heydər Əliyevin gənclərə idmanla bağlı tövsiyəsi video formasında nümayiş olunub.