- 23.12.2023 10:27
Vətən müharibəsi iştirakçısı vəfat etdi
Vətən müharibəsi iştirakçısı olan Fərid Kərimli bu gün dünyasını dəyişib.
Proses.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
Belə ki, 1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub.
Qeyd edək ki, F. Kərimli “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.