• 24.12.2023 17:40

Bizi Xalq edən lider – Bütöv Azərbaycanın tək Prezidentinə təbrik əvəzi!

Bizi Xalq edən lider – Bütöv Azərbaycanın tək Prezidentinə təbrik əvəzi!

Bu gün Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür. Prezidentin 62 yaşı tamam olur.

Azərbaycanın dövlətçilik tarixinə nəzər salsaq görərik ki, bu gün Azərbaycan öz iqtisadi və hərbi tarixinin ən güclü inkişaf dövrünü yaşayır. Təkcə son 200 illik tariximizə nəzər salsaq, çox şey aydın olar. Son 200 il ərzində qonşu dövlətlər tərəfindən istilalara, işğallara məruz qalan Azərbaycan hər müharibənin, hər müqavilənin sonunda torpaq itirib, ərazilərinin bir hissəsindən məhrum olub. Yalnız XXI əsr dünya hərb tarixində ən yenilikçi muharibələrindən hesab olunan, 2020-ci ildə baş vermiş, cəmi 44 gün davam edən Vətən Müharibəsi nəticəsində biz bu tilsimi qıra bildik. Ali Baş Komandan, ordu və xalq bir yumruq kimi birləşib düşməni məhv etdik, onları bir daha baş qaldıra bilməyəcəkləri duruma saldıq. 2023-cü ildə isə cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində torpaqlarımızda özlərini dövlət adlandıran terrorçular ordumuzun və Ali Baş Komandanımızın qətiyyəti qarşısında ağ bayraq qaldırdı.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Bütün bunlar İlham Əliyevin mahir siyasətinin, uzaqgörənliyinin, səbrinin və dəyanətinin nəticəsi idi. İlham Əliyev dəfələrlə çıxışlarında deyirdi ki, nəyi nə zaman etmək lazımdır mən bilirəm. Dedi və etdi. Ən doğru zamanda ən doğru qərarları verərək 200 illik məğlubiyyət tilsimini qırdı. 1923-cü ildən Qarabağda Sovet hakimiyyəti sayəsində muxtar status əldə edən, 1988-ci ildən isə yenə də sovetlərin köməkliyi ilə azərbaycanlıları öz doğma torpaqlarından didərgin salan, Xocalı soyqırımı kimi dəhşətli hadisəni bizə yaşadan erməni terrorçularından qisasımız onun əvəzolunmaz rəhbərliyi altında alındı. Bu gün xalqımızın alnı açıq, başı ucadır. Biz qalib xalqıq, biz XXI-ci əsrdə öz torpaqlarını 30 illik işğaldan azad edə bilən yeganə xalqıq. Dünyada 2-ci belə bir xalq yoxdur ki, bütün qərb ölkələrinin basqılarına baxmayaraq, məqsədindən bir addım da geri çəkilməsin, düşmənin başını əzib torpaqlarını azad etsin. Çünki xalqın komandanı nəyi etdiyini yaxşı bilirdi, bilirdi ki, o, haqq yolundadır. Həm də bu haqq yolunda onun arxasında 10 milyonluq Azərbaycan xalqı var. Bu xalq da öz liderinin arxasınca ölümə də getməyə hazırdır. Xalq liderinə, lider də xalqına güvənib inamla, sona qədər getdi.

İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

İlham Əliyevin qətiyyəti təkcə hərbi sahəylə kifayətlənmir. O hələ 20 il əvvəl prezident seçildikdən sonra xalqa verdiyi bütün vədləri yerinə yetirib. 20 il ərzində Azərbaycan misilsiz inkişaf yolunu qət edib. Azərbaycanın iqtisadiyyatı cəmi 20 il ərzində bəlkə də 50 illik bir inkişaf yolu keçib. İnsanların rifah halı dəfələrlə yaxşılaşıb. Ümumi daxili məhsulun həcmi dəfələrlə artıb. Azərbaycan bölgədə söz sahibinə çevrilib. Bütün regional layihələr Azərbaycanın iştirakı və ya vasitəçiliyi ilə gerçəkləşir. Bu gün Azərbaycan ordusu dünyanın ən muasir orduları ilə bir cərgədə dayanır. Vətən Müharibəsində həyata keçirdiyimiz hərbi üsullar bu gün dünya ordularında tədris materialı kimi istifadə olunur. Azərbaycan artıq dünya ölkələrinə silah ixrac edən bir ölkəyə çevrilib. İlham Əliyevin uzaqgörənliyi nəticəsində ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Çoxşaxəli fəaliyyəti nəticəsində sağlam, müasir, vətənpərvər gənclik modeli formalaşdırılıb. Heç təsadüfü deyil ki, İlham Əliyevin prezidentlik dövründə yetişən gənclər 44 günlük Vətən Müharibəsi dövründə böyük şücaət, qəhrəmanlıq göstərərək böyük Zəfərdə böyük pay sahibi oldu.

Prezident İlham Əliyev - hadisələrin axarını dəyişməyə qadir olan Lider  VİDEO - AZƏRTAC

İndi bütün gənclərimiz, xalqımız ətrafında sıx birləşdiyi lideri vasitəsilə qələbə ruhunun, haqq mübarizəsinin nəticələrini dünyaya bəyan edir. Fəaliyyətinin 20-ci ildönümü ərəfəsində şanlı bayrağımızı Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərdə ucaldan Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımızı bir daha qürurlandırdı, gənclərə müdriklik , qətiyyət, liderlik keyfiyyətləri aşıladı. İDüşünürük ki, bu uğur siyahısını günlərlə sadalasaq bitməz. XXI əsr siyasətçiləri arasında İlham Əliyev kimi uğurlu, xalqını sevən və xalqının əbədi sevgisini qazanan 2-ci bir lider tapmaq da çətindir. O,artıq Azərbaycan xalqının əbədi lideri kimi tarixə həkk olunub. Bütün bunlara görə də İlham Əliyevi əsrin lideri adlandırmaq olar. Biz də Proses.az kollektivi olaraq Ali Baş Komandanı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona bu çətin və şərəfli missiyasında uğurlar arzulayırıq. Doğum gününüz mübarək Azərbaycanın əbədi lideri.

Rəhman Bayramov,
Proses.az-ın direktoru

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…