• 24.12.2023 18:12

İlham Əliyev bu kəndlərin təməlini qoydu – Görüntülər

İlham Əliyev bu kəndlərin təməlini qoydu – Görüntülər

Xəbər verdiyimiz kimi,bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.

Proses.az xəbər verir ki, səfər çərçivəsində İlham Əliyev Ağdam rayonunun Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin təməlini qoyub.

Dövlət başçısına kəndlərdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Qiyaslı kəndinin ümumi ərazisi 400 hektara yaxındır. Bu kənddə 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək.

Qeyd olunub ki, Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Ağdam rayonunun Salahlı Kəngərli kəndi kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır.

Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali müxtəlif təyinatlı obyektlərdə və kənd təsərrüfatı sahələrində işlə təmin olunacaqlar. Bu kənddə 480 şagird yerlik məktəb, 80 yerlik isə uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.

Prezidentə Ağdam rayonunun Baş Qərvənd kəndi barədə də məlumat verilib. Bildirilib ki, kəndin ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub.

Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin – 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…