- 25.12.2023 15:36
Dekabrın 27-si ilə bağlı XƏBƏRDARLIQ
Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir.
Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən xəbərə görə, 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və onun dekabrın 27-də Yerə çatacağı gözlənilir.
Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var.
Sonra isə geomaqnit sahəsinin sakitləşəcəyi proqnozlaşdırılır.