• 02.01.2024 17:53

Pensiya yaşı ilə bağlı mühüm DƏYİŞİKLİK: Azərbaycanda 2024-cü ildə…

Pensiya yaşı ilə bağlı mühüm DƏYİŞİKLİK: Azərbaycanda 2024-cü ildə…

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaşı 2024-cü ildə daha 6 ay artırılacaq.

Sfera.az xəbər verir ki, hazırda qadınlar yaşlarının 63 il 6 ayında pensiyaya çıxa bilir.

2024-cü ilin iyulun 1-dən pensiyaya çıxmaq istəyən qadınlardan 64 yaşının olması tələb ediləcək. Qanuna əsasən, qadınlar 2024-cü ilin iyulun 1-dən 2025-ci ilin iyunun 30-na kimi 64 yaşında pensiyaya çıxa biləcək.

Yaşı uyğun gələn şəxslərin pensiyaya çıxa bilməsi üçün iki şərtdən biri ödənilməlidir. Pensiya yaşına çatan şəxslərin ya pensiya kapitalı minimum pensiya kapitalından (hazırda 40 320 manatdır – red.) çox olmalı, ya da ən azı 25 il sığorta stajına sahib olmalıdırlar.

Pensiya kapitalı anlayışı iki hissədən – fərdi uçot sistemində yığılan pensiya kapitalından və güzəşt müddətinə görə hesablanan əlavə pensiya kapitalından ibarətdir.
Təsəvvür edək ki, 64 yaşı olan bir qadının fərdi hesabında 50 min manat, yəni tələb olunandan çox pensiya kapitalı var. Bu kapitala görə pensiya 347,22 manat olur. Amma şəxsin 2006-2018-ci ilin iyulun 1-nə qədər də pensiya kapitalı olubsa, həmin şəxsə əlavə 21 il staj hesablanacaq. Mövcud qaydalara əsasən əlavə stajların hər ilinə görə 306 manat (bu məbləğ inflyasiyaya uyğun olaraq hər il artırılır – red.) pensiya kapitalı hesablanır. Əlavə staja görə kapital da hesablandıqda pensiya yaşına çatan bu şəxsin pensiyası 347,22 manat yox, 388,16 manat təşkil edəcək.

Qeyd edək ki, 2024-cü ildə pensiyaya çıxanlar üçün əlavə staj 21 ildir və hər il əlavə staj bir il azaldılır.

İkinci halda, yəni pensiya yaşına çatdıqda lazımi qədər kapital olmadıqda staja baxılır. Məsələn, pensiya yaşına çatan şəxsin 30 min manat pensiya kapitalı var. Onun kapitalı minimum tələbdən 10 320 manat azdır. Amma həmin şəxsin kapitalının bir hissəsi 2018-ci ilin iyulun 1-nə qədər toplanıb, həmçinin 2018-2024-cü illərdə onun ən azı 4 il stajı var. Bu halda ona 21 il əlavə staj verilir və ümumi staj 25 il təşkil edir. Deməli, həmin şəxs staja görə pensiyaya çıxa bilir və onun pensiyası 316,5 manat olur.

Bu nümunədə fərdi hesabdakı kapital 30 min manatdan az olarsa, təyin edilən pensiya da azalır. Lakin azalan məbləğ 280 manatdan, yəni minimum pensiyadan az ola bilməz.

Əgər fərdi hesabda toplanan kapital minimum kapitaldan azdırsa, həmçinin 2018-ci ilin iyulun 1-nə qədər pensiya kapitalı toplanmayıbsa, onda həmin şəxs pensiyaya çıxa bilmir və ona yaşa görə müavinət verilir. Hazırda onun məbləği 220 manatdır.

Onu da bildirək ki, qadınların pensiya yaşının artırılması yaşa görə pensiyaya çıxanların sayının azalmasına səbəb olacaq. 2019-cu ildə yaşa görə 742 min insan pensiya alırdı. Bunun 466,8 min nəfəri qadınlar idi. 2023-cü ilin əvvəlində yaşa görə pensiya alanların sayı 696 min nəfərə, qadın pensiyaçıların sayı isə 404,5 min nəfərə enib. Ehtimal ki, pensiya yaşının artırılmasından sonra qadınlar arasında yaşa görə pensiya alanların sayı bir qədər də azalacaq.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…