- 04.01.2024 12:06
Sevil Gəncə terrorunda onu xilas edən oğlanla ailə qurdu – VİDEO
Dünən Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyu olub.
Proses.az “Baku TV”yə istinadən xəbər verir ki, məclis Gəncədəki restoranların keçirilib.
Sevil nişanlısı Talış bəylə ailə qurub.
Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır.