• 06.01.2024 16:18

Azərbaycanlı seysmoloqdan qorxunc zəlzələ açıqlaması: 2024-cü ildə…

Azərbaycanlı seysmoloqdan qorxunc zəlzələ açıqlaması: 2024-cü ildə…

2023-cü il istər dünyada, istərsə də ölkəmizdə baş verən zəlzələlərlə yadda qaldı. İlin əvvəlində qardaş ölkə Türkiyədə yaşanan dağıdıcı zəlzələ, daha sonra Xəzər dənizində yaşanan titrəyişlərin paytaxt Bakıya və bölgələrə təsiri, həmçinin İran, Suriya və bir sıra ölkələrdəki güclü yeraltı təkanlar hər kəsi təşvişə saldı. Yeni ilin ilk günlərində isə Yaponiyadakı 7,4 ballıq güclü zəlzələ dünyaya səs saldı. Yaşanan hadisələr insanlarda bir sual yaradır: bu il yenidən güclü və dağıdıcı təkanlar baş verəcəkmi?

Proses.az xəbər verir ki, bununla bağlı “Yeni Sabah”a açıqlama verən Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin müdiri Qulam Babayev suallara aydınlıq gətirib:

“Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, 2023-cü il sona qədər güclü seysmik və tektonik aktivliklə müşahidə edilərək, dünyanın bütün zonalarında hiss olunacaq. Ələlxüsus da, ötən ilin fevral ayında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra etdiyim tətqiqatlar və araşdırmalar bu sözləri deməyimə əsas vermişdi ki, belə bir aktivlik yaşanacaq. Həmçinin, dekabrda Xəzər dənizində baş verən və Bakı şəhərində də hiss olunan yeraltı təkanlar göstərdi ki, sözügedən seysmik və tektonik aktivlik dövrü 2024-cü ildə də davam edəcəkdir”.

Seysmoloq qeyd edir ki,  “Zəlzələlərin bir neçə növü var. Onlardan biri hər gün qeydə alınan standart və klassik yeraltı təkanlardır. İnsanlar bunu hiss etməsə də, cihazlar həmin titrəyişləri qeydə alır. İkinci növə isə güclü və dağıdıcı zəlzələlər aiddir. 4,5-5 və 5,5 bal gücündə olan yeraltı təkanlar insanlar tərəfindən hiss olunur. Ümumiyyətlə isə, öncədən zəlzələnin baş vermə zonasını, gücünü və dərinliyini dəqiqliklə müəyyən etmək mümkün deyil. Bu həqiqət dünyanın istənilən ölkəsi üçün keçərlidir. Heç vaxt əsl seysmoloq belə bir iddia irəli sürə bilməz. Qabaqcıl alətlər və avadanlıqlar da baş verəndən sonra insanları xəbərdar edir. Buna erkən xəbərdarlıq sistemi deyirlər”.

Ekspert bildirir ki, bu il zəlzələlər super aktivliklə müşahidə olunacaq:

“Bütün müşahidələrimə və hesablamalarıma əsasən deyə bilərəm ki, Azərbaycanda 2024-cü ildə də güclü zəlzələlərdən qaçmaq mümkün olmayacaq. Yəni, yeraltı təkanlar hiss ediləcək dərəcədə müşahidə olunacaq. Dünya miqyasında isə güclü, həmçinin, dağıdıcı zəlzələlər yenə də gözlənilir. Eyni zamanda güclü vulkan püskürmələri də olacaq. Bütün bunların fiziki bir cavabı var. Tektonik aktivlik müşahidə olunur və bunun səngiməsi üçün əvvəlki vəziyyətə qayıtmaq lazımdır. Ancaq 2024-cü ildə bu mümkün deyil. Çünki aktivlik davam edəcək. Hətta deyərdim ki, bu super aktivlik olacaq. Yaponiyada baş verən güclü zəlzələ və ardıcıl zəlzələ seriyası bizə göstərdi”.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…