• 06.01.2024 16:22

“Xanlarovanı müzakirə edəcək miqyasda deyilsiniz”

“Xanlarovanı müzakirə edəcək miqyasda deyilsiniz”

Əməkdar artist Mehriban Xanlarova, son günlər sosial şəbəkələrdə bibisi, Xalq artisti Zeynəb Xanlarova haqda yazılanlara etiraz edib.

Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin illər əvvəlki çıxışını paylaşaraq fikirlərini bildirib. Videoda Xanlarova Milli Məclisdə uşaq pulunun ləğv edilməsi ilə bağlı çıxış etdiyini iddia edənlərə cavab verib.

Bu çıxışla bibisinin deputat olduğu zamanlarda heç vaxt uşaq pulun kəsilməsinin tərəfdarı olmadığını qeyd edən aktrisa bunları yazıb:

“Son günlərdir Zeynəb Xanlarovanın AzTV-nin Yeni il konsertindəki çıxışını sosial şəbəkələrdə cahillər və sarı media üzvləri tənqid edərək, müzakirə obyektinə çevriblər. Həmin cahillərə demək istəyirəm ki, Zeynəb xanımın illər öncə verdiyi müsahibəyə diqqətlə qulaq asın! Sizin intellektual səviyyəniz dünya şöhrətli sənətkarın sənətini müzakirə edə biləcək çapda deyil! Zeynəb Xanlarovaya dil uzatmaq, Azərbaycan mədəniyyətinə, incəsənətinə dil uzatmaq deməkdir! Siz internetsiz dövrdə öz səsi ilə Azərbaycanı bütün dünyada təmsil edən və tanıdan fateh sənətkarı tənqid edirsiz? Gözlərinizi açın, başqa ölkələr öz sənətkarlarına necə hörmət qoyur görün!

Qardaş ölkə Türkiyədə Zeki Mürenə “paşa”, Bülent Ersoya “diva”, İbrahim Tatlısesə “imperator” deyirlər. Gedin arxivi araşdırın və öyrənin ki, SSRİ prezidenti Mixail Qorbaçov Zeynəb Xanlarovaya “Sosialist Əməyi Qəhrəmanı adı” verməkdən niyə imtina edib. Çünki 1990-cı il 20 Yanvar hadisəsi törədiləndən sonra Zeynəb Xanlarova SSRİ hökumətinə meydan tribunasından etiraz edərək, ölkə rəhbəri Mixail Qorbaçova “ölüm!” deyib və SSRİ prezidenti Mixail Qorbaçovun ünvanına sərt bir məktub yazıb. Birini də “Komsomolskaya Pravda” qəzetinə göndərib. Bu, o vaxt idi ki, Zeynəb xanıma “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verilməsi haqqında fərman Qorbaçovun masasının üstündə idi. Bircə imza atmağı qalmışdı. Zeynəb xanımın yazısını oxuyandan sonra həmin fərmanı kənara tullayıb demişdi: “Eto ta narodnaya artistka SSSR Zeynab Xanlarova? Posle etoqo pisma yey ne polojeno eto poçetnoe zvaniy “Qeroy Sosialistiçeskoqo Truda”. (Bu həmin SSRİ Xalq Artisti Zeynəb Xanlarovadır? Belə məktubdan sonra ona “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı düşmür). Zeynəb xanım da demişdi ki, cəhənnəmə versin! Mən elə Zeynəbəm, Zeynəb kimi qalmağım mənə bəs edər! Zeyneb Xanlarova Milli məclisdə heç vaxt xalqının əleyhinə söz deməyib! Düşmənləri onun əl çatmaz olmağından istifadə edərək, haqqında bir çox yalanlar və böhtanlar yayıb. Çünki bilirdilər Zeynəb xanım tez-tez müsahibələr vermir, televiziya kanallarına çıxmır. Zeynəb Xanlarova mədəniyyətimizin nəhəng daşıdır və yel qaydan heç nə apara bilməz!”.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…